Elmimizin inkişafina
xidmət edən kitabxana
2020-ci ilin mart
ayının 27-də Azərbaycan
Milli Elmlər Akademiyasının yaradılmasının
75 ili tamam olur. XX əsrin birinci yarısında AMEA-nın təsis edilməsi Azərbaycan xalqının elmi və ictimai fikir tarixində mühüm hadisə olmuş, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında
əhəmiyyətli rol
oynayıb.
AMEA-nın 75 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti
7 fevral 2020-ci il tarixli qərar qəbul edib. Akademiyanın 75 illik yubileyinin qeyd olunması həm elmi mühitimiz, həm də respublikamızın ictimai-mədəni
həyatı üçün
olduqca əlamətdar
bir hadisədir. Respublikamızda elmi mühitin canlandırılması
və inkişaf etdirilməsinə öz töhfələrini verən
AMEA Naxçıvan Bölməsində
də bununla bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə
tutulub. AMEA-nın 75 illiyi ilə əlaqədar AMEA Naxçıvan
Bölməsində qəbul
edilən "Tədbirlər
planı"na müvafiq
olaraq AMEA Naxçıvan
Bölməsinin Elmi Kitabxanasında "Azərbaycan
Milli Elmlər Akademiyası - 75" adlı
sərgi təşkil
olunub. Sərgidə
AMEA-nın təsis edilməsi, inkişaf tarixi, institut və təşkilatlarının
fəaliyyətini əhatə
edən kitab və monoqrafiyalar, müxtəlif jurnal və qəzet materialları nümayiş
olunur. Həmçinin,
kitabxanada AMEA Naxçıvan
Bölməsinin ən
mühüm nəşrlərindən
olan "Elmi əsərlər" jurnalının
biblioqrafik göstəricisinin
hazırlanması da nəzərdə tutulub.
Bu məqamda
oxuculara hər zaman yüksək elmi
informasiya xidməti göstərən kitabxananın
tarixinə və fəaliyyət istiqamətinə
birgə nəzər yetirək.
AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası yarandığı
gündən etibarən
hər bir oxucuya yüksək səviyyəli informasiya vermək, onları bu günümüzün elmi, mədəniyyəti ilə tanış etmək, onlara ən son forma
və üsullarla xidmət göstərmək,
öz oxucu auditoriyasını genişləndirərək
elmimizə səmərəli
informasiya xidməti göstərmək kimi mühüm missiyanı uğurla yerinə yetirməyə çalışır.
Kitabxananın əsası
1972-ci ildə Azərbaycan
SSREA-nın Mərkəzi
Elmi Kitabxanasının
şəbəkə kitabxanası
kimi Naxçıvan Regional Elm mərkəzinin
nəzdində qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin AMEA Naxçıvan
Bölməsinin yaradılması
haqqında verdiyi
2002-ci il 07 avqust tarixli Sərəncamına
əsasən həmin
ildən Naxçıvan
Bölməsinin nəzdində
müstəqil elmi kitabxana kimi fəaliyyətini davam etdirməkdədir. Kitabxana
universal tipli elmi kitabxana olaraq, fondları əsasən müxtəlif
elm sahələrini əhatə edən ədəbiyyatlarla komplektləşdirilir.
Kitabxana müxtəlif
elmi müəssisələrdə
çalışan alimlərə,
elmi işçilərə,
universitet müəllim
və tələbələrinə,
xalq təsərrüfatının
müxtəlif sahələrində
çalışan mütəxəssislərə
xidmət göstərir.
Kitabxanada iki kitab, jurnal, dövri mətbuat, avtoreferat və dissertasiya fondları fəaliyyət göstərir.
Azərbaycan və rus dillərində kitablarla yanaşı, həm də Qərbi Avropa və Şərq dillərində olan ədəbiyyatlar da kitabxanada komplektləşdirilir.
Kitab fondu 40007, jurnal fondu 19503, avtoreferat fondu 7866, dissertasiya fondu isə 106 nüsxə təşkil edən kitabxanada ənənəvi
oxucuların sayı
460, elektron oxucuların
sayı 141-dir.
Kitabxana universal
xarakterli elmi kitabxana olduğundan fondlar daha çox
elmi ədəbiyyatlarla
komplektləşdirilib. Muxtar
Respublikada çalışan
qeyri-akademik müəssisələrdən
olan mütəxəssislərə
də nümunəvi xidmət göstərən
kitabxananın bu gün 600-dən artıq oxucusu var.
Azərbaycan kitabxanalarının elektronlaşması,
onların inkişaf etmiş dünya kitabxanaları sırasına
qatılması və
Azərbaycan ədəbiyyatının
virtual kitabxanasının
yaranması üçün
2007-ci il aprel ayının 20-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin imzaladığı "Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında" sərəncam
bu sahənin daha da inkişaf
etməsini sürətləndirdi.
Həmin Sərəncam
Naxçıvan Muxtar
Respublikasında da müasir tələblərə
uyğun kitabxanaların
fəaliyyəti üçün
geniş zəmin yaratdı. Belə ki, Naxçıvan şəhərindəki elektron
kitabxanaların sırasına
AMEA Naxçıvan Bölməsinin
Elmi Kitabxanası da qoşuldu. 2013-cü il sentyabr ayının
4-də AMEA Naxçıvan Bölməsinin elektron kitabxanası yaradıldı.
Bu məqsədlə
12 terabayt yaddaşı
olan əsas və ehtiyat server quraşdırıldı,
6 oxucu yeri olan elektron oxu
zalı yaradıldı.
Kitabxana sürət köçürmə aparatı,
printer, elektron daşıyıcılarda olan
məlumatların vizual
və səsli izlənməsi üçün
bir ədət televizor, mobil elektron lövhə ilə təmin olundu. Kitabxanada lokal şəbəkə və internet səhifəsi hazırlandı.
2013-cü ildən etibarən
kitabların elektron versiyası hazırlanaraq lokal şəbəkə və ya internet
vasitəsilə oxuculara
təqdim olunur. Kitabxananın e-kitab.ameanb.nmr.az internet
saytı hazırlanaraq
2013-cü ildən geniş
ictimaiyyətin ixtiyarına
verilib. Saytda kitabxananın yaranma tarixi, əsas fəaliyyət istiqaməti,
ünvanı yer alıb. Kitablar elektron kataloqlaşdırılaraq
"Elektron kataloq"
bölməsində oxuculara
təqdim olunur. Sayt vasitəsilə kitabxanada keçirilən
tədbirlər, təşkil
olunan sərgilər haqqında hazırlanan materiallarla da tanış olmaq mümkündür. Sayta davamlı olaraq müxtəlif qəzet və jurnal materiallarının elektron variantı yerləşdirilir. Kitabxananın
"Elektron kitablar"
bölməsində hər
bir elm sahəsi üzrə ədəbiyyatlarla
təchiz olunmuş ayrıca keçidlər kitabların həm əlifba, həm də müxtəlif elm sahələri üzrə
axtarılmasına imkan
yaradır. "Faydalı
linklər" bölməsi
vasitəsilə Azərbaycanın
və eləcə də dünyanın müxtəlif kitabxanalarının
internet saytından istifadə
etmək olur. Hal-hazırda kitabxanada inventar sayı 37093 ədəd təşkil edən 15516 kitab elektron kataloqlaşdırılıb,
elektron kartotekalarda
müxtəlif mövzulara
aid 19376 məqaləyə - 15096 qəzet, 4280 jurnal məqaləsinə, elektron
avtoreferatlar kataloqunda
7866 avtoreferata, dissertasiya
kataloqunda isə 106 dissertasiyaya aid biblioqrafik məlumatlar yerləşdirilib. 2000-dən artıq
kitabın elektron versiyası hazırlanıb
internetdə və ya lokal şəbəkədə
yerləşdirilib.
Bir sözlə, kitabxanada müxtəlif kitabxana prosesləri - yerli və xarici çap məhsullarının
və digər kitabxana sənədlərinin
komplektləşdirilməsi, onların ənənəvi
və elektron kataloqlaşdırılması, kitabxana-biblioqrafiya, soraq-biblioqrafiya
proseslərinin elektronlaşdırılması,
elektron soraq-biblioqrafiya
aparatının zənginləşdirilməsi,
ədəbiyyatın təbliği,
mühafizəsi, fondların
mühafizəsi kimi işlər uğurla həyata keçirilir.
Əminik ki,
həyata keçirilən
bütün bu tədbirlər gələcəkdə
daha böyük nailiyyətlər qazanmağa
imkan verəcək, Azərbaycan elminin təbliğində kitabxanaların
üzərinə düşən
missiyanın yüksək
səviyyədə yerinə
yetirilməsinə AMEA Naxçıvan
Bölməsinin Elmi Kitabxanası da öz töhfəsini verəcək.
Sahab ƏLİYEVA
AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru
525-ci qəzet.- 2020.- 18 mart.- S. 10.