İKİ ARZU

 

 

(25.05.1959 - 23.03.2019)

        

 

Əlində tabaşır şıltaq bir uşaq

Asfaltın üstünə günəş çəkir.

 

Dilənçinin papağındakı

Sikkələrin üzərində də

Parlayır günəş.

 

Nə qədər yol var

Asfaltın üstdəki o günəşdən

Papaqdakı günəşə qədər?

Asfaltda da, dilənçinin papağında da

Parlayır günəş...

 

Körpə qığıldanır,

Zümzümə edir küçədə əyyaş.

Nə qədər yol var

Bu qığıltıdan o zümzüməyə?

 

Bakirə qızın ilk öpüşündən

Fahişə qadının öpüşünədək

Nə qədər yol var?

 

Günəş yavaş-yavaş əyilir, batır.

Neçə-neçə adam iki arzuyla baxır günəşə;

"Ay günəş, batma!"

"Tez bat, ay günəş!"

Hardasa ömrün son axşamıdı,

Hardasa sevginin ilk gecəsi döyür qapını.

"Ay günəş, batma!"

"Tez bat, ay günəş!"

Günəş sürətini tənzimləyir

Bu iki arzu, iki niyyətlə...

 

 

Omar TURMANAULİ

 

525-ci qəzet.- 2020.- 20 mart.- S.23.