BABAM
(02.04.1933 - 23.12.2010)
Babam qocaldıqca döndü uşağa,
Dümappaq qar oldu başındakı saç.
Çəliyini döyüb bərkə, yumşağa,
Deyirdi, ey torpaq, aç qapını, aç!
Uzanıb
bir müddət tavana baxdı,
Baxışı çözəldi, çevrildi
sapa...
Sonra özü kimi dumaq qar yağdı,
O qarla birlikdə əridi babam...
DAĞLAR
Çən-çiskin olanda çeşmələr ağlar,
Çətin bu qəm-qüssə
zirvəni yenə...
Üsyankar, barışmaz məkandı dağlar,
Göylərdən azadlıq diləyir yenə!
Zaur BOLKVADZE
525-ci qəzet.- 2020.- 20 mart.- S.23.