Mən Nurayın nəyi idim?

 

 

Adsız yaşamaq kimi bir həyat təsəvvür edə bilirsinizmi? Sizin adınızı heç kim bilmir. Heç kim sizə necə müraciət edəcəyini qərarlaşdıra bilmir. Belə bir həyat yaşamaq mümkünsüzdür. Bəs, adını qoya bilmədiyimiz hisslər? Onların əlindən tutub qədər getmək olar? hara? Bütün bu sualların cavabını axtarmışıq əslində, hər birimiz. Bəlkə , bəlkə yox. Kim istəsə, cavabı da o olub.

 

Mənim adım Caviddir. İndi, bu yaşda, ömrümün bu çağında bu hekayəti danışmaq bəlkə , 10 ildən sonra özümə gülməli gələcək. Amma indi danışıram. Məktəb cığırındakı ilk addımların həyəcanından boğulan uşaqların içində ikimiz seçilirdik - qonşumuz Nurayla mən. İkimiz səs-küydən qorxmuş halda bir-birimizə sığınmışdıq. Mənə elə gəlirdi ki, Nuray lap qorxub, özümü ürəkləndirib onun qolundan tutmuşdum:

 

- Qorxma, Nuray. Mən burdayam bax, hamını döyərəm.

 

Balaca yumruğumu havaya da qaldırmışdım. Nurayın gözlərində adını bilmədiyim bir parıltı vardı.

 

Böyüyüncə anladım ki, o parıltının adı ÜMİD imiş. Elə o parıltıyla da düz 11-ci sinfə çatdıq. Məktəbi bitirməyimizə bir neçə ay qalmışdı. Bütün arzularımı belə bir-birimizin adı üzərinə arzulamışdıq. İkimiz eyni ali məktəbə qəbul olacaq, eyni yolu gedəcək, eyni sevinci yaşayacaqdıq. Attestat imtahanına bir gün qalmış sinfə toplaşmışdıq. Bizimlə paralel oxuyan Əlinin qapını tez-tez açıb-örtməsi, hər dəfə Nuraya baxıb irişməsi xoşuma gəlmədi. Eşiyə çıxıb onu koridorun sonuna doğru apardım. İkiəlli yaxasından yapışıb divara çırpdım, hirsimi udub pıçıldamağa çalışdım:

 

- Nurayla işin olmasın! irişirsən qıza baxıb?

 

Əli məndən güclü idi. Bunu tək əliylə iki qolumu tutub sıxmasından anlamışdım. Lakin ona yenilməyəcəkdim.

 

- Bir sənin Nuraya baxdığını görsəm...

 

Dişlərimi qıcamışdım. Əli məni vurmamışdı. Elə bir sual vermişdi ki, bu günə qədər o sualın qarşısında acizliyimin fərqindəyəm. Özündən razı-razı gülümsəyərək:

 

- Sən Nurayın nəyisən?

 

Həyatımın ən böyük anlaşılmayan sualı idi bu. Başımı aşağı salıb sinfə qayıtmışdım. Acizliyimi yenib Nuraya yaxınlaşanda:

 

- Nuray, mənim dəftərimi bu gün sən apar, səhər götürərəm səndən.

 

Razılaşmışdı. Tələsik dəftərin qabığına "Cavid Nurayı sevir" yazmışdım. Əyri-üyrü bir ürək şəkli çəkdiyim yadımdadır. Səhərisi Nuray dəftəri mənə qaytaranda yanaqlarındakı qızartını görmüşdüm. o andaca mənim yanaqlarım alışıb-yanmışdı. Bu qızartının Nurayın yanaqlarından mənim yanaqlarıma keçdiyini düşünmüşdüm. Bir az sevinmişdim ki, oxuyub. Bir az da qorxmuşdum açığı. Bir az üzülmüşdüm həm . Nurayın üzümə baxaraq dediyi bircə cümlə, gözlərimizin bir-birinə dikilməsi bir an çəkmişdi:

 

- Nuray da.

 

Qaçmışdı. Amma gülüşü uzun zaman qulaqlarımdaydı. İmtahanı uğurla verib bu dəfə qəbul imtahanına hazırlaşırdıq. aradakı ayyarım ərzində ən gözəl anları yaşamışdıq. İki sevən idik. Nurayın gözlərindəki istilik mənim nəinki ürəyimi, ömrümü isidirdi. Elə ilıq duyğular yaşayırdım ki, onu görmək üçün darvazalarının qarşısından o üz-bu üzə keçdikcə onun pəncərədən baxmağını görüncə yerimdəcə quruyub qalmağım sevginin şah duruşu idi. Ancaq qəbul imtahanından keçə bilmədim. Ayrılıq demək idi, bu artıq. Sentyabrda Nuray universitet tələbəsi oldu. Oktyabrda isə mən Azərbaycan Respublikasının əsgəri idim. Hərbi xidmətə getməzdən bir gün öncə bir-birimizə daim məktub yazacağıq deyə söz verdik. Verdiyimiz sözü tutduq da. Ancaq cəmi beş ay. Hər ay məktub yazırdım. Bu həftə sonu göndərdiyimiz məktubun cavabını gələn həftə alırdım. Sevgi doluydu Nurayın sözləri. Mənim cəsarət edib deyə bilmədiyim sözləri o yazırdı mənə. Hərdən düşünürdüm ki, Nurayın bu böyük, cəsur eşqinə layiq deyiləm. Məktubun gələn günü idi. qədər gözləsəm , gəlmədi. Bir həftə daha gözlədim. Sükut məni qəhərdə boğurdu. Daha bir məktub göndərdim. Yenə cavabsız. Nuraydan cavab almamaq mənimçün əzabdan da betər idi. Nəhayət, onu itirmək qorxusuyla anamın zəng etdiyi günlərin birində cəsarətimi topladım:

 

- Ana, Nuraygil necədir?

 

- Yaxşıdılar. Nuray dərsə gedib-gəlir. Səhərlər gedəndə görürəm.

 

- Ana, Nuray özü necədir?

 

Anam bir müddət susmuşdu telefonda. Handan-hana dillənmişdi:

 

- Cavid, qurbanın olum, sən sağ-salamat gəl, danışarıq.

 

Təkid eləmişdim. Ürəyim narahat idi.

 

- Anaa...

 

- Cavid, Nuray nişanlanıb, qadan alım. Keçən həftə "" verildi, dünən nişan oldu. Heç bizi çağırmadılar. Telefonun sallanan dəstəyi ilə bərabər yellənmişdi ürəyim. Üzüaşağıya axan göz yaşlarımın əlində əsir-yesir olmaq istəmirdim. Gözlərimi bərəltmişdim ki, yaşarması hiss olunmasın. ondan sonrakı aylarda evə getmək üçün tələsməmişdim belə. Əsgərlikdən qayıdanda universitetlə üzbəüz dayanacaqda düşmüşdüm 29 nömrəli marşrutdan. üçün belə etdiyimi özüm bilmədim. Gözlərimi qapıya zilləyib qədər durmuşam, bax, unutduqlarım sırasında bu zaman kəsiyi var. Nəhayət, tələbələrin bir-birini itələyərək qapıdan çıxdığını görmüşdüm. Nurayı da onların arasında. Əli ilə əl-ələydi. Saçları yellənərək Əlinin çiynində rəqs edirdi. O saçları belə qısqanmamışdım Əlinin çiyinlərinə. Gözlərinə dəymək istəməmişdim. Üzüyuxarı gedən 11 nömrəli avtobusun açıq qapısından özümü içəri salıb pəncərədən küçəyə baxırdım. Uzun-uzadı düşünmüşdüm:

 

- Mən Nurayın nəyi idim?

 

Aytac Sahəd

525.- 2020.- 4 mart.- S.23.