Xocalı qurbanları
Ankara Beynəlxalq Kitab Sərgisində də anılıb
Xocalı
qurbanları Ankara Beynəlxalq
Kitab Sərgisində də anılıb<b
style="color:red"></b>Bu
günlərdə Türkiyə
paytaxtında keçirilən
14-cü Beynəlxalq Ankara Kitab
Sərgi-Yarmarkası çərçivəsində
Xocalı soyqırımına
dair konfrans təşkil olunub.
Konfransda
qardaş ölkədəki
Xocalı Həftəsilə
bağlı tədbirlərdə
iştirak üçün
Türkiyədə səfərdə
olan QHT Şurasının
üzvü Emin Həsənli, Milli Qəhrəman Vahid Quliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məruzələrlə çıxış
ediblər. Onlar Xocalıda təkcə
Azərbaycan xalqına
yox, ümumən bəşəriyyətə qarşı
qorxunc cinayət törədildiyini, erməni
faşistlərin dəhşətli
əməllərinin bütün
dünya xalqları tərəfindən lənətlənməli
olduğunu diqqətə
çatdırıblar. İştirakçıların çoxsaylı suallarını
cavablandıraraq, bu soyqırımın ilk növbədə
Türk dünyasının
ortaq dərdi olaraq qəbul edilməsinin, faciə ilə bağlı həqiqətlərin kitablar,
filmlər və digər vasitələr sayəsində dünyaya çatdırılmasının vacibliyini vurğulayıblar.
Türkiyə Böyük Millət Məclisini ziyarət edən E.Həsənli, V.Quliyev və S.Hüseynli millət vəkilləri, ictimaiyyət
nümayəndələri ilə
görüşüb, Xocalı
gerçəklərinin daha
geniş təbliği
yönündə atıla
biləcək yeni addlmlara dair fikir mübadiləsi aparıblar. Millət vəkili İbrahim Xəlil Oral Azərbaycanın
sevinc və dərdinə qardaş kimi ortaq olduqlarını
önə çəkib.
O, Xocalı soyqırım
və buna bənzər digər faciələrimizin bir daha təkrarlanmaması üçün milli yaddaşımızı hər
zaman canlı saxlamağın, başımıza
gələnləri unutmamağın
zəruruliyini dilə
gətirib.
Türkiyənin Təqaüddə olan Zabitlər Dərnəyinin
rəhbəri general Namiq
Kamal Çalışqanla görüşdə
də soyqırım dəhşətlərindən, ermənilərin Azərbaycana
və Türkiyəyə
qarşı amansız
mövqeyindən danışılıb. General N.K.Çalışqan Türkiyədəki
milli mövqeli ictimai qurumların Azərbaycanın haqq işinə dəstək verməyə daima hazır olduqlarını,
özlərinin də
bu yöndə təşəbbüslər irəli
sürdüklərini bəyan
edib. QHT Şurasının üzvü
Emin Həsənli bu kimi işlərdə
ictimai sektorun fəallığının ciddi
önəm daşıdığını
deyərək, dövlətlərimizin
apardığı uğurlu
siyasətin dəstəklənməsinin
əhəmiyyətini açıqlayıb.
Daha sonra Ankarada Türk Ocaqları Mərkəzində
bu qurumun başqanı professor Mehmet Öz
və rəhbər heyətlə görüş
keçirilib. Bu görüşdə
də Xocalı şəhidləri ehtiramla
anılıb, türk
dünyasının birlik
və bərabərliyi
naminə görülməli
işlərdən söz
açılıb.
Qeyd edək
ki, sözgedən heyətin iştirakı ilə Türkiyədə
Xocalı Həftəsi
çərçivəsində
İstanbul, İsparta, Antalya və Ankarada ümumilikdə 15-dən artıq
konfrans və görüş keçirilib. Bu tədbirlər Türkiyənin
nüfuzlu universitetlərində,
ictimai qurumlarında, mədəniyyət ocaqlarında
təşkil edilib.
Eyni zamanda, televiziyalara, mətbuata müsahibələr,
açıqlamalar verilməklə
də soyqırım həqiqətləri yerli ictimaiyyətin diqqətinə
çatdırılıb.
Səfər Azərbaycan Gənclər
və İdman Nazirliyinin, həmçinin
QHT-lərə Dövlət
Dəstəyi Şurasının
yardımı ilə həyata keçib.
525-ci qəzet.- 2020.- 4
mart.- S.10