MƏNİM MƏHƏBBƏTİM

 

(11.06.1930 - 1997)

 

Mənim məhəbbətim irmaq ha deyil,

Üzüb keçəsən, gülüm.

Mənim məhəbbətim nağıl da deyil,

Sonluq seçəsən, gülüm.

 

Mənim məhəbbətim yuxu ha deyil,

Min cür yozasan, gülüm.

Mənim məhəbbətim qanun da deyil,

əmrlə yazasan, gülüm.

 

Gah sönür, gah yanır, gah nəğmə deyir,

Olmaz bu nurun sonu...

Mənim məhəbbətim gümüş pul deyil,

Xırdalayasan onu.

 

O, nə cinayətdir, nə şər, nə xeyir,

Ancaq dünyaya yetər...

Mənim məhəbbətim orkestrdeyil,

Dirijor tabe edə...

 

Yadların əlində soyuqdu, keyd i

Sevgimin odu, külü.

Çünki onlar üçün gərəksiz şeydi,

O, tək sənindir, gülüm...

 

OSETİN QIZI KƏND YOLUNDA

 

Güllü donda gəlib keçdi,

bir kəlmə, salam.

Gözlərini gözlərimə

Zillədi o...

Vəssalam.

 

Bəlkə məni xatırlamaz

Uca dağlar cüyürü.

Yəqin indi əri var,

Balası da yüyürür...

 

İncəbelli, qaratelli

Keçdi... söz, salam.

Gözlərini gözlərimə

Zillədi o...

Vəssalam.

 

ŞƏRQ BALLADASI

 

Dedim: ümmanda adamsan!..

Dedi: qəribə adamsan!

 

Dedim: mən seləm, batarsan!

Dedi: qürurlu adamsan!

 

Dedim: sən məni atarsan?

Dedi: gülməli adamsan!

 

Dedim: satılsam, satarsan?

Dedi: sən pis adamsan!

 

Dedim: köksümdə yatarsan?

Dedi: utanmaz adamsan!

 

Dedim: hələ kal badamsan...

Dedi: sadəlövh adamsan!

 

Dedim: mən itsəm, taparsan?

Dedi: əziz adamsan!..

 

İKİ MƏHƏBBƏT

 

İki gözəl qız sevirdim,

Quluydum iki fələyin...

Biri - o toyun pərisi,

Biri - bu toyun mələyi.

 

Bir gün mehlərə uyanda,

Bir gün dostuydum küləyin...

O iki oda yanırdı

Şam kimi yanan ürəyim.

 

Kimsə onlara yetirdi,

Sirrimi çaldı sözümdən,

İkisini itirdim,

İki üz döndü üzümdən.

 

Birini gündüz axtardım,

Digərinisə gecələr...

Məndən küsmüşdü iki qız,

Məni qovurdu küçələr...

 

İndi tək-tənha gəzirəm,

Göylərə qalxır hər ahım...

İki gözəl qız sevirdim,

Axı, mənim günahım!..

 

GÖRÜŞ

 

Körpü dar, yol da dardı,

Eni - (bir yox), yarım addım...

Mən tanıdım o gözəli,

Gözəl məni tanımadı.

 

Xatırladım, xatırlatdım,

Südüm kəsdi, şora döndü,

Məni yada salammadı,

Xatirələr tora döndü...

 

Körpü dar, yol da dardı,

Bu darlıqdan necə çıxım?..

Mən tanıdım onu... fəqət

O deyilmiş tanıdığım...

 

Moris POSXİŞVİLİ

 

 

525-ci qəzet.- 2020.- 20 mart.- S.22;23.