Zənginləşən
xəzinəmiz
Milli
Xalça Muzeyində
Martın
5-də Azərbaycan Milli Xalça Muzeyində Zənginləşən
xəzinəmiz adlı sərginin virtual
açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət
işçisi Şirin
Məlikova çıxış
edərək sərgi
haqqında məlumat verib. Bildirib ki, koronavirusun yayılma təhlükəsi
səbəbindən muzeylərdə
bir çox kütləvi tədbirlər
dayandırılıb: Ona
görə də biz ilk dəfə
olaraq sərgini onlayn şəkildə açmaq qərarına gəldik. Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin
saysız-hesabsız yeniliklərini
mənimsəməlidir. Muzeyimizin
ziyarətçiləri öz
evlərindən bizi izləyə bilərlər.
Mərasimdə Mədəniyyət Nazirliyinin
Aparat rəhbəri Fikrət Babayev çıxış edərək
Milli Xalça Muzeyində mütəmadi
təşkil edilən
sərgilərin əhəmiyyətindən
söz açıb. Qeyd edib ki,
muzeydə milli mədəniyyətimizin qiymətli
nümunələri nümayiş
olunur. Fikrət Babayev ilk virtual
sərgi münasibətilə
muzeyin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra sərgi təqdim edilib. Muzeyin direktoru sərgidə
nümayiş olunan xalça nümunələrinin
hər biri haqqında məlumat verib. Bildirib ki, sərgidə
2017-ci ildən bu günədək kolleksiyaların
zənginləşdirilməsi məqsədilə əldə
olunan tarixi, bədii, elmi əhəmiyyət kəsb
edən xovlu və xovsuz xalçalar, xalça məmulatları, zərgərlik
nümunələri və
geyimlər təqdim olunacaq. Muzeyə yeni daxil olan bu əşyalar
müxtəlif təşkilat
və şəxslər
tərəfindən hədiyyə
edilmiş və ya dövlət büdcəsindən ayrılan
vəsait hesabına özəl kolleksiyalardan və məşhur hərrac evlərindən satınalma yolu ilə əldə olunub.
Sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur Sotheby
hərrac evindən əldə edilən zərgərlik nümunəsi
qadın asma bəzəkləridir. Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu asma bəzəklər
XIX əsrə aiddir.
Bu bəzək əşyaları
öz üslub xüsusiyyətlərinə görə
muzeyin Zərgərlik
kolleksiyasında yer alan eksponatlar
arasında yeganə nümunələrdir.
ƏTRAFLI
Adsgarden.com
Azərbaycan Milli Xalça Muzeyinin apardığı
məqsədyönlü fəaliyyət
nəticəsində yerli
və xarici vətəndaşların öz
şəxsi kolleksiyalarında
yer alan
Azərbaycan xalçalarını
muzeyə hədiyyə
etdiyini söyləyən
Ş.Məlikova deyib:
"Sevindirici haldır
ki, Amerika vətəndaşları Hilari-Dumas
Jones və Jay Jones tərəfindən
muzeyə hədiyyə
olunan Quba xalçaçılıq mərkəzinin
ən məşhur kompozisiyalarından biri olan Qonaqkənd xalçası da sərgidə
nümayiş olunur. Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb
edən əşyaların
təmənnasız olaraq
muzeyə bağışlanması
onların bu mədəniyyət ocağına
özləri qədər
böyük etibar etdiklərinin göstəricisidir.
Muzeyimiz
dövlət və özəl sektorda fəaliyyət göstərən
təşkilat və fiziki şəxslərlə,
o cümlədən Heydər
Əliyev Fondu, Dövlət Gömrük
Komitəsi, AMEA Arxeologiya
və Etnoqrafiya İnstitutu və s. ilə sıx əməkdaşlıq
edir. Bu təşkilatlar
tərəfindən hədiyyə
edilən əşyalar
öz kompozisiyası,
texnikası, rəng harmoniyası və ornamentlərinin zərifliyi
ilə seçilərək
muzeyin ekspozisiyasında
layiqli yerlərini tutmuşlar.
Bildirib ki,
son üç ildə muzeyin kolleksiyalarına ümumilikdə
68 ədəd əşya
daxil edilib və onlardan bəzilərinin təqdimat
mərasimi artıq keçirilib. Hazırkı
sərgidə nümayiş
olunan 21 ədəd eksponat isə ilk dəfə ictimaiyyətə təqdim
olunacaq.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının dosenti,
Əməkdar rəssam
Məmmədhüseyn Hüseynov
sərgidə nümayiş
olunan Muğan xalçası haqqında
məlumat verib.
Muzeyin Elmi
tədqiqat və milli irsin qorunması
və saxlanması şöbəsinin müdiri
Aytən Əhmədova
isə nümayiş olunan zərgərlik məmulatlarının tarixi
və xüsusiyyətləri
ilə bağlı çıxış edib.
Tədbirdə, həmçinin muzey tərəfindən hazırlanan
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik
inciləri adlı kitabın təqdimatı da keçirilib. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri,
bu sənətdə istifadə edilən ənənəvi texnikalar
və Azərbaycanın
tanınmış zərgərləri
haqqında müfəssəl
məlumatlar yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması
məqsədilə mətnlər
Azərbaycan, ingilis və rus dillərində
verilib.
Qeyd edək
ki, sərgi martın 26-dək davam edəcək.
525-ci qəzer.- 2020.-
6 mart.- S.5.