Ustaddərgisinin mart sayı

 

Dərginin redaktoru Səbuhi Şahmursoyun məlumatına görə, 34-cü sayda müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə şeirlər, müsahibələr digər sənət yazıları yer alıb.

 

 

 

Dərginin bu sayı baş redaktor  Şəmil SadiqinTeatrımızın dirilişiyazısı ilə başlayır. Məqalə İlqar FəhmininMənəm, mən...” mistik-psixoloji dramı əsasında YUĞ teatrının hazırladığı tamaşa haqqındadır.

 

 

 

Mədəniyyət Turizm naziri Əbülfəs Qarayevlə müsahibədə müasir kitabçılıq, mədəni tədbirlər fonunda kitaba maraq, regionlarda kitab oxuma həvəsi s. haqqında danışılıb.

 

 

 

Ustad”ın bu sayında filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın, Dino Busattinin “Tatar çölüromanı haqqında yazısı verilib.

 

 

 

Günümüzdə poeziya yaradıcılığının ilk xatırlananlarından olan Səlim BabullaoğlununNoyabr gündəliyiUstad”ın bu sayında dərc olunub.

 

 

 

Azərbaycan mühacirətinin ən görkəmli nümayəndələrindən olan Süleyman Təkinərin sovet tənqidi haqqında 1959-cu ildə Almaniyada çap olunmuş məqaləsi Azərbaycan dilinə uyğunlaşdırılaraq dərc olunub. Məqalədə sovet tənqidçilərinin Rəsul Rza yaradıcılığına münasibəti qabardılır.

 

 

 

AMEA-ın əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova müasir türk ədəbiyyatından Hakan Bıçakıçının hekayələrini tərcümə edərəkUstad”ın bu sayına təqdim edib.

 

 

 

Azərbaycan bölgələrində son illərdə yaranan ədəbiyyatın janr forma müxtəlifliyi, toxunular mövzular s. barədə Nizami HüseynovunBölgələrdə nədən yazılır?” məqaləsində məlumat verilib.

 

 

 

Pərvinin tərcüməsində Aykut ƏrtoğrulunDünyanın ən qəzəbli hekayəsi”, Camal ŞakarınBəzən gələcək gəlməz”, Güray Süngününİşıqlı baş”, Nəcib Tosunun isəBalaca Bərivanhekayələri, Ceylan Mumoğlu tərcüməsində isə Səid Faiq AbasıyanıqınAçıq səma altında otelhekayələri dərginin bu sayında yer alıb.

 

 

 

Kino-resenziya rubrikasında Kamran Şeyxzamanlı Con Lennonun ölümündən bəhs edən “27-ci hissəfilmi haqqında yazıb. FilmdəkiÇovdarlıqda uçurumdan qoruyanəsəri ilə qəhrəmanın taleyi arasındakı paralellər şərh edilib.

 

 

 

Şeir rubrikasında Emin Pirinin, Orxan Yaşarın Vasif Zöhraboğlunun şeirləri dərc olunub.

 

 

 

İki eksperimental hekayə Ustad”ın 34-cü sayında yer alıb: Fərid MəmmədovunUçmağı öyrənmək UraqanınQurbanhekayəsi.

 

 

 

Eyyub MəmmədovunFinişdən o yandak həyatesse-yazısı Salam Sarvan yaradıcılığına həsr olunub.

 

 

 

Dərginin sənət rubrikasındaKubizminteqrativ sənəthaqqında araşdırma yazı verilib. Rəssamlıqda kubizmin doğuluşu, əsas nümayəndələri digər sənət sahələrində təzahürü barədə araşdırmanın müəllifi Nizami Hüseynovdur.

 

 

 

Artıq bir neçə saydır ki, davam edənKitabını göstərkitabla fotosessiyarubrikasını bu dəfə model Nur Hüseynova təqdim edib.

 

 

 

Ustad”ın mart sayını artıq kitab mağazalarından əldə edə bilərsiniz.

 

 

Qədir, Cavid.

525-ci qəzet.- 2020.- 6 mart.- S.11