Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin
yaradılmasından 100 il
ötür
Ölkəmizin
ictimai-siyasi həyatında önəmli yer tutan Azərbaycan
Qızıl Aypara Cəmiyyəti 10 mart 1920-ci ildə
yaradılıb. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı
ilə hər ilin 10 mart tarixi
respublikamızda "Qızıl
Aypara" günü
kimi qeyd edilir.
Hazırda cəmiyyətinin şəhər və rayon bölmələri tərəfindən yerli təhsil şöbəsi
ilə birlikdə təhsil müəssisələrində
QAC-nın yaranmasının
100 illik yubileyi münasibəti ilə əlaqədar müvafiq tədbirlərin, o cümlədən,
maarifləndirmə xarakterli
işlərin planlı
şəkildə həyata
keçirilməsi nəzərdə
tutulur.
Cəmiyyətinin İmişli rayon şöbəsi QAC-nın
100 illik yubileyinin ərəfəsində rayonun
ümumtəhsil məktəblərində
müxtəlif mövzularda
maarifləndirmə işləri
və digər tədbirlər həyata keçirir. Cəmiyyətin
rayon şöbəsi
tərəfindən 1 və
7 nömrəli şəhər,
Nurulu, Yalavac, Sarxanlı, Buludlu, Muradxanlı, Rəsullu və Əliqullar kənd tam orta
məktəblərində şagirdlərlə
"İnsan alverinə
qarşı mübarizə",
"Siqaretə yox deyək!", "Yol hərəkətin təhlükəsizliyi barədə",
"Təbii fəlakət
zamanı əhalinin təxliyəsi", "Təb
fəlakətdən zərər
çəkmiş şəxslərə
ilkin tibbi yardımın göstərilməsi"
və "Mülki müdafiə" mövzularında
maarifləndirmə məqsədi
ilə söhbətlər
aparılıb, müəllimlərə
bu mövzularla bağlı bukletlər paylanıb, şagirdlərə
dəftər, qələm,
albom və digər məktəb ləvazimatları verilib.
İmişli şəhər 5 nömrəli
məktəb-liseydə "Narkomaniyaya qarşı mübarizə" adlı
tədbir təşkil
olunub. Tədbirdə rayon şöbəsinin sədri Rauf Əyyəmzadə çıxış
edərək narkomaniya
və onun fəsadları haqqında
şagirdlərə geniş
məlumat verib. Narkotik maddələrin müntəzəm
surətdə orqanizmə
yeridilməsinin insanda
fiziki və psixi funksiyaların pozulmasına gətirib çıxardığını bildirərək, narkotiklərin
qəbulunun orqanizmin bütün üzvlərini
zədələdiyini və
onun dağılmasına
səbəb olduğunu
vurğulayıb. R.Əyyəmzadə gənclərin çox vaxt təcrübəsiz olduqlarına görə alkoqolizmə və narkomaniyaya düçar olduqlarını qeyd edərək bu bəlaların məhvedici
nəticələrinin onlara
vaxtında başa salınmasının belə
halların aradan qaldırılmasına kömək
göstərdiyini diqqətə
çatdırıb.
Azərbaycan Qızıl Aypara
Cəmiyyəti, Beynəlxalq
Miqrasiya Təşkilatı
və Təhsil Nazirliyinin birgə layihəsi əsasında İmişli rayonundakı
Akif Bayramov adına Nurulu kənd tam orta
məktəbində müəllim
və şagirdlər
üçün insan
alverinə qarşı
mübarizəyə həsr
olunmuş maarifləndiriçi
seminar keçirilib.
Tədbirdə insan alverinə
qarşı mübarizə
haqqında şagirdlərə
məlumat verilib. Çıxışlarda insan
alverinə qarşı
mübarizədə əldə
edilən uğurların
cəmiyyətə düzgün
çatdırılmasında, maarifləndirmə işinin
aparılmasında beynəlxalq
və yerli qeyri-hökumət təşkilatlarının,
mətbuatla tərəfdaşlığın əhəmiyyəti
xüsusi vurğulanıb.
Şagirdlərə mövzu
ilə bağlı geniş məlumat verilib, müxtəlif video slaydlar nümayiş etdirilib.
Ümumi tədbirlər planına
uyğun olaraq rayon təhsil şöbəsinin dəstəyi
ilə QAC-nın yerli bölməsi ayrı-ayrı məktəblərdə
sinif müəllimlərin
rəhbərliyi ilə
şagirdlərdən ibarət
"Könüllülər" dəstələri yaradılıb.
Bu dəstələrə daxil
olan məktəblilər
ərazilərdə olan
şəhid ailələrinin
üzvləri, aztəminatlı
ailələrlə, əlil
vətəndaşlarla görüşlər
keçirir, onların
sosial əhtiyacları
öyrənir, mənzil-məişət
və həyətyanı
sahələrdə olan
işlərin kömək
göstərirlər.
R.Ağayev.
525-ci qəzet.-2020.- 4
mart.- S.12.