Eybəcər olmaqdansa...

 

Esse

 

 

Bir ürək məhəbbət, o biri nifrət ola bilməz, insanda ürək bir dənədir. mən hər zaman öz ürəyimi necə xilas edəcəyim haqqında düşünmüşəm.

 

Bir ki, unutma bunu, quşlar müharibəni tez unudurlar.

 

"Müharibə qadın simalı deyil" kitabının son səhifəsində yazmışam ki, hələ heç kitab məni belə ağlatmamışdı. Onu müsabiqə üçün oxuyurdum noyabr ayı idi. Müharibə isə mayda bitmişdi. Amma Svetlana xanım   romanın qəhrəmanları üçün dünyanı tərk edən günə qədər  davam edəcəkdi.

 

Mən həmişə bayramımızı gözləyirəm deyən qadın qorxurdu o bayramdan. Bayramdan neçə gün qabaq paltarları yuyuram, təki paltar çox olsun, başımı qatıram. Hərbi oyuncaqları sevmirəm, uşaqlara almıram. Hərbi təyyarə modelini kimsə bizə gətirmişdi, o dəqiqə zibilliyə tulladım. Bütün bunlar haqqında danışan kimi xəstələnirəm. Müharibədən sonra bizim evdə təzə müharibə başladı. O da qorxulu idi. üçünsə, cəbhədə bizi güllədən qoruyan kişilər, bizi tərk edirdilər. Heç kim müharibə iştirakçısı olan qadınlarla ailə qurmaq, onları sevmək istəmirdi. Kəndin qadınları bizi əxlaqsız sözlərlə təhqir edirdilər. Mən isə, on səkkiz yaşımdan cəbhədə  sağlamlığımı itirmişdim. Biz bu qədər yol keçmişdik, anaların ərlərini, oğullarını xilas etmişdik. Bu həqarət üçün idi?

 

- Sən kiminlə evlənmisən? Cəbhə qızıyla.

 

Bu sözləri tez-tez eşidirdik. Biz müharibədə birdən dəhşətli dərəcədə yaşamaq istəyirdik. Bu gün onu qazanmışdıqsa, niyə bu qədər ağır sözlər mükafatımız olurdu?

 

Bir qadın insan qanının nar şirəsindən parlaq olduğunu, rəsm əsərlərində, təbiətdə onunla rastlaşmadığını danışırdı. Narkozsuz, adi mişarla kəsilən ayaqlara araq vururdular, yod, pambıq var idi.

 

İdeya inamın analıq hissiyatının da güclü olduğunu anlamışdıq. Müharibə olan ərazilərdən kişi qoxusu gəlirdi. Normal qadın müharibəyə getməz, atəş açmağı öyrənməz, belə olarsa,  normal uşaq doğa bilməz,  - deyənlərin sayı isə çox idi. Biz vətənə qayıdanda eşitdiyimiz ən sərt  danlaq isə belə idi:

 

- Bilirik, orda  işlə məşğul olmusunuz. Bizim kişiləri yoldan çıxarmısınız, cəbhə f...-i!

 

Müharibədə aşiq olmasaydıq, çətin sağ qalardıq. Yaralı əsgərləri qadın təbəssümü xilas edirdi. "Mən səni hər yerdə tanıyaram" cümləsinin necə kəskin duyğu olduğu əsgər yaralarına məlhəm idi. Məhəbbət müharibədə yeganə şəxsi hadisə idi. Qalan vardısa,  ümumi idi - hətta ölüm belə.

 

İztirab idrakın xüsusi formasıdır. Bəlkə buna görə, gettoda öləcəklərini bilən qadınla kişi evdə deyil, küçədə öpüşürdülər. Onlar başqa cür birlikdə ölmək istəyirdilər. Bu, məhəbbət idi. Başqa ola bilərdi ki? Ətrafda qırğın vardı, güllə-baran idi. Onlar isə öpüşürdülər. Müharibədə insan qorxulu anlaşılmaz olur. Onu başa düşmək qeyri-mümkündür.

 

Ağır yüklənmələrdən qadınlığın hər ay təkrarlanan normal halı pozulmuşdu. Bir dəfə istidə gedən bir qadından axan qan qumda ləkələr qoyurdu. Əsgərlər arxasınca gəlirdilər, guya heç görmürdülər. Qadının şalvarı əynində qurudu. Qanın qoxusu isə baş çatladırdı. Əsgərlər köynəklərini koldan asan kimi oğurlayırdıq. Bunun üçün bizə heç vermirdilər. Əsgərlər gülürdülər, başqa paltar istəyirdilər. Saçımızı qısa kəsir, yerişimizi dəyişirdik, amma elə istəyirdik boyanaq. Qəndi yemirdik, saçımızı kraxmallamaq üçün saxlayırdıq. Biologiyamızı dəyişmək mümkün deyildi.

 

Torpağın üstündə əyilmədən, sürünmədən gəzmək ən böyük arzumuz idi. Hamımız siqaret çəkirdik. Kişilər aclığa çətin dözürdülər, aclıq onlar üçün ölümdən betər idi. Ölümdən qorxurduq. Sonra isə yorğunluqdan bu qorxunu da unudur adam. Öldükdən sonda çirkin görünmək qorxusu isə adamı heç vaxt tərk etmir. Acından ölsək , yumurtanı qırıb çəkmələrimizi təmizləyirdik. Gözəl görünmək arzusu heç bir qadını ən çətin şəraitdə belə tərk etmirdi. Bizim öhdəmizdə vardı, hər bir yaralıya onu sevdiyimizi deməliydik. Bu, ən güclü dərman idi. Söhbətlərimizdəki kiçik detallar böyüklərə qalib gəlirdi, hətta tarixə belə. İnsani olan şeylər qalib gəlirdi. Gözəlliyi xatırlamaq qadın varlığının məhvedilməz hissi idi. Məhz bu səbəbdən bəzən yaşamaq, sağ qalmaq tibbin bütün qanunlarına zidd olsa da, baş verirdi!

 

Bütün kişilərə forma gözəl yaraşırdı, biz isə sevgi istəyirdik,  barıt iyindən boğulduğumuz  səngərdə sırğa taxı, pudra iyləyir, sevgi istəyirdik. Qadın səsinin ahəngi belə kişilərin simasını dəyişdirir onları oxşayırdı.

 

Atlar ölmüş adamların üstündən keçmirdilər, yolu hiss edirdilər yaralanıbsansa, səni tərk etməzdilər. Yanğında qışqıran toyuq səsləri hələ qulağımızdadır. Heyvanlar da müharibənin soyuq üzünü ağır yaşayırdılar. Torpaq silkələnirdi. İtlər ölən sahibinin yanına bizi ağlayan gözləri ilə aparırdılar, zingildəyib çağırırdılar. İtlər, pişiklər, siçovullar, sərçələr, sağsağanlar Leninqradda yeyilmişdi, qızardılmışdı.

 

Sümüklərin xırçıltısı, kəllənin çatladığı, parçalandığı cəbhədə kəsmək lazım olan əli dişimizlə qopardırdıq, çeynəyirdik. Əsgərlər isə deyirdi ki, tez sarıyın, hələ döyüşməliyik.

 

Ölən əsgərlər mahnı oxuyur, ölümlərinə inanmırdılar. Sinəsi dağılmış  əsgərin döyünən ürəyinin ətrafa qorxu, yoxsa məhəbbət yaydığını bilmirdik. Qadın təbiəti isə hərbi qaydalara müqavimət göstərirdi. Xatırlamaq dəhşətli idi, amma heç xatırlamamaq daha dəhşətli olurdu.

 

Müharibə bitəndə kişilər qalib, qəhrəman, adaxlı idilər. Biz isə tərbiyəsiz cəbhə qızları. Kişilər qələbəni əlimizdən almışdılar. Hamı bizə başqa gözlə baxırdı. Qələbəni bizimlə paylaşmaq istəmirdilər. Bu, bizə ağır gəlirdi. Cəbhənin ağrılarından keçən qadınlar adi həyatdan qorxurdular. Ağlamaq qabiliyyətini itirən qadınlar var idi, yenə xoşbəxt idilər ki, nifrət etməyi bacarmırlar. İki saat ərzində saçları ağaran qadınlar vardı bunun fərqində deyildilər. Atəş altından dörd yüz səksən bir yaralı çıxaran qadınlara müharibə ,  həyat da acı oyun oynamışdı. Ürəklərimizi yumruğumuzda sıxmışdıq. Yalnız insan olacaqsansa, sağ qala bilməzsən, başını qopardacaqlar.

 

Biz qələbə çalmışdıq, amma nəyin bahasına?!.

 

... sonda müharibənin qadının siması olmadığını göstərən ən zərif, ən həssas  xatirəni paylaşıram:

 

- İndi mən Krımda yaşayıram. Hər yer gül-çiçək içindədir. Hər gün pəncərədən dənizə baxıram. Başdan-ayağa əzab içində ağrı çəkirəm. İndiyə qədər üzüm qadın üzü ola bilmir. Mən tez-tez ağlayıram. Mən hər gün inildəyirəm - öz xatirələrimdə inildəyirəm...

 

Könül NURİYEVA

 

525-ci qəzet.-2020.-6 mart.-S.11