Çəkmişəm
Kədər
doğub yanaqlarda,
Əritmişəm
dodaqlarda,
Şeh
qoxuyan varaqlarda
Cilvələnən söz çəkmişəm.
Həyat
məndən üz döndərib,
Qisməti
bağlı göndərib,
Eşq
didərgin, sevda qərib,
Dərdə, qəmə naz çəkmişəm.
Qozbelini əyə-əyə,
Keşik
çəkir qəm ürəyə,
Gözlərini
yumar deyə
Yarasına duz çəkmişəm.
Kəm
arzusu, kəm sevdası,
Həsrətin
bitməz qovğası,
Silinmir ki
eşq damğası,
Sinəm üstə köz çəkmişəm.
Yaxşı
üzümə şans "gülüb",
Qumarda bəxtim
gətirib,
Sevinci
min-min itirib,
Kədəri yüz-yüz çəkmişəm.
Hardasan...
Adını
içimə çəkib,
Ovuc-ovuc dərd qururam.
Sənə
əsən, sənə çatan
Küləklərə
qışqırıram-
Hardasan...
Həsrətimi
yağış yuyur,
Boş
qalan əlim üşüyür,
Xəyal
da sənə yüyürür,
Diz əsir,
ürək tövşüyür,
Hardasan...
Eşqimi
sərim yoluna,
Bəxtimi
taxım qoluna,
Dünyanın
hüzur yerini
Gəzək
dolana-dolana,
Hardasan...
Adımı
yaz qismətinə,
Çıraq
olum zülmətinə,
Yerini de,
qaçım gəlim,
Yolumu
salma çətinə,
Hardasan...
Yoxluğun
kədər toxuyur,
Baxışlarım
nəm qoxuyur,
Sən gələn
yolda bükülüb
Bir qərib
nəğmə oxuyur:
Hardasan....
Şair ruhu
Fırlanır
başımda söz mirvarisi,
Necə düzməliyəm sapa, bilmirəm.
Bir
şair ruhu var içimdə sanki,
Gəzib dolanıram, tapa bilmirəm.
Şairin
taleyi qəmlə yoğrulub,
Kağızdır, qələmdir bir tək pənahı.
Mənə
ağız dolu şair deyən qız,
Mən şeir yazmağı bilmirəm axı.
Sınıq
taleyini, nakam bəxtini,
Qələmin
ucunda əzdirir şair,
Doğru
deyiblər ki, bütün bəşərin
Dərdini qəlbində gəzdirir şair.
Məni səslə
Darıxanda
Mənim ürəyimlə
sev həyatı;
Yaşamağı
sev,
Mənsizliyi
sev,
Ruhunu
üşüdən həsrətimi sev,
Məni sev.
Üzüləndə
Mənim
gözlərimlə bax dünyaya;
Aynaya bax,
Xatirələrimə bax,
Rəsmlərinə bax,
Məni gör.
Üşüyəndə
Mənim
əllərimlə yapış
əllərindən,
Taqətin tükənəndə
Həyatdan yapış,
Ürəyinin üstünə qoy
əllərimi,
Mənə sarıl.
Tək qalanda
Səsimi
nəfəsinə qat,
Sözlərim dilinə dağılsın,
Dodaqlarından mən eşidilim,
Məni səslə.
Darıxıram...
Sənsizliyə şəfəq saçıb,
Həsrətinə qucaq açıb,
Hər arzuda sənə qaçıb,
Darıxıram...
Sızlayıram həzin-həzin,
Dodağımda dodaq izin.
Qarış-qarış, dizin-dizin
Darıxıram...
Titrəyirəm külək kimi,
Əlçatmazsan mələk kimi,
Çırpınıram ürək kimi,
Darıxıram...
Səsin
gəlir, gülür
üzüm,
Hardan gəldin
ruh əkizim?!
Keşik
çəkir yola gözüm,
Darıxıram...
Tanrının dümağ qarısan,
Sevincimin
memarısan,
Bəzən müşkül, bəzən
asan
Darıxıram...
İstəklərim qucaq-qucaq,
Sən qoxuyur hər künc, bucaq,
Hamı
xoşbəxtdir, mən
ancaq,
Darıxıram...
Dərdimə göz dəyməsin...
Deyəsən, Tanrının yadından
çıxıb,
Qəm-kədər düyməsi basılı
qalıb,
Ömrün xoş anları
dadından çıxıb,
Ümidim səbrimdən asılı
qalıb.
Nə yeyir, nə içir bu dərd, ay Allah,
Gəl ki günü gündən artır, çoxalır.
Bir az da sevgi qat ömrə
pay, Allah,
Sevinc
gen düşdükcə ürək
yuxalır.
Arzular nəm tutur, qəlbdə çürüyür,
Ömrün baharını həsrət,
qəm yeyir,
Hər kəsin ruhunu matəm bürüyür,
Günəş də əyninə
qara don geyir.
Bir az da səbrimi dər çuxasından,
İradəm nəfsimə boyun əyməsin.
Üzərlik asmışam zər
yaxasından,
Dərdimə heç kimin gözü dəyməsin!
Bir səhər açıla,
bir günəş doğa...
Ayrılıq sevgimə xətt
çəkə bilməz,
Mən quran sevgini dərd
sökə bilməz,
Başqası kənardan göz
dikə bilməz,
Sənin gözlərinin çəkdiyi
yola.
Qərarla işləməz, hökmlə
getməz,
Yazısı silinməz, naxışı
itməz,
Şeytan
hiyləsiylə nə
atsa bitməz
Bu sevgi gül-çiçək
əkdiyi yola.
Getmisən, dönmüsən əlçatmaz
dağa,
Keçilməz sədlər var
sən gəzən bağa,
Bir səhər açıla,
bir günəş doğa
Qapqara buludlar çökdüyü yola.
Tanrıya əl açam
sorağın düşə,
Bir cənnət istəyəm
qucağın düşə,
Kaş ki, bircə dəfə ayağın düşə,
Həsrətim boynunu bükdüyü yola.
Nofəl ÜMİD
525-ci qəzet.- 2020.- 11 mart.- S.23.