“Səbəbi sənsən”
kitabından yaz ovqatlı şeirlər
Qala - Adam
Hər
adamın sığınmağa
Bir
qalası olsun gərək.
Bu
qaynaşan pis gözlərdən
Bir
xilası olsun gərək.
Nicat yoxdu
bolca vardan -
Hündür
divar, dik hasardan!
Adamı
daş adamlardan
Qala - Adam
alsın gərək!
Bu gələn
gözəl, əladı
Yeriyən,
gəzən qaladı.
Bəlkə
də təzə bəladı
Dinsin
görək, gəlsin görək!!!
BİR DƏ
GƏLMƏYƏCƏK...
(Bu şeirə Əməkdar artist
Xumar Qədimovanın bəstələdiyi və ifa etdiyi
mahnı çox məşhurdur. Qadınların sevimlisidir)
Elə
möcüzələr yaratmısan ki,
Elə dəqiqələr
yaşatmısan ki,
Olmayıb
heç onun yüzdə biri də
Nə mənim
dünyamda,
nə bu
dünyada.
Sən elə
telləri qırıb getmisən,
Sən elə
yaralar vurub getmisən,
Təpəri
yoxdu ki, dözüb dayansın,
Nə mənim
dünyamın,
nə bu
dünyanın.
Qəfil gəlişinlə
suç eləmisən
Sənsiz
keçən ömrü puç eləmisən
Vurmayıb
heç zaman belə qar-yağış
nə mənim
dünyamı,
nə bu
dünyanı.
Bilmədim
iblissən, ya mələk, Qadın,
Ətri,
gözəlliyi çiyələk Qadın.
Bir də
gəlməyəcək sənintək Qadın
Nə mənim
dünyama,
nə bu
dünyaya.
O
(Bu şeirə Xanım
İsmayılqızı mahnı bəstələyib)
Baxma ki,
sakit dayanıb,
Qəfildən
götürər səni!
Qoparıb
dostdan, tanışdan
Evindən
itirər səni.
Qaldırıb
göyün qatına,
Mindirər
şahlıq atına.
Dad gətirib
həyatına,
Cənnətə
yetirər səni.
Əlində
yarağın qalmaz,
Dəftərin,
varağın qalmaz,
Heç
nəyə marağın qalmaz,
İşini
bitirər sənin.
Quruyarsan
bulaq kimi,
Bezər,
doyar uşaq kimi,
Bir
qırıq oyuncaq kimi
Qaytarıb
gətirər səni!
GƏL
Nəyə
lazım artıq zəhmət, əziyyət? -
Orda onu,
burda məni tovla gəl.
Adımızı
eyni yerdə qeyd elə,
İkimizə
eyni mesaj yolla gəl.
... Fikir
vermə, zarafatdı sözlərim,
Yenə
gülsün, işıq saçsın gözlərin!
Qayıt
yenə əvvəlkitək şipşirin,
Dillərində
bir şan təmiz balla gəl.
Olan oldu,
keçən keçdi, qəzaydı,
Tanrı
gərək elə belə yazaydı.
İndi
daha beyin açıq, göz aydın,
Geri
boylan, vallah qayıt, vallah, gəl.
NƏ FƏRQİ...
(Bu şeirə Aysel Kərim musiqi bəstələyib.
Əməkdar artist Gülüstan Əliyeva ifa edib)
Gedirsənsə,
nə fərqi var, ya səssiz,
ya
sözümü, baxışımı yozub get.
Nə fərqi
var, azad burax, çox inan,
ya da
yoxla, addımımı pusub get.
Bu sevginin
nənnisində biz uşaq,
bitibdisə
ha sarmaşaq, qovuşaq.
Fərqi
yoxdu, ya candərdi barışaq,
ya da inci,
ya da çığır, küsüb get.
Nə
iblisim, nə mələyim deyilsən,
ümid
dolu gələcəyim deyilsən.
İndən
sonra ta gərəyim deyilsən,
fərqi
yoxdu, ağlayıb get, susub get.
YAXIN GƏLMƏRƏM
Sel kimi
kökümdən qopartdın məni,
Bir də
şırnağına yaxın gəlmərəm.
Cadunu
canıma yaydı öpüşün,
Odlu
dodağına yaxın gəlmərəm.
Sandım
gül qoxulu ilk bahar imiş,
Gördüyüm
ilğımmış, yayda qar imiş.
Sehrli
qoynunda tilsim var imiş,
Sirli
qucağına yaxın gəlmərəm.
Qarışdı
saçımın qarası, ağı,
Oldu
barmaqların rahat darağım.
Bir də
barmağına dəyməz barmağım,
Bir də
dırnağına yaxın gəlmərəm.
Atdım
yaddaşımı nimdaş çarıqtək,
Soyundum
sevgimi boz arxalıqtək,
Çırpınıb
əlindən çıxdım balıqtək,
Bir də
qarmağına yaxın gəlmərəm.
NƏ İDİ?
Gözlərini
döyə-döyə baxarlar,
Anlamazlar
bu toxunan nə idi?
Yüz
qoxunu qovalayan bu ətir,
Bu təzə
dad, təzə xanə nə idi?
İşıq
səpdin, nurla doldu dağ, dərə,
Min rəng
verdin boz-bulanıq günlərə.
Atlananda
qırğı kimi kəhərə
Çaşdılar,
bu özgə xına nə idi?
Niyyətini
gülüşünlə pərdələ,
Qocasını,
cavanını fəth elə.
Qəfil
yox ol, hamısını tərk elə,
Mat
qalsınlar, bu fırtına nə idi?
QİSAS
Adamı
göyə qaldırıb
Sonra ki,
yerə vururlar.
Elə
bir sıfır artırıb
Sonra
sıfıra vururlar.
Gedir,
qalmır izi, tozu,
Hər gələn
bir yerə yozur,
Adını
lap başdan pozub
Lap, lap
axıra vururlar.
Kündə
kimi ovxalayıb,
Əzib,
büküb, buxovlayıb,
Qışda
buz üstə tullayıb,
Yay vaxtı
qıra vururlar.
VAXTIM QALMADI
Ha
çalışdım, ha yenə
Çatmadım
sən gedənə,
İncimə,
bircə dənəm,
Yenə
vaxtım qalmadı.
Ümidlə
baxdım göyə,
Kaş əqrəblər
əriyə,
Kaş
saatlar geriyə
Dönə,
vaxtım qalmadı.
Vəhşidilər
nədilər,
Dənlədilər,
diddilər
Vaxtımı
da yedilər,
Sənə
vaxtım qalmadı.
QAYIDIR
Yenə nəğmələr
qayıdır, -
Hər sətri
səs-səs dirilir,
Damarımda
qan tərpənir,
Canımda
nəfəs dirilir.
Yadırğadığım
o sözlər
Yenə
geri dönür bir-bir.
Çoxdan
unutduğum hisslər
Gizli-gizli
boy göstərir.
Yenə
hamıdan gizlicə
Çəkdiyim
təlaş qayıdır.
Yenə
ürəyimə həsrət,
Gözlərimə
yaş qayıdır.
Yenə
dünya yaşıllaşır,
Payızın
düz ortasında.
Yenə
uşağa dönürəm
Ömrümün
günortasında.
Taledən
ən dadlı töhfə,
Ən ləzzətli
bar qayıdır.
Tanrı,
insafına şükür,
Yenə də
bahar qayıdır.
DÖNDÜM
Səndən
qıraqda həyat yox,
Desələr
də vardı - döndüm.
Qaçdı
ağzımın ləzzəti,
Damağımın
dadı, döndüm.
Nə
cadular, nə ovsunlar,
Gücləri
yox, saxlasınlar.
Məni ən
gözəl oyunlar,
Əyləncələr
yordu, döndüm.
Bir nəfəs
qalmadı canda,
Dörd
bölündüm darıxanda -
Qol bir
yanda, baş bir anda
Mənəm
- məğlub ordu, döndüm.
GET
"- Nə olar, qal da bir az
- Burda nə var ki, qalım".
(Bu şeirə Əməkdar artist
Tünzalə Ağayeva mahnı bəstələyib,
özü də ifa edib)
"Sağ
ol" demə, vida etmə,
Zamandısa,
vaxtdısa, get.
Getməyinin
gərəkliyi
Qalmağından
çoxdusa, get.
Bir mən
qalım, bir dərd-sərim,
Hədər
oldu çəkdiklərim.
Pıçıltıyla
dediklərim,
Yaddaşından
çıxdısa, get.
Qaysaqlanar
yenə yaram,
Sızlamaram,
ağlamaram
Səni
yoldan saxlamaram -
Soldusa
get, sağdısa get.
Bir sözünlə
mənalıydı,
Gülüşünlə
mənalıydı.
Mənə
sənlə mənalıydı
Sənə
məna yoxdusa, get.
SƏNƏ GÖRƏDİR -
SƏBƏBİ SƏNSƏN
(Bu şeirə Əməkdar artist
Xumar Qədimova musiqi bəstələyib, adını da
"Səbəbi sənsən" qoydu. Özü də ifa
etdi. Mən də kitabın adını şeirin yeni adıyla
adlandırdım)
Özümü
hamıdan güclü sanmağım,
Durduğum
yerdəcə qanadlanmağım,
Mənim
sevinməyim, ya şadlanmağım
Hamısı,
hamısı sənə görədir.
İndi
ucadadır yeri taxtımın,
Qızıl
dövranıdır indi vaxtımın
Sınıq
taleyimin, bağlı baxtımın
Açılan
qapısı sənə görədir.
Qalmayıb
qəlbimin daha gileyi,
Qəmli
çəmənimin açıb çiçəyi
Payızın
ortası yazın gəlməyi -
Bu bahar
havası sənə görədir.
Ancaq
uçulur dam - sən olmayanda
Dərdə
dözmür adam sən olmayanda
Hamını
sancıram sən olmayanda
Ruhumun
davası sənə görədir.
***
Sənsiz
qaldım, qəlbimin
Artdı
qəmi - darıxdım.
Yanına
qayıtmağın
Yetdi dəmi
- darıxdım.
İnsafı
yox gecənin
Qərib,
soyuq gecənin
Oyanaraq
gecənin
Bir aləmi
- darıxdım.
Yer
sıxdı birdən-birə,
Dərd
axdı birdən-birə
Darıxdım
birdən-birə
Vəhşi
kimi darıxdım.
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar
Birliyinin gənclərlə iş
üzrə katibi, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2020.- 7 mart.- S.23.