KÜR GEDİR

 

 (05.03.1931 - 28.09.2018)

 

 

Gözlərimə kor kimi,

Sözlərimə kar kimi,

Dinşimisən,

Kür gedir

At belində çar kimi.

Açılıbdır ətəyin,

Baldırların qar kimi,

Titrəyirlər dizlərin

Qorxaq dovşanlar kimi.

Dolanıram başına

Tülkü dolanar kimi,

Düşəmmirəm qəlbinə

Köhnə bir açar kimi.

 

Gözlərimə kor kimi,

Sözlərimə kar kimi

Dinşimisən,

Kür gedir

At belində çar kimi.

 

YAĞIŞ

 

Bulud xeyli içdi dəniz suyundan,

Sonra dağa qalxdı sərxoş sayağı.

Büdrəyə-büdrəyə gedən buludun

Zirvədə sürüşdü birdən ayağı.

 

Birdən yağış olub yağdı o ki var,

Elə bil dənizdə batırdı dağı.

Yağmursuz havaydı, yağmazdı, ancaq

Zirvədə sürüşdü onun ayağı.

 

 

Tamaz ÇİLADZE

 

 

525-ci qəzet.- 2020.- 20 mart.- S.23.