Milli peşəkar teatrımızın
147 yaşı
tamam oldu
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası
tərəfindən M.F.Axundzadənin
"Sərgüzəşti-vəziri-xani
Lənkəran" komediyası
nümayiş etdirilib.
Bu tamaşa ilə
Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında
məşhur xeyriyyəçi-mesenat
Hacı Zeynalabdin Tağıyevin böyük
xidməti olub.
O, Bakı şəhərində
ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan
səhnəsinin Cahangir
bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski,
Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov,
Məmmədrza Şeyxzamanov,
Ağasadıq Gəraybəyli,
Əliağa Ağayev,
Lütfəli Abdullayev,
Nəsibə xanım
Zeynalova, Mərziyə
xanım Davudova kimi yüzlərlə siması yetişib.
AZƏRTAC xəbər verir ki, uzun
və şərəfli
tarixi yol keçmiş Azərbaycan
teatrının inkişafında
son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf
özünü, ilk növbədə,
teatrların maddi-texniki
bazasının müasir
dünya standartlarına
uyğun möhkəmləndirilməsində,
kollektivlərin yaradıcılıq
axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında,
nüfuzlu Qərb, o cümlədən, Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində
və s. göstərir.
Şübhəsiz, teatrlarımızın yeni
inkişaf yoluna çıxmasında ölkəmizə
rəhbərliyinin bütün
dövrlərində daim
mədəniyyət və
incəsənətin böyük
hamisi kimi bu sahədə çalışanların sonsuz
rəğbətini qazanmış
Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin
bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz Prezident İlham
Əliyevin bilavasitə
təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı
ilə bağlı bir sıra fundamental dövlət sənədləri
qəbul olunub.
2006-cı ildə Azərbaycanda
"Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunu
qəbul edilib. Bu qədim yaradıcılıq
sahəsinin çağdaş
inkişaf mərhələsini
əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət
verməsi rəsmən
bəyan edilib. 2007-ci ildə Prezident
İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm
sənəd - "Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncam
imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı "Azərbaycan
teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramını
təsdiq edib.
Azərbaycan teatrının 10 illik
inkişaf perspektivlərini
müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən
teatrımızın zəngin
bədii irsinin və yaradıcılıq
ənənələrinin qorunması,
Avropa mədəniyyətinə
inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi,
teatr binalarının
dünya standartlarına
uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə
edilməsi və repertuarın günün tələblərinə uyğun
formalaşdırılması məqsədlərinə xidmət
edir.
Dövlət Proqramı çərçivəsində
Bakıda keçirilən
beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar,
Azərbaycan Dövlət
Akademik Milli Dram, Mingəçevir, Ağdam
və Füzuli Dövlət Dram teatrlarının
binalarında yüksək
səviyyədə təmir-bərpa
və yenidənqurma işləri aparılıb.
Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının
bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına
verilib.
Hüseyn
Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində
Azərbaycan Dövlət
Musiqili Teatrının
binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla
sənət adamına
dövlətimizin başçısının
sərəncamları ilə
yüksək fəxri
adlar verilib. Hər il
100 nəfər istedadlı
sənət adamı Prezident təqaüdünə
layiq görülür.
Yüzlərlə insanın mənzil
və digər problemləri həll olunur. Hər il Azərbaycan
sənəti qarşısında
fövqəladə böyük
xidmətləri olan şəxslər ömürlük
təqaüd alanlar siyahısına daxil edilirlər.
Həmçinin, Dövlət proqramının
icrasına uyğun olaraq teatr sahəsində
xaricdə təhsil üçün yeni imkanlar yaradılır.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində
keçirilən beynəlxalq
tədbirlərdə ölkəmizi
layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici
ölkələrdən teatr
kollektivi qastrol səfərinə gəlib.
Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər
tanınmış rejissor,
baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə
dəvət olunub.
Teatr sənətinin
inkişafı yalnız
dövlət teatrları
şəbəkəsi ilə
izah olunmur. Bu gün artıq ölkəmizdə özəl
sektor və biznes münasibətlərindən
faydalanaraq, yeni prodüser mərkəzləri
yaranır. Cəmiyyətdə teatra olan marağın
artması yeni teatr fəaliyyəti formalarının yaranmasına
səbəb olur.
Bu, həm də
teatrla bağlı qəbul olunmuş qanun və digər
dövlət sənədlərinin
işlək mexanizminə
dəlalət edir.
Bu baxımdan yeni teatr formalarının
ən müasir nümunəsi kimi maraqlı layihələrlə
çıxış edən
"ÜNS" Yaradıcılıq Səhnəsinin fəaliyyətini
qeyd etmək olar.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə
ölkəmizdə "Milli
Teatr Günü" təsis edilib. Sərəncama əsasən
milli mədəniyyətin
inkişafında və
ölkənin mədəni
həyatında milli teatrın əhəmiyyəti
və rolu nəzərə alınaraq
hər il
martın 10-u Azərbaycan
Respublikasında "Milli
Teatr Günü" kimi qeyd edilməsi
qərara alınıb.
Həmin
tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə
qeyd olunur.
Azərbaycan teatrının uğurları
hələ qarşıdadır. İnanırıq ki, bu gün
yaranmasının 147-ci ildönümünü
qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə
bir-birindən maraqlı
səhnə əsərləri
ilə daha böyük uğurlara imza atacaq.
525-ci qəzet.- 2020.- 11 mart.- S.19.