Cəsur zabit
Eynəli Sultan və varisləri: axtarışlar,
tapıntılar
AMEA
Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
12 il əvvəl Naxçıvan Dövlət
Universitetinin tanınmış müəllimlərindən və
yaxşı tədqiqatçı alimlərindən olan bir xanım
mənə maraqlı məktub gətirdi. Arzu
etdi ki, mən məktub sahibinə - Oleq Əziz oğlu
Sultanova köməklik göstərim.
Mətləbi
açmazdan əvvəl yaxşı olar ki, Rusiyadan
yazılmış məktubu olduğu kimi oxuculara təqdim edək:
"Zdrastvuyte, uvajaemaə qospaja...! Vas bespokoit
iz Moskvı jurnalist Oleq Azizoviç Sultanov. Ə gtniçeskiy azerbaydjaneü, no dolqo uje
projivaö za predelami Rodinı. U menə k
Vam bolğşaə prosğba. Delo v tom,
çto moi familğnıe korni rodom iz Naxiçevani, qde v 1878
qodu rodilsə moy ded Sultanov Mexti. Moy
pradeduşka toje iz Naxiçevani, eqo zvali Sultanov Gynalibek.
Ne podskajite li mne glektronnıe adresa
istorikov-naxiçevanüev, kotorıe moqli bı
pomoçğ mne sostavitğ rodoslovnuö moeqo roda? Sam ə
uje pojiloy çelovek, mne 59 let, no tak poluçilosğ,
çto, k sojaleniö, malo znaö podrobnostey o svoix
azerbaydjanskix predkax. Znaö, çto ded Mexti
bıl rasstrelən v 1937 qodu v Azerbaydjane; on bıl polkovnik
üarskoy armii, a potom qeneral v sovetskoy armii, əvləlsə
pervım naçalğnikom Zakavkazskoy voennoy şkolı, no za
svəzğ s Musavatom eqo priqovorili k smerti. Praded Gynalibek,
kak rasskazıval mne oteü, bıl əkobı
izvestnım v Naxiçevani prosvetitelem, oçenğ
boqatım çelovekom. Vot i vse, bolğşe
mne niçeqo ne ne izvestno, i sam ə v Naxiçevani nikoqda ne
bıl.
Budu Vam
blaqodaren, esli smojete vıvesti menə na
çeloveka, kotorıy znaet istoriö Naxiçevanskoqo roda
Sultanovıx. V svoö oçeredğ,
postaraösğ Vam bıtğ po mere sil poleznım pri
reşenii voprosov, kotorıe u vas moqut vozniknutğ po Moskve.
S
iskrennım uvajeniem,
O.A.
Sultanov, çlen Soöza jurnalistov Rossii ".
(Salam,
hörmətli xanım...! Sizi Moskvadan jurnalist
Oleq Əziz oğlu Sultanov narahat edir. Mən
əslən azərbaycanlıyam. Amma uzun
illərdir ki, vətəndən uzaqlarda yaşayıram.
Mənim Sizdən böyük bir xahişim var.
İş ondadır ki, mənim ailə soyum
Naxçıvandandır. Babam Mehdi Sultanov
1878-ci ildə Naxçıvanda doğulub.
Naxçıvandan olan ulu babamın adı Eynəlibəy Sultanov olub. Mənim nəslimin şəcərəsini qurmaqda mənə
köməklik edə bilən bir naxçıvanlı
tarixçinin elektron ünvanını mənə deyə bilərsinizmi?
Mən artıq yaşlı adamam, 59 yaşım var. Təəssüflər
olsun, elə alınıb ki, azərbaycanlı babalarım
haqqında çox az bilirəm. Bilirəm ki, babam Mehdi 1937-ci ildə Azərbaycanda
güllələnib. O, çar ordusunun polkovniki olub,
sonralar sovet ordusunun generalı olan babam Zaqafqaziya hərbi məktəbinin
ilkin rəisi olub. Ancaq Müsavatla əlaqəsi
olduğuna görə ölüm cəzasına məhkum
etmişlər. Atamın mənə dediyinə
görə, ulu babam Eynəli bəy Naxçıvanın
tanınmış maarifçilərindən və varlı
adamlarından biri imiş. Vəssəlam.
Mənə artıq heç nə məlum deyil
və özüm heç vaxt Naxçıvanda
olmamışam.
Əgər mənlə naxçıvanlı
Sultanovların nəslini tanıyıb-bilən şəxs
arasında əlaqə yaratsanız, Sizə çox minnnətdar
olaram. Öz növbəmdə, Moskvada ortalığa
çıxan problemlərinizin həllində öz xeyirxah
köməkliyimi əsirgəmərəm.
Səmimi
hörmətlə: Rusiya Jurnalistlər İttifaqının
üzvü O.Ə.Sultanov).
Qürbətdən böyük ümidlərlə, həm
də kədərlə yazılmış bu məktub indi də
məndədir. Çox təəssüflər ki, həmin
vaxt mən Oleq Əziz oğluna köməklik edə bilmədim.
Bunun səbəbləri vardı. Əsas səbəb onun babası Mehdi Sultanovun kimin
oğlu olması və onları ulu babaları olan məşhur
hərbçi kapitan Eynəli bəy Sultana bağlayan arxiv sənədlərinin
tapılmaması idi. Çünki hər
hansı bir nəslin şəcərəsini bilmədən,
qurmadan dəqiq məlumat vermək səhv nəticələrə
aparıb çıxarır. Digər səbəb
isə Naxçıvanda Sultanov familiyaları çoxdur.
Bu da onların Şah İsmayıl hakimiyyətində
"Sultan" hərbi rütbəsi almış babaları
ilə bağlıdır. Varislər XIX əsrin
sonlarından başlayaraq "Sultan" titulunu özlərinə
familiya seçmiş və sənədlərdə elə belə
də yazmışlar. Həmin illərdə
kapitan Eynəli Sultanla Mehdi Sultanovu bağlaya biləcək sənədlərin
tapılmaması ucbatından uzaq qürbətdə ümidlər
içində xəbər gözləyən bir ailəni
sevindirmək mümkün olmadı. Onu da deyim ki, onlarla
belə məktublar olub və təmənnasız olaraq varislər
öz ulu babalarının şəcərə qollarına
birləşiblər və s. Naxçıvan, Bakı, Tbilisi
və digər arxivlərdə axtarışlar apararkən
kapitan Eynəli bəylə də axtarışlar diqqətimdə
olub. Həm də hərb tariximizdən olan elmi
işimdə kapitan Eynəli bəy Sultanov da var. Oleq Əziz
oğlunun məktubunda olan bəzi yanlışlıqlara, yeri
gəldikcə, yazımızda münasibət bildirəcəyik.
İki ay bundan əvvəl bir telefon zəngi
axtarışların müsbət yekunlaşmasına köməklik
etdi. Zəng edən Bakıdan idi: Elçin Camal oğlu
Sultanov. Qiyabi tanış olduq. O da ulu
babası kapitan Eynəli bəyin sorağında idi. Qeyd edək ki, Elçin Sultanov daha çox məlumatlı
idi və o da babası Hidayət bəydən əvvəlləri
bilmirdi. Amma Azərbaycan Milli Təhlükəsizlik
Nazirliyinin Arxivinə yazdığı məktublara
cavabları, həmçinin. Hidayət bəyin
diplomunun surətini və bəzi istintaq sənədlərinin
üzlərini çıxararaq mənə göndərmişdi.
Onun dediyindən məlum oldu ki, ana babası da
naxçıvanlı Şeyx Kərim Axundzadədir. Anası Bətulə xanım Şeyx Kərimin
qızıdır. Bu səbəbdən
tez-tez Naxçıvana gəlirmiş, muzeylərə və
şəhərin tarixi yerlərinə tamaşa edib Bakıya
qayıdırmış. Onun doğma
Naxçıvana belə bağlılığı mənə
Oleq Əziz oğlunun məktubunu bir daha xatırlatdı.
Və gərgin axtarışlar yenidən
başlandı.
Naxçıvan
şəhərinin 1832-ci ildə Rusiya hökuməti tərəfindən
tərtib edilmiş kameral təsvirlərdə (siyahılarda)
poruçik Eynəli Sultan haqda ilkin məlumat var: poruçik
Eynəli Sultan Məmmədsəid oğlu 45 yaşında, həyat
yoldaşları Nərgiz (30 yaş), Fatma (26 yaş);
Üç
oğlu Baba (15 yaş), Əlipaşa (12 yaş vəfat edib),
Həsən (7 yaş);
Beş
qızı qeyd edilib: Sarabəyim (14 yaş), Şəfabəyim
(13 yaş), Əziz xanım (9 yaş), Tutubəyim (5
yaşında vəfat edib), Şeyda (2 yaşında vəfat
edib).
Eynəli bəy 1788-ci ildə Naxçıvanda
doğulub. Özü də Kəngərli tayfasının Kəclər
(Qəclər) qolunda siyahıya alınıb. Yəni Kəc (Qəc) Kəngərlilərdəndir.
XVII əsrlərə aid arxeoqrafik sənədlərdə
belə kəngərlilər müqavilələrdə öz
möhürləri ilə qeyd olunublar. Bilici
Kəngərlilərlə əmi uşağıdırlar.
Sonralar, XX əsrin əvvəllərində
Bilici kəngərlilərin çoxu, əsasən hərbçilər
öz familiyalarını Kərimsultanov
yazdırmışlar. Ulu babaları Kərim
Sultanın şərəfinə. Əlbəttə,
bəy komissiyalarının icazəsi ilə.
Məqsədimizdən uzaqlaşmayaq. Naxçıvan şəhərinin
1843-cü ilə aid kameral təsvirlərində
(siyahılarında) poruçik Eynəli Sultan haqda yeni məlumat
yazılıb:
poruçik
Eynəli Sultan Məhəmmədsəid oğlu (1788),
55yaşında;həyat yoldaşları: 1) Nərgiz xanım
40 yaşında; 2) Fatma xanım 35 yaşında; 3) Xədicə
xanım 60 yaşında.
Oğlanları:
1) Baba bəy, praporşik 25 yaşında; həyat
yoldaşı Şərəfxanım 24 yaşında;
qızı Cavahir 4 yaşında; oğulluğu Həsən
17 yaşında; 2) Ələkbər bəy 9 yaşında;
3) Ələsgər bəy 4 yaşında; 4) Qasım bəy
6 yaşında
Kəngərli
tayfasının XVII-XVIII əsrə aid farsdilli
Naxçıvan sənədlərində Kəc (Qəc) Məhəmmədsəid
Kəngərli adına rast gəlinir.
Çar Rusiyasının 1828-ci ildən sonra, əsasən
1832-ci ildən başlayaraq Naxçıvan şəhəri
üçün tərtib etdiyi kameral təsvirlərdə Kəngərlilərin
Kəclər qolunun şəhərin əksər məhəllələrində
yaşaması qeydə alınıb.
İndi bu məlumatlardan sonra maraqlı məsələ
varislərin axtardıqları babaları kapitan Eynəli bəyin
oğlanlarından hansıların övladları olmaları
idi. Yenə də tapılan arxiv sənədləri
köməyə gəlib açar rolunu oynadı. 1911-ci ilə aid bir arxiv sənədində olan məlumat
diqqətimizi çəkdi. İrəvan
qubernatoruna bir raport yazılmışdı. Həmin sənəddə
söhbət vəfat etmiş Ələkbər bəy Eynəlsultanovun
həyat yoldaşları 84 yaşlı Gülsüm xanıma
və 40 yaşlı Səadət xanıma təqaüd verilməməsindən
söhbət gedirdi. Burada qeyd olunmuşdu ki, mərhum
Ələkbər bəy kollej məsləhətçisi
olmaqla bərabər, həm də Naxçıvan türməsinin
nəzarətçisi (yəni müdiri) vəzifəsində
işləyib.
Artıq
1843-cü il kameral arxiv sənədindən
bizə məlum idi ki, vəfat etmiş Ələkbər bəy
kapitan Eynəli bəy Sultanovun ikinci oğludur. 1834-cü
ildə doğulub və 1911-ci ilin 26 aprelində 77
yaşında vəfat edib.
1911-ci ilin 7 noyabrından başlanan bu arxiv işinə
26 oktyabr 1913-cü ildə xitam verilib. Çoxlu
yazışmalar gedib və nəhayət, Qafqaz
canişinliyinin göstərişi ilə Ələkbər bəyin
dul qalmış qadınlarına ildə 175 rubl təqaüd
təyin edilib.
Bu mühim arxiv işində iki sənəd
axtarışlarımız baxımından çox qiymətlidir. və
tarixi bir suala da (indi onu da deyəcəyik) cavab verir.
Haqqında söhbət açdığımız sənədləridən
biri qəbz və rəydir. Hər ikisini Qasım
ağa Elçiyev (O, əvvəllər familiyasını
Sultanov yazdırıb - müəllif) imzalayıb. Yazaraq bildirib ki, qardaşı Ələkbər bəyin
dul qalmış həyat yoldaşı Gülsüm xanım 4
mart 1912-ci ildə vəfat edib. Onun oğlu Eynəli bəy Sultanovdur.
Hazırda Qars Dairə rəisinin baş köməkçisi
vəzifəsində işləyir. O biri sənəddə
isə sağ
qalmış Səadət xanımın da qardaşı
Ələkbər bəyin həyat yoldaşı olduğunu təsdiqləyib.
Tarixi sual isə rus şərqşünası,
etnoqrafı və 1935-ci ildə Naxçıvanda elmi
axtarışlarda olan kəşfiyyatçı polkovnik
K.N.Smirnovun kitabında yazdığı məsələdir.
O yazır ki, Naxçıvanda Kəngərli Elçiyevlər
də yaşayırlar. Amma təsdiqləyici sənədlər
olmadığından çoxları elə bilirdi ki, biz
doğru yazmırıq və s. İndi o faktı təsdiqləyən
tarixi sənəd də tapıldı!
1915-ci il
30 iyun Odessa
şəhərində Hidayət bəy Eynəli Sultanoğlu
Sultanova verilən diplomdakı məlumatlardan da aydın olur
ki, Hidayət bəy Qarsda xidmət göstərən Eynəli
bəyin oğludur. Ələkbər bəyin isə
oğul nəvəsidir. Həmin diplomdakı məlumatlardan
aydın olur ki, Hidayət bəy Rusiyada Novorossiya (sonralar
Odessa) universitetinin hüquq fakültəsində (1907, 1908,
1909, 1910-cu illərdə oxuyub) təhsil alıb və 29 may
1912-ci ildə ona 2-ci dərəcəli diplom verilib. Diplomu Odessa Təhsil Dairəsinin popeçitelinin
(müdirinin) dəftərxanası möhürlə
imzalayıb. 1911-ci il sınaq müddəti
olub.
Digər bir sənəddə isə Hidayət bəyin
Novorossiya universitetində əvvəlcə tibb fakültəsində
oxuması haqqında məlumat vardır. Hidayət bəy
alitəhsilli hüquqşünas kimi doğma vətəni
Naxçıvana qayıdıb və fəaliyyətə
başlayıb. Bacarıqlı, savadlı,
xeyirxah hüquqşünas və vəkil kimi
naxçıvanlıların çox ehtiram bəslədikləri
insan olub. 1918-1920-ci illərdə, Naxçıvanın taleyüklü məsələlərində
III Kalbalı xanın sadiq əsgərlərindən biri kimi
erməni daşnakları ilə döyüşlərdə
seçilib. Mirzə Bağır Əliyevin
gündəliyində Hidayət bəyin və dostu İskəndər
xanın (Rəhim xanın oğlu - müəllif) da fəaliyyəti
haqqında yazılıb.
Amma 1920-ci ilin 28 iyulundan sonra Naxçıvanda rəhbər
mövqe tutan İnqilab Komitəsi, sonralar onu əvəzləyən
təşkilatlar Hidayət bəyi də təqib etdirmişlər. Bütün
bu təqiblər 1937-ci ilin sentyabrında onun həbsi ilə
başa çatıb. Həmin vaxt tərtib
edilən ittihamnamədə onun sosialist inqilabına qədər
hakim, prokuror işləməsi, sonralar isə antisovet təbliğatı
aparması, İran konsulu Qafar ağa Səfərlibəyovla
dostluğu və s. əsas götürülüb. Hətta Hidayət bəyin qaçaq Tağı
Rzayev və Hüseyn Nəsirovla əlaqələrinin
olması da qeyd olunub. Əlbəttə
bunlar hamısı uydurulmuş böhtanlar, yalanlar idi.
Olduqca bacarıqlı, ali savadlı,
hüquqşünas və Naxçıvan Milli Müdafiə
Komitəsinin cəsur döyüşçülərindən
biri olan Hidayət bəyi məhv etmək üçün
qurulan tələlər idi.
İttihamnamədə qeyd edilib ki, evində
axtarışlar aparıldı. Onun pulların və
qızıl saatın Naxçıvan Daxili İşlər
İdarəsinə təhvil verilməsi və ona məxsus ov
tüfəngini də müsadirə etdiklərini yazıblar.
Hidayət bəylə bağlı bir məxfi sənəddə
(¹-7-0/660/57-ci il) qeyd olunub ki, o, 5 sentyabr
1937-ci ildə həbs edilib və 6 gündən sonra güllələnib.
Əslində bu məxfi sənəd 1957-ci il
29 noyabr tarixində yazılmış qərardır. 11 sentyabr 1937-ci ildə nahaqdan "troyka
(üçlük)" tərəfindən güllələnən
Hidayət bəyə bəraət verilməsi haqqında
yazılan qərarda bir çox məsələlərdən
söhbət açılır və ittihamların qurama
olduğu aşkar görünür. Hətta
bunu Azərbaycan SSR-in prokurorluğu da etiraf edir və ona bəraət
qazandırır. Amma olan olmuşdu.
Azərbaycanın ən yaxşı, ali
savadlı, təəssübkeş, qorxmaz oğullarından
biri əbəs yerə məhv edilmişdi və ailəsi,
övladları Qazaxıstan sürgünlərində həyatın
qələm yaza bilməyən dəhşətlərini
yaşamışdılar.
Hidayət bəyə 11 sentyabr 1937-ci ildə akt tərtib
edilib. Onun haqqında qısaca məlumat verilib. Yaşının 53 olduğu göstərilib.
Qərar belə olub: Əmlakı müsadirə olunmaqla
güllələnsin. Protokolu
üçlüyün katibi Koqan imzalayıb və
möhürləyib. Aktdakı
çıxarışda hökmün icra vaxtı və
saatı da göstərilib. 2 oktyabr 1937-ci il.
Gecə saat 2 tamamda hökm yerinə yetirilib.
Leytenant Suxanov və Koqan imzalayıblar. 1937-ci ilin 20 oktyabrında isə bütün əmlakı
müsadirə edilib və bu haqda 55338-¹-li akt tərtib edilib.
1957-ci il
7 dekabrda Hidayət bəyin həyat yoldaşı Lətifə
Əli qızı Sultanovaya Azərbaycan SSR Ali Məhkəməsi
arayışla bildirib ki, həyat yoldaşınız Hidayət
Sultanov haqqında ittihamnamə özünü
doğrultmadığından ona bəraət verilir. Hidayət bəyin Lətifə xanımla
nikahından 3 oğulları dünyaya gəlmişdi. Camal, Nəcməddin və Şəmsi. Həmin vaxtlar Şəmsi Tiflisdə oxuduğu
üçün sürgündən yayına bilib. Lətifə xanımla 24 yaşlı oğlu Cənnət
(Camal) və 9 yaşlı oğlu Nəci (Nəcməddin)
Qazaxıstana, Taldı-Kurqan vilayətinin Kirov rayonuna
sürgün ediliblər. 1954-cü ilə
kimi orada sürgündə yaşayıblar. Həmin ildən sonra Çimkənd vilayətinin
Paxtaroyski rayonunun Slavyanka kəndinə - öz həmyerlilərinin
yanına köçüblər.
1968-ci ildə Lətifə xanım və oğlu Camal
Bakıya köçürlər və orada şəhər ətrafında
olan bir qəsəbədə məskunlaşırlar. Naxçıvana
gələ bilmirlər. Çünki ailəyə
tam bəraət verilməmişdi. Lətifə
xanım 1971-ci ildə Naxçıvan həsrəti ilə vəfat
edib. Oğlanları Camal (1913-1981) və
Şəmsi (1923-2010) Bakıda, Nəcməddin isə
(1929-2017) Daşkənddə dünyalarını dəyişiblər.
Hidayət bəyin ailəsinə tam bəraət isə
müstəqil Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi tərəfindən 29 may 1997-ci ildə
verilib.
Qeyd edək ki, Hidayət bəyin evi Naxçıvan
şəhərində keçmiş Puşkin küçəsindədir. İndi də
memarlığı ilə göz oxşayan bu evdə Hidayət
bəyin ulu babası məşhur döyüşçü
kapitan Eynəli bəy Sultan, onun oğlu Ələkbər bəy,
Ələkbər bəyin oğlu Eynalı bəy də
yaşamışlar.
İndi qayıdaq qürbət ellərdə ürəyində
Naxçıvan sevgisi daşıyan Oleq Əzizovun
yazdığı məktuba. Axtarışlar
göstərdi ki, Oleqin ata tərəfdən babası Mehdi bəy
Sultanov da Qarsda yüksək vəzifədə işləyən
Eynəli bəyin oğludur. Yəni Hidayət
bəyin qardaşıdır.
Zəhmətkeş hərb tarixçilərimiz Şəmistan
Nəzirli və Mehman Süleymanov polkovnik Mehdi bəy Eynəlibəy
oğlu haqqında, yazdıqları kitablarda məlumat
vermişlər. Yazılanlardan məlum olur ki, Mehdi bəy
(1880-1937) Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti,
polkovniki olmuşdur. Yazılan kitablarda onun
1880-ci ildə Gəncədə doğulduğu qeyd edilib.
Amma onun nəvəsi Oleq Əziz oğlu
babasının doğum tarixini 1878, yeri isə
Naxçıvan şəhəri olduğunu göstərib. Cümhuriyyət ordusunun
sıralarında 1918-ci ildən hərbi xidmətə
başlayan Mehdi bəy Sultanov 1919-cu il
yanvarın 4-də hərbi nazirin əmri ilə podpolkovnik Sultanov
Ləki topçu anbarının rəisi təyin olunub.
1919-cu il 24 noyabrda Azərbaycan hökuməti
tərəfindən ona polkovnik hərbi rütbəsi verilib. 1920-ci ilin 9 yanvarında isə o, 6-cı
Göyçay piyada polkunun (alayının) komandiri təyin
edilib.
1920-ci il aprelin 28-dən sonra, yəni Azərbaycanda
Sovet hökuməti fəaliyyət göstərdiyi illərdə
Mehdi bəy Sultanov Azərbaycan diviziyasında 3-cü polkun
komandiri olmuşdur. 1926-cı ildə Mehdi bəyi həbs
etmiş və 10 il müddətinə uzaq
Arxangelsk vilayətinə, Solovetsk həbs düşərgəsinə
sürgünə göndərmişlər.
1936-cı ildə Bakıya dönən Mehdi bəy
Sultanovu Azərbaycan NKVD-si (Xalq Daxili İşlər
Komissarlığı) yenidən həbs etmiş və
xüsusi üçlüyün (troykanın) qərarı ilə
güllələmişlər. Qeyd edək ki, Mehdi bəy
Oleq Sultanovun yazdığı kimi, general hərbi rütbəsində
olmamışdır. Beləcə, Mehdi bəy
Sultanov da qardaşı Hidayət bəyin faciəli taleyini
yaşamışdır.
Məqamındaca deyək ki, Mehdi bəy Eynəlibəy
oğlu Sultanov Azərbaycanda sovet hökuməti qurulanda 40
yaşında idi. Və onun 1918-ci ilədək hərbi fəaliyyəti
var. Məqsədimiz onu da araşdırmaqdır. Ulu babaları kapitan Eynəlı Sultandan da əvvəl
yaşayan əcdadlarının keçdiyi hərb yolları
var. Hüquqşünas, Azərbaycanın ilk
diplomatlarından biri, lüğətçi alim Paşa bəy
Ələkbər bəy oğlu Sultanov da kapitan Eynəlı
Sultanın oğlu nəvəsidir. Türk, rus, latın, qədim yunan, fransız və fars dillərini
mükəmməl bilən poliqlot, həm də Azərbaycanda
notarius qurucularından biri olub. Onunla da
bağlı axtarışlarımız davam edir. Bunlar hamısı yaşanmış tarixdir.
Ona görə də bu mövzuya nöqtə qoymuruq...
Musa RƏHİMOĞLU
(QULİYEV)
525-ci qəzet .- 2020.- 6 mart.- S.12-13.
$t 525-ci qəzet
$g 2020.- 6 mart.- S.12-13.