Milli Kitabxanada daha  bir  kitab  sərgisi  açılıb

 

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə hər il martın 1-i Dünya Mülki Müdafiə Günü kimi qeyd olunur.

 

Bu münasibətlə martın 1-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan xarici dillərdə nəşr olunmuş kitablardan, dövri mətbuat materiallardan ibarət sərgi açılıb.

 

Sərgi bir həftə davam edəcək.

 

Xatırladaq ki, bu günün qeyd edilməsində məqsəd ictimaiyyətin diqqətini Beynəlxalq Mülki Müdafiə Təşkilatının vacibliyinə həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin fəaliyyətini fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Çünki əhalinin mühafizəsi mülki müdafiənin başlıca vəzifəsidir.

 

525-ci qəzet.- 2020.- 4 mart.- S.13.