DOSTUMA BAŞ ÇƏKƏRKƏN

 

(1957)

 

 

Axşamlar dostuma baş çəkəndə mən

Yuxarı baxmıram,

Pəncərələrdə

İşığın yanıb-yanmadığını görməyim deyə.

 

Mürgülü şəhərin tozlu küləyi

Üzümə çəkdikcə qara bığını

Başımı aşağı salıb gedirəm,

istəyirəm,

Bir az gec bilim,

Dostumun evdə olmadığını.

 

***

 

Kitabxana əczaxana

Durub yan-yana

İki könüllü şəfqət bacısı...

 

NEYLƏSİN

 

Dalila, evinə qonaq gəldilər,

yaxşı, sənə baş çəkən oldu.

Odan adamlarla, qəlbin sevinclə,

Gözlərin buludlu sözlərlə doldu.

 

De, indi neyləsin sənin gözlərin,

De, indi desin səssiz sözlərin?

Belə məqamlarda deyir adam,

De, üzün neyləsin? Gülür üzləri.

 

Neynəsin əllərin, neyləsin dilin,

Neynəsin əndamın, o incə belin,

Tərpənə bilmirsən, çaşıb qalmısan,

Necədi davranış qaydası elin?

 

Dalila, səni yada saldılar,

Canına şirin qada saldılar,

Neynəsin, neyləsin, canın neynəsin?

Yağışdan qurtarıb oda saldılar.

 

 

Dalila BEDİANİDZE

 

525-ci qəzet.- 2020.- 20 mart.- S.23.