Arzularım yuxularda olur çin…
Arzularım yuxularda olur çin,
Sevincimdən ayılıram həmin an.
Ağrısını yaşatdıqca
bir heçin
Peşmanlığım qəlbə salır həyəcan.
Onda səbr diləyirəm özümə,
Başqa çarəm yoxdu onsuz belə də.
Ürəyimsə qulaq asmır sözümə,
Dedikləri hərdən gəlir dilə də.
Sustalıram, əlim-qolum yanıma
Sınıb düşür, hey-taqətsiz
qalıram.
Qayıdıram ötən bir xoş anıma,
Göz yol çəkir, xəyallara
dalıram.
Yuxu - gerçək, arasında
fərqə bax,
Yada düşür
ac toyuğun yuxusu.
Dönə-dönə söz verirlər, çıxır
"lax",
Bu nə sirdir,
mat qalıram doğrusu.
Arzulardan
məzarlıq var içində,
Neçələri ümidsizdir, verir can.
İnsan
oğlu bircə su içimində
Kama çatar, fürsət
düşsə bircə
an.
***
Öyüb deyim, yoxdur, yox bərabərin, əvəzin,
Tərifləri yamayım hay-harayla
adına?
Xoşun gəlir? Demək bu, ağır, ciddi mərəzin
Şəfasını tapammaz loğman yetsə dadına.
Tanrı
nə veribdisə, ona şükür eylə, dur,
Başqasında artıqsa, demək,
onun qisməti!
Uyma ucuz şöhrətə,
bu təşəxxüs,
boş qürur
Yaşadar olanı da itirmək
müsibəti.
Aqil, müdrik söyləyər
qiymətini dəqiq, düz,
Kimliyini anladar belədə şəkk-şübhəsiz.
Necə
aydın fərqlənir,
görürsən, gecə-gündüz,
Bax, eləcə
bilərsən, olmasan
düşüncəsiz.
Üstünsənsə məndən, ol, sevinərəm, çox gözəl!
Geridəsən, köməyə çağır,
durum yanında.
Sən əl uzat, uzadım
məqamında sənə
əl,
Tək paxıllıq
olmasın dost-tanışa
canında.
Yox, öymərəm kimsəni
gəlmək üçün
xoşuna,
Həqiqəti deyərəm, dəqiq kimdə hər nə var.
Demərəm hədyan söz
də, danışmaram
boşuna,
Anlayanlar var axı, var
haqq bilən insanlar.
***
Haracan gedərsən xəbisliyinlə,
Qurtulmaq çətindir bu pis mərəzdən.
İçin doluymuş ki, nifrətlə, kinlə,
Ruhun qidalanır
şərdən, qərəzdən.
Məclis-mərəkədə qeyri kimsəni
Görmürsən elə bil, keçirsən
başa.
Öyürsən özünü, ya
da dədəni,
Alınır ortada gülünc tamaşa.
Sənin
əvəzinə xəcalətimdən
Alnımdan süzülür puçur-puçur
tər,
Xəbərin yoxdur ki, haqqında gendən
Biri nadan deyir, birisi kəmsər.
"Məşhursan" bu qədər ucuzluğunla,
Tökür zəhləmizi bu
şit reklamın.
Tutulub
ad-şöhrət quduzluğuna,
Dadırsan tənənin-töhmətin tamın.
***
Çıxdığın qapını çırpıb
getmə, yox,
Olar ki, döyməkçün dönərsən
geri.
Hirsinlə, hikkənlə həddi
aşma çox,
Barı qayıtmağa saxla üz yeri.
Kimsə
acı sözlə incidib, demək,
Ya da əməliylə bezdirib səni...
Belədə "şeytana lənət"
söyləmək,
Səbrinə sığınmaq çətinmi
yəni?!
Səbrinlə sonrakı peşmançılıqdan,
İnan,
qurtulmaqçün bir
an yetərdi.
"Gərək səbr edəydin" - bax bu qınaqdan
Pay almaq dözməkdən qat-qat betərdi.
Çıxdığın qapını çırpıb getmə,
yox,
Gedirsən, asta get, çox
coşma qəti.
Yersiz hirslənməyin sonrasından
qorx,
Nə təmkini
itir, nə ləyaqəti.
***
Həsrətinin od-atəşi yandırır
çox,
Düşünürəm, yalvarmaqda bir məna yox.
İtirərsən bir gün məni, bax bundan qorx,
Yetişmərəm bil ki, onda artıq
dada,
Unutmusan, mən də varam bu dünyada.
Saysız
olub gətirdiyin bəhanələr,
Hər birisi can göynədər,
ürək dələr.
Nələr çəkdim bu
sevdadan, gör mən nələr,
Öz-özümü necə saldım yanar oda...
Unutmusan, mən də varam bu dünyada.
Dolanıram dəlilərtək dağı-daşı,
Məramım bu: xəyallarla
qatam başı.
İxtiyarsız axır gözdən
hicran yaşı,
Ömrüm gedir ağrılarla
hər gün bada,
Unutmusan, mən də varam bu dünyada.
Doğmalığı hiss etmirəm əvvəlkitək,
Baxışında nə şəfqət
var, nə də istək,
Mən beləyəm, sən bir başqa, de, neyləyək,
"Əl çəkmərəm"
deyib düşüm kor inada?
Unutmusan, mən də varam bu dünyada.
Varlığımdan usanırsan indi yaman,
Ötən çağın dönməsinə
yoxdur güman.
Niyə
belə ucuzlaşdım,
aman, aman,
Niyə döndüm sevdiyimçün
belə yada?
Unutmusan, mən də varam bu dünyada.
Nəcməddin MÜRVƏTOV
525-ci qəzet.- 2020.- 13 mart.- S.15.