"Solğun sevgilər"-parlaq
cizgilər
Şair,
dramaturq Cəfər Cabbarlının
yaradıcılığından oxudum ilk dram əsərləri
"Solğun çiçəklər" və "Vəfalı
Səriyyə" olub.
İki əsərin bir-birinə oxşar və bir o qədər
də zidd sujet xətti, obrazlar aləmi,
ötürdüyü mesaj məni əməllicə heyrətə
salmışdı. Xüsusən, "Solğun
çiçəklər" faciəsindəki saf məhəbbətin,
tərtəmiz duyğuların riyanın, məkrin, nəfsin,
pul hərisliyinin qurbanına çevrilməsi o vaxta qədər
dünyanı alabazək görən bir azyaşlının
qara rənglə də tanışlığı kimi həyatımda
iz qoymuş, dünyaya daha aydın nəzərlərlə
baxmağıma səbəb olmuşdu. Bədbəxt
Saranın məsumluğu, ləkə tanımayan qəlbi, pak
hissləri onu nə qədər sevdirməyi
bacarmışdısa, Gülnisə və Pərinin məkrləri
sayəsində qurduqları oyunlar, Bəhramın pul hərisliyi,
nəfsi ucbatından sevgisinə xilaf çıxmağı
bir o qədər özünə nifrət
oyatmışdı. Onda anlamışdım ki,
həyatdakı tək dərd hansısa fəndən
aldığın "dörd" deyil. Taleyin
imtahanlarından keçməyən nə ömürlər
var bu həyatda...
Bəzi əsərlərə zaman-zaman qayıtsam, təkrar
oxusam da, "Solğun çiçəklər" əsərinə
bir də heç vaxt qayıtmadım. Hər
obrazı, hər situasiyası beynimə qazınan ilk
oxunuşdakı təəssürat bir ömürlük yetərdi
çünki. Bəlkə bundan sonra da
qayıtmayacaqdım əgər həmin gün bir zamanlar kitab
səhifələrində oxuduğum qəhrəmanları
qarşımda görməsəydim...
Bu ilin mart ayının ilk günü Cəfər
Cabbarlının "Solğun çiçəklər"
faciəsi əsasında hazırlanmış "Solğun
sevgilər" tamaşası ilə əlamətdar oldu. A.Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrının səhnəsində
"Oyun" teatrının hazırladığı, Mədəniyyət
Nazirliyi, həmçinin Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi
olan "Solğun sevgilər" tamaşası məni bir
daha əsəri ilk dəfə oxuduğum o illərə
qaytardı, o hissləri bir daha yaşamağıma səbəb
oldu. Səhnə əsəri görkəmli
dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə
hazırlanıb. Əsərin ilk premyerası ötən
il dekabrın 6-da nümayiş
olunmuşdu. İlk premyerada Mədəniyyət naziri
Əbülfəs Qarayev, Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri Sahil Babayev, dövlət və
qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların
nümayəndələri, incəsənət xadimləri
iştirak etmişdilər. Fərqli layihə elə
ilk dəfədən böyük ictimaiyyətin
marağını qazanmış, haqqında yazılar
yazılmış, sədası uzun müddət mətbuatdan
və incəsənət aləmindən çəkilməmişdi.
Bugünlərdə - martın 1-də isə
ikinci premyera keçirildi. Bu premyerada da
tamaşaçılar arasında incəsənət aləminin
tanınmış nümayəndələri vardı.
Tamaşanın
səhnələşdirəni və quruluşçu rejissoru
Səidə Haqverdiyeva, quruluşçu rəssamı
İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar
Camalzadə, xoreoqrafı Elnur İsmayılov, işıq rəssamı
Əliyarov, səs rejissoru Ruslan Axundov və redaktoru Həmidə
Rüstəmovadır.
Birhissəli
səhnə əsərində rolları Xəqani Əliyev,
Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova,
Rəsul Məmmədli, Ceyhun Mahmudov, Taleh İsmayılov, eləcə
də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov,
Ülviyyə Əliyeva, Məleykə Cəfərova,
Zümrüd Qasımova və Günay Əhməd ifa edirdilər.
***
Peşəkar rejissor yozumu ilə müasir dövrə
uyğunlaşdırılan klassik əsər öz mövzusu
və çatdırdığı mətləblərlə əslində
nə qədər orijinal və hər dövr
üçün aktual olduğunu bir daha sübut etmiş oldu. Eşq, məhəbbət,
onun qarşısını kəsən çirkin xislətlər,
pul hərisliyi, oyunbazlıq, acgözlük, məkr, nifrət
insanın var olduğu hər dövrdə olmayıbmı?
Əsər bir daha göstərir ki, nə qədər
oyun, hiylə olsa da, dürüstlük, sədaqət, saf
eşq sonda mütləq və mütləq qalib gəlir.
Həqiqi eşq heç zaman ölmür.
Haqq-ədalət gec, ya tez öz yerini tutur,
pislik cəzasız qalmır.
Əsər çox maraqlı priyomla başlayır. Səhnənin
ortasındakı bəyaz pərdə bəmbəyaz qiyafəli,
məsum üzlü qız tərəfindən
açılır. Pərdənin
arxasında bəyaz qiyafəli, ruha bənzər insanlar
dayanıblar və qucağında bir dəstə solmuş
qızılgüllər tutan gənc adamı qatil olmaqda
günahlandırırlar. Gərgin psixoloji
sarsıntı keçirtdiyi məzmunsuz hərəkətlərindən
bəlli olan oğlan isə bütün bunları rədd etməyə
çalışır. O, hər vəchlə bayaq pərdəni
açan o qıza, Saraya sevgisini hayqırır, sübut etməyə
çalışır. Sara isə səssizcə
onu izləyir. Onun bu inkarları getdikcə
daha da artır. Ta ki vicdanı ilə üz-üzə gələnə
kimi. Vicdanı ona - Bəhrama Saranın qatili
olduğunu deyir və ondan Saranı necə
öldürdüyünü danışmasını istəyir.
Beləcə, sonrakı hadisələrə keçid
yaranır...
Maraqlı səhnə dekorasiyası ilə göz
oxşayan əsərdə rejissorun və quruluşçu rəssamın
gətirdikləri kiçik ştirixlər tamaşaya ecazkar
hava, fərqlilik qatmışdı. Səhnənin
ortasındakı, ilk anlarda və sonda da Saranın ruhu tərəfindən
açılan bəyaz pərdə obrazların, xüsusən,
Bəhramın vicdanındakı pərdə ilə mənalandırıla
bilər. Pərinin işvəsi, gözəlliyi,
Gülnisənin şirkətlər, var-dövlət vədi Bəhramın
gözlərinə bir tor kimi enərək Saranın eşqini
görməsinə mane olur. Gülnisə
ilə Pərinin oyunlarına, əmisi oğlu və sevgilisi Bəhramın
xəyanətinə dözməyən yazıq Sara isə xəstəliyə
tutulur, evdən qovulur, sevgilisini görməkdən belə məhrum
qalır. Tamaşanın xeyirxah
obrazları olan Tamam, Əbdül, Azad və Rəsulun iki gənci
qovuşdurmaq, Saraya kömək etmək cəhdləri
uğursuzluqla nəticələnir və bütün bunlara
dözməyən Sara canını tapşırır. Bu ölümlə Bəhramın vicdanındakı
pərdə, gözlərindəki tor qalxır sanki. O,
işlədiyi günahın fərqinə varır. Ruhi sarsıntı keçirir. Saranın xəyalı
onu bir an belə tərk etmir. O, Saraya
bağışlanması üçün yalvarır. Saranın ölümüylə rahatlıq tapsa da, Bəhramın
bu halından gərginlik keçirən Pəri isə hər
vəchlə onu özünə gətirməyə
çalışır. Nəticədə
Bəhram suç ortağını - Pərini öz əlləriylə
boğub öldürür.
***
Tamaşanın əsas özəlliyi ondan ibarətdir
ki, burada peşəkar aktyorlarla bərabər, fiziki məhdudiyyətli
həvəskarlar da rol almışdılar. Nədənsə,
həvəskarların ifasına tamaşa etmək həmişə
maraqlı olub. Onların aktyorluğu, səhnəni
sənətin nəzəriyyəsindən kənar öz qəlbləri,
ruhlarıyla necə duyduqlarını müşahidə etmək
daha böyük maraq və rəğbət oyadır. Çünki bu ifada öncə ürək, hisslər
gəlir.
Bu dəfə də belə oldu. Səidə
xanımın yüksək peşəkarlığı ilə
hazırlanan tamaşada həvəskarlar peşəkar
aktyorlardan heç də geri qalmadılar. Ülviyyə
Əliyeva (Gülnisə), Türkay Cəfərli (Bəhram),
Günay Ümid (Pəri), Zümrüd Qasımova (vicdan) kimi
səhnəyə, sənətə yaxından bələd
olan, fərqli rolları ilə sənətdə inamla
addımlayan aktyorların da həvəskar tərəf
müqabilləriylə yadlıq hiss etmədikləri, əksinə,
bundan böyük zövq aldıqları görünürdü.
Türkay Cəfərlinin haldan-hala düşən Bəhramla
həmahəng dəyişən, Günay Əhmədin
çılğın və cəsarətli, Ülviyyə
Əliyevanın fərqli, Zümrüd Qasımovanın
dinamik ifaları səhnə əsərini daha baxımlı və
yaddaqalan edirdi.
Aktyor ifasından danışarkən bir nəfər var
ki, onu xüsusi qeyd etməmək olmaz. Bu, premyerada
Sara rolunu ifa edən Məleykə Cəfərovadır. Düzü, əsər boyunca Məleykənin
ifası heç də digərlərindən geri
qalmırdı və biz tamaşaçılar onda irad tutulacaq
elə bir ciddi səbəb görmədik. Üzündəki məsumluqla bərabər səhnədəki
sərbəstliyi, rolunu hiss etməsi gənc olmasına
baxmayaraq, onun bir aktrisa kimi istedadından xəbər verirdi.
Hiss olunurdu ki, o, həvəskar deyil, aktrisadır. Amma səhnə əsəri bitdikdən sonrə
Günay Əhmədin bir anonsu təəccübümüzə
səbəb olmaqla bərabər bu xanıma olan rəğbətimizi
də artırdı. Belə ki, ötən
premyerada Sara rolunu canlandıran aktrisa bu dəfə səhhətilə
bağlı səbəbdən tamaşaya qatıla bilməyib
və bunu yaradıcı heyətə yalnız ikinci premyeraya
bir gün qalmış xəbər edib. Bir
günün içərisində həmin rola ifaçı
tapılmalı, sözlər əzbərlənməli və
məşq edilməli idi. Müəlliflər
bir neçə tanınmış, peşəkar aktrisaya
müraciət etsələr də, heç biri bu məsuliyyətli
işə qol qoymaq istəməyib, elə təkcə
sözlərin əzbərlənməsinə xeyli vaxt
lazım olduğunu deyiblər. Nəhayət, Mədəniyyət
və İncəsənət Universitetinin birinci kurs tələbəsi,
tanınmış rejissor Gümrah Ömərin kursunda təhsil
alan Məleykə Cəfərova bu çətin
işi öz öhdəsinə götürüb. Aktrisalığa iddialı olan bu gənc xanım elə
bu cəsarəti ilə sənət seçimində nə qədər
doğru addım atdığını sübut etmiş oldu.
O, nəinki əvvəl baxmadığı bir
tamaşadakı rolun sözlərini əzbərləmək,
hətta obrazının daxili dünyasını
duymağı belə bacardı. "Naşı
cəsarəti" deyə bir ifadə var. Məncə, Məleykə
xanımın cəsarətinin də təməlində əsasən
bu dayanırdı. Amma təkcə bununla da iş
aşmır. Özünəgüvən və
səhnəyə sevgi də onun bu cəsarəti sərgiləməsi
və üzərinə götürdüyü çətin,
məsuliyyətli və səhnə əsərinin mahiyyətindən
çıxış edərək deyə bilərik ki, bu
vacib işin öhdəsindən layiqincə gəlməsində
rol oynayan əsas qüvvələrdir. Məleykə
xanımın timsalında Azərbaycan teatr səhnəsinin hələ
də cəsarətli, istedadlı aktyorlardan xali
olmadığını gördük. Ona bu cəsarətini,
sənət eşqini davam etdirməsini, istedadını nəzəriyyə
və praktika ilə möhkəmləndirərək gələcəkdə
parlaq aktrisa kimi yetişməsini arzu edib, keçək
növbəti obrazların ifaçılarına...
Gülnisənin
qardaşı oğlu Azadı (Xəqani Əliyev), Saranın
dostu Rəsulu (Ceyhun Mahmudov), Fransada təhsil almaq eşqiylə
yaşayan, gözəl səsli Dənizi (Aysel Əlizadə),
qulluqçu Tamamı (Nazlı Əliyeva), nökər
Əbdülü (Taleh İsmayılov), vəkili (Rəsul Məmmədov),
bərbəri (Rüxsarə Məmmədli), tibb
bacısını (Səma Məmmədova), Axund Fərəcullanı
(Cavid İbrahimov) və ruhları (Şamxal Xələfli,
Rafael Mustafayev, Nəsib Şamxalov, Rüfət Şahpələngov)
canlandıran həvəskarlar bu sənətə və
oynadıqları obraza sevgiləri ilə yadda qaldılar. Aysel Əlizadənin məlahətli səsi, Ceyhun
Mahmudovun Zümrüd Qasımova ilə gözoxşayan rəqsi
onların bütünlüklə incəsənət
yönümlü istedadından, məharətindən xəbər
verirdi. Paklon zamanı arasında Xalq artisti Afaq Bəşirqızı,
Əməkdar artistlər Füzuli Hüseynov, Loğman Kərimov,
Münəvvər Əliyeva və digər aktyorlar, rejissorlar,
jurnalistlər, teatrşünasların da olduğu
tamaşaçıların böyük coşğulu
alqışlarından sevinən bu insanların xoşbəxtliyi,
fərəhi gözlərindən, gülüşlərindən
oxunurdu. Onların timsalında heç bir aktyorluq təhsili
olmayan, həyatın müəyyən məhdudiyyətlər
qoyduğu insanlara azadlıq, özünüifadə
imkanı, xoşbəxt olmaq şəraiti yaradan başda Səidə
Haqverdiyeva olmaqla, bu işdə az da olsa zəhməti keçən
bütün yaradıcı heyətə sonsuz təşəkkürlər
düşür.
"Solğun sevgilər" tamaşası bir daha
göstərdi ki, əslində, insan fiziki yox, mənəvi əlil,
şikəst olur. Mənəvi əlilliyin isə heç
bir çarəsi yoxdur. Mənəviyyatı,
ruhu şikəst olanın sonu mütləq faciədir.
Onu da qeyd edək ki, "Oyun" teatrının həvəskarlarına
pedaqoq və peşəkar aktyorların iştirakı ilə
səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri
də tədris olunur. Bu müqəddəs işdə teatrın
yaradıcı heyətinə uğurlar arzulayır, yeni layihələrini
həvəslə gözləyirik!
"Solğun
sevgilər" - parlaq cizgilər
Yazar
Oxunub:
204 dəfə
Facebook Twitter
WhatsAppa -A +
05.03.20 13:37
"Solğun
sevgilər" - <b style="color:red">parlaq cizgilər
</b>
Şahanə
MÜŞFİQ
Şair,
dramaturq Cəfər Cabbarlının
yaradıcılığından oxudum ilk dram əsərləri
"Solğun çiçəklər" və "Vəfalı
Səriyyə" olub.
İki
əsərin bir-birinə oxşar və bir o qədər də
zidd sujet xətti, obrazlar aləmi, ötürdüyü mesaj
məni əməllicə heyrətə salmışdı.
Xüsusən, "Solğun çiçəklər"
faciəsindəki saf məhəbbətin, tərtəmiz
duyğuların riyanın, məkrin, nəfsin, pul hərisliyinin
qurbanına çevrilməsi o vaxta qədər dünyanı
alabazək görən bir azyaşlının qara rənglə
də tanışlığı kimi həyatımda iz
qoymuş, dünyaya daha aydın nəzərlərlə
baxmağıma səbəb olmuşdu. Bədbəxt
Saranın məsumluğu, ləkə tanımayan qəlbi, pak
hissləri onu nə qədər sevdirməyi
bacarmışdısa, Gülnisə və Pərinin məkrləri
sayəsində qurduqları oyunlar, Bəhramın pul hərisliyi,
nəfsi ucbatından sevgisinə xilaf çıxmağı
bir o qədər özünə nifrət
oyatmışdı. Onda anlamışdım ki, həyatdakı
tək dərd hansısa fəndən aldığın
"dörd" deyil. Taleyin imtahanlarından keçməyən
nə ömürlər var bu həyatda...
Bəzi
əsərlərə zaman-zaman qayıtsam, təkrar oxusam da,
"Solğun çiçəklər" əsərinə
bir də heç vaxt qayıtmadım. Hər obrazı, hər
situasiyası beynimə qazınan ilk oxunuşdakı təəssürat
bir ömürlük yetərdi çünki. Bəlkə
bundan sonra da qayıtmayacaqdım əgər həmin gün
bir zamanlar kitab səhifələrində oxuduğum qəhrəmanları
qarşımda görməsəydim...
Bu
ilin mart ayının ilk günü Cəfər
Cabbarlının "Solğun çiçəklər"
faciəsi əsasında hazırlanmış "Solğun
sevgilər" tamaşası ilə əlamətdar oldu.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla
Teatrının səhnəsində "Oyun"
teatrının hazırladığı, Mədəniyyət
Nazirliyi, həmçinin Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi
olan "Solğun sevgilər" tamaşası məni bir
daha əsəri ilk dəfə oxuduğum o illərə
qaytardı, o hissləri bir daha yaşamağıma səbəb
oldu. Səhnə əsəri görkəmli dramaturq Cəfər
Cabbarlının 120 illik yubileyi münasibətilə
hazırlanıb. Əsərin ilk premyerası ötən il
dekabrın 6-da nümayiş olunmuşdu. İlk premyerada Mədəniyyət
naziri Əbülfəs Qarayev, Əmək və Əhalinin
Sosial Müdafiəsi naziri Sahil Babayev, dövlət və
qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların
nümayəndələri, incəsənət xadimləri
iştirak etmişdilər. Fərqli layihə elə ilk dəfədən
böyük ictimaiyyətin marağını qazanmış,
haqqında yazılar yazılmış, sədası uzun
müddət mətbuatdan və incəsənət aləmindən
çəkilməmişdi. Bugünlərdə - martın 1-də
isə ikinci premyera keçirildi. Bu premyerada da
tamaşaçılar arasında incəsənət aləminin
tanınmış nümayəndələri vardı.
Tamaşanın
səhnələşdirəni və quruluşçu rejissoru
Səidə Haqverdiyeva, quruluşçu rəssamı
İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar
Camalzadə, xoreoqrafı Elnur İsmayılov, işıq rəssamı
Əliyarov, səs rejissoru Ruslan Axundov və redaktoru Həmidə
Rüstəmovadır.
Birhissəli
səhnə əsərində rolları Xəqani Əliyev,
Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova,
Rəsul Məmmədli, Ceyhun Mahmudov, Taleh İsmayılov, eləcə
də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov,
Ülviyyə Əliyeva, Məleykə Cəfərova,
Zümrüd Qasımova və Günay Əhməd ifa edirdilər.
***
Peşəkar
rejissor yozumu ilə müasir dövrə
uyğunlaşdırılan klassik əsər öz mövzusu
və çatdırdığı mətləblərlə əslində
nə qədər orijinal və hər dövr
üçün aktual olduğunu bir daha sübut etmiş oldu.
Eşq, məhəbbət, onun qarşısını kəsən
çirkin xislətlər, pul hərisliyi, oyunbazlıq,
acgözlük, məkr, nifrət insanın var olduğu hər
dövrdə olmayıbmı? Əsər bir daha göstərir
ki, nə qədər oyun, hiylə olsa da, dürüstlük,
sədaqət, saf eşq sonda mütləq və mütləq
qalib gəlir. Həqiqi eşq heç zaman ölmür. Haqq-ədalət
gec, ya tez öz yerini tutur, pislik cəzasız qalmır.
Əsər
çox maraqlı priyomla başlayır. Səhnənin
ortasındakı bəyaz pərdə bəmbəyaz qiyafəli,
məsum üzlü qız tərəfindən
açılır. Pərdənin arxasında bəyaz qiyafəli,
ruha bənzər insanlar dayanıblar və qucağında bir
dəstə solmuş qızılgüllər tutan gənc
adamı qatil olmaqda günahlandırırlar. Gərgin psixoloji
sarsıntı keçirtdiyi məzmunsuz hərəkətlərindən
bəlli olan oğlan isə bütün bunları rədd etməyə
çalışır. O, hər vəchlə bayaq pərdəni
açan o qıza, Saraya sevgisini hayqırır, sübut etməyə
çalışır. Sara isə səssizcə onu izləyir.
Onun bu inkarları getdikcə daha da artır. Ta ki vicdanı ilə
üz-üzə gələnə kimi. Vicdanı ona - Bəhrama
Saranın qatili olduğunu deyir və ondan Saranı necə
öldürdüyünü danışmasını istəyir.
Beləcə, sonrakı hadisələrə keçid
yaranır...
Maraqlı
səhnə dekorasiyası ilə göz oxşayan əsərdə
rejissorun və quruluşçu rəssamın gətirdikləri
kiçik ştirixlər tamaşaya ecazkar hava, fərqlilik
qatmışdı. Səhnənin ortasındakı, ilk anlarda
və sonda da Saranın ruhu tərəfindən açılan
bəyaz pərdə obrazların, xüsusən, Bəhramın
vicdanındakı pərdə ilə mənalandırıla
bilər. Pərinin işvəsi, gözəlliyi, Gülnisənin
şirkətlər, var-dövlət vədi Bəhramın
gözlərinə bir tor kimi enərək Saranın eşqini
görməsinə mane olur. Gülnisə ilə Pərinin
oyunlarına, əmisi oğlu və sevgilisi Bəhramın xəyanətinə
dözməyən yazıq Sara isə xəstəliyə
tutulur, evdən qovulur, sevgilisini görməkdən belə məhrum
qalır. Tamaşanın xeyirxah obrazları olan Tamam,
Əbdül, Azad və Rəsulun iki gənci qovuşdurmaq,
Saraya kömək etmək cəhdləri uğursuzluqla nəticələnir
və bütün bunlara dözməyən Sara canını
tapşırır. Bu ölümlə Bəhramın
vicdanındakı pərdə, gözlərindəki tor
qalxır sanki. O, işlədiyi günahın fərqinə
varır. Ruhi sarsıntı keçirir. Saranın xəyalı
onu bir an belə tərk etmir. O, Saraya
bağışlanması üçün yalvarır.
Saranın ölümüylə rahatlıq tapsa da, Bəhramın
bu halından gərginlik keçirən Pəri isə hər
vəchlə onu özünə gətirməyə
çalışır. Nəticədə Bəhram suç
ortağını - Pərini öz əlləriylə
boğub öldürür.
***
Tamaşanın
əsas özəlliyi ondan ibarətdir ki, burada peşəkar
aktyorlarla bərabər, fiziki məhdudiyyətli həvəskarlar
da rol almışdılar. Nədənsə, həvəskarların
ifasına tamaşa etmək həmişə maraqlı olub.
Onların aktyorluğu, səhnəni sənətin nəzəriyyəsindən
kənar öz qəlbləri, ruhlarıyla necə
duyduqlarını müşahidə etmək daha böyük
maraq və rəğbət oyadır. Çünki bu ifada
öncə ürək, hisslər gəlir.
Bu dəfə
də belə oldu. Səidə xanımın yüksək
peşəkarlığı ilə hazırlanan tamaşada həvəskarlar
peşəkar aktyorlardan heç də geri qalmadılar.
Ülviyyə Əliyeva (Gülnisə), Türkay Cəfərli
(Bəhram), Günay Ümid (Pəri), Zümrüd Qasımova
(vicdan) kimi səhnəyə, sənətə yaxından bələd
olan, fərqli rolları ilə sənətdə inamla
addımlayan aktyorların da həvəskar tərəf
müqabilləriylə yadlıq hiss etmədikləri, əksinə,
bundan böyük zövq aldıqları görünürdü.
Türkay
Cəfərlinin haldan-hala düşən Bəhramla həmahəng
dəyişən, Günay Əhmədin
çılğın və cəsarətli, Ülviyyə
Əliyevanın fərqli, Zümrüd Qasımovanın
dinamik ifaları səhnə əsərini daha baxımlı və
yaddaqalan edirdi.
Aktyor
ifasından danışarkən bir nəfər var ki, onu
xüsusi qeyd etməmək olmaz. Bu, premyerada Sara rolunu ifa edən
Məleykə Cəfərovadır. Düzü, əsər
boyunca Məleykənin ifası heç də digərlərindən
geri qalmırdı və biz tamaşaçılar onda irad
tutulacaq elə bir ciddi səbəb görmədik.
Üzündəki məsumluqla bərabər səhnədəki
sərbəstliyi, rolunu hiss etməsi gənc olmasına
baxmayaraq, onun bir aktrisa kimi istedadından xəbər verirdi.
Hiss olunurdu ki, o, həvəskar deyil, aktrisadır. Amma səhnə
əsəri bitdikdən sonrə Günay Əhmədin bir
anonsu təəccübümüzə səbəb olmaqla bərabər
bu xanıma olan rəğbətimizi də artırdı. Belə
ki, ötən premyerada Sara rolunu canlandıran aktrisa bu dəfə
səhhətilə bağlı səbəbdən tamaşaya
qatıla bilməyib və bunu yaradıcı heyətə
yalnız ikinci premyeraya bir gün qalmış xəbər
edib. Bir günün içərisində həmin rola
ifaçı tapılmalı, sözlər əzbərlənməli
və məşq edilməli idi. Müəlliflər bir
neçə tanınmış, peşəkar aktrisaya
müraciət etsələr də, heç biri bu məsuliyyətli
işə qol qoymaq istəməyib, elə təkcə
sözlərin əzbərlənməsinə xeyli vaxt
lazım olduğunu deyiblər. Nəhayət, Mədəniyyət
və İncəsənət Universitetinin birinci kurs tələbəsi,
tanınmış rejissor Gümrah Ömərin kursunda təhsil
alan Məleykə Cəfərova bu çətin işi öz
öhdəsinə götürüb. Aktrisalığa
iddialı olan bu gənc xanım elə bu cəsarəti ilə
sənət seçimində nə qədər doğru
addım atdığını sübut etmiş oldu. O, nəinki
əvvəl baxmadığı bir tamaşadakı rolun
sözlərini əzbərləmək, hətta
obrazının daxili dünyasını duymağı belə
bacardı. "Naşı cəsarəti" deyə bir ifadə
var. Məncə, Məleykə xanımın cəsarətinin
də təməlində əsasən bu dayanırdı. Amma
təkcə bununla da iş aşmır. Özünəgüvən
və səhnəyə sevgi də onun bu cəsarəti sərgiləməsi
və üzərinə götürdüyü çətin,
məsuliyyətli və səhnə əsərinin mahiyyətindən
çıxış edərək deyə bilərik ki, bu
vacib işin öhdəsindən layiqincə gəlməsində
rol oynayan əsas qüvvələrdir. Məleykə
xanımın timsalında Azərbaycan teatr səhnəsinin hələ
də cəsarətli, istedadlı aktyorlardan xali
olmadığını gördük. Ona bu cəsarətini, sənət
eşqini davam etdirməsini, istedadını nəzəriyyə
və praktika ilə möhkəmləndirərək gələcəkdə
parlaq aktrisa kimi yetişməsini arzu edib, keçək
növbəti obrazların ifaçılarına...
Gülnisənin
qardaşı oğlu Azadı (Xəqani Əliyev), Saranın
dostu Rəsulu (Ceyhun Mahmudov), Fransada təhsil almaq eşqiylə
yaşayan, gözəl səsli Dənizi (Aysel Əlizadə),
qulluqçu Tamamı (Nazlı Əliyeva), nökər
Əbdülü (Taleh İsmayılov), vəkili (Rəsul Məmmədov),
bərbəri (Rüxsarə Məmmədli), tibb
bacısını (Səma Məmmədova), Axund Fərəcullanı
(Cavid İbrahimov) və ruhları (Şamxal Xələfli,
Rafael Mustafayev, Nəsib Şamxalov, Rüfət Şahpələngov)
canlandıran həvəskarlar bu sənətə və
oynadıqları obraza sevgiləri ilə yadda qaldılar. Aysel
Əlizadənin məlahətli səsi, Ceyhun Mahmudovun
Zümrüd Qasımova ilə gözoxşayan rəqsi
onların bütünlüklə incəsənət
yönümlü istedadından, məharətindən xəbər
verirdi. Paklon zamanı arasında Xalq artisti Afaq Bəşirqızı,
Əməkdar artistlər Füzuli Hüseynov, Loğman Kərimov,
Münəvvər Əliyeva və digər aktyorlar, rejissorlar,
jurnalistlər, teatrşünasların da olduğu
tamaşaçıların böyük coşğulu
alqışlarından sevinən bu insanların xoşbəxtliyi,
fərəhi gözlərindən, gülüşlərindən
oxunurdu. Onların timsalında heç bir aktyorluq təhsili
olmayan, həyatın müəyyən məhdudiyyətlər
qoyduğu insanlara azadlıq, özünüifadə
imkanı, xoşbəxt olmaq şəraiti yaradan başda Səidə
Haqverdiyeva olmaqla, bu işdə az da olsa zəhməti keçən
bütün yaradıcı heyətə sonsuz təşəkkürlər
düşür.
"Solğun
sevgilər" tamaşası bir daha göstərdi ki, əslində,
insan fiziki yox, mənəvi əlil, şikəst olur. Mənəvi
əlilliyin isə heç bir çarəsi yoxdur. Mənəviyyatı,
ruhu şikəst olanın sonu mütləq faciədir.
Onu
da qeyd edək ki, "Oyun" teatrının həvəskarlarına
pedaqoq və peşəkar aktyorların iştirakı ilə
səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri
də tədris olunur. Bu müqəddəs işdə
teatrın yaradıcı heyətinə uğurlar arzulayır,
yeni layihələrini həvəslə gözləyirik!
Şahanə Müşfiq
525-ci qəzet.-2020.- 4
mart.- S.12.