Milli Kitabxanada növbəti treninqlər.
.
Martın 2-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə Milli Kitabxananın Treninq Mərkəzində Sumqayıt,
Abşeron, Xızı,
Zəngilan, Qubadlı
və Şuşa Mərkəzi kitabxanalarının
əməkdaşları üçün
Corel Draw, Photoshop, Pinnacle Studio, Movavi Video Suite proqramlarının
tədrisi məqsədilə treninqlərin
açılışı olub.
Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov treninqi açaraq, informasiya texnologiyalarının kitabxanalara
tətbiqinin vacibliyindən,
bugünkü cəmiyyətdə
kitabxanaların qarşısında
duran vəzifələrdən,
treninqdə tədris olunacaq proqramların kitabxana-informasiya xidmətinin
təşkilində əhəmiyyətindən
danışıb və
mütəxəssislərə uğurlar arzulayıb.
Daha sonra
Milli Kitabxananın direktoru Kitabxananın trener müəllimlərini
mütəxəssislərə təqdim edib.
Treninq çərçivəsində
müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları
və xidmət növləri ilə də əyani tanış olacaqlar. Treninqlər bir həftə davam edəcək. Sonda müdavimlərə sertifikatlar
təqdim ediləcək.
525-ci qəzet.-2020.- 4
mart.- S.13.