YEL ƏSİR
(05.11.1891 - 17.03.1959)
Yel əsir... yel əsir... yel əsir...
Yarpaqlar
küləkdə tələsir...
Hardasan? Hardasan? Hardasan?
Bəlkə sən hardasa dardasan?...
Qara bax, qarışıb yağışa,
Mən sənin uğrunda düşmüşəm
Zirvəsi dumanlı yoxuşa...
Gül çöhrən canlanır
önümdə
Hər zaman, hər yerdə, həmişə!...
Arzuma göy əsir, yer əsir...
Yel əsir... yel əsir... yel əsir!..
SAAT NEÇƏDİR?
Kədər mürgü döyür
qəlbimdə hələ,
Hələ səhərə var, hələ gecədir.
İçimdə bir sual çəkir ah-nalə:
Saat neçədir?
Qapını kəsdirib sonsuz
qaranlıq,
Yəqin ki, əqrəbin yönü üçədir.
Zülmət də suala dönür bir anlıq:
Saat neçədir?
Gedib son
faytonçu, eşikdə
qalan
Dumana bürünən
xoflu küçədir.
Bu nədir? Nə səsdir? Zəngdirmi
çalan:
Saat neçədir?
Allah, yağış kəsmir,
banlamır xoruz,
Banlaya bilmir o, hələ beçədir...
Cavab yox, ha çığır,
ha qışqır, soruş:
Saat neçədir?
"Dəmlənmək dəmidir,
boşlayın dərdi,
Həyat
müvəqqəti, ömür
keçəndir!.."
-
Yəqin
ki, Şarl Bodler belə deyərdi
Ondan soruşsalar:
Saat neçədir?
MƏN VƏ GECƏ
Bu şeiri yazan zaman ötüb keçir gecəyarı,
Xəyalımda biyabanın mehlə
qələn nağılları...
Ay nurundan gümüş yorğan
əvəz edib duman-çəni,
Həyətimdə həzin külək yırğalayır yasəməni.
Nihal zərif nuru ilə bəzəyibdir asimanı,
Onun da bu şeir kimi
duyğuludur hər bir yanı.
Çöl sehrli boyalarla,
Allah, elə cilvələnib,
Elə bil ki, ürəyimdən soraq tutub, sirr
öyrənib.
Mən könlümdə öz sirimi gizlədi rəm
çoxdan bəri,
Heç
kəs bilməz, toxunammaz
ona çölün
küləkləri.
Dostlar belə bilmir hələ
ürək necə
dözür dərdə,
Onun dərin qatlarında
nələr yatıb
bu illərdə.
Ən xoş dəmlər bilə bilməz
qəmli qəlbim
nədən şişir,
Çala bilməz saf sirimi qadın eşqi, nəvazişi.
Nə şərabla dolu badə,
nə yatarkən həzin ahlar
Aparammaz
o hissi ki,
ürəyimdə gizlin çağlar.
Yalnız
mənə həmdəm
olan
zülmət gecə
bilir mənim
Ürəyimin o sirrini, bilir nədən yanır tənim.
Bilir, necə yetim qaldım, əzab çəkdim,
yandım necə,
İki dostuq bu dünyada:
Gecə və mən... Mən və gecə...
Qalaktion TABİDZE
525-ci qəzet.- 2020.- 20 mart.- S.22.