Hər il
ad günümdə
Esse
"Mən sənətkaram, mənim incəsənət
əsərim mənim
həyatımdır!.."
Suzuki
Bax belə, hər il ad günüm
yaxınlaşdıqca məni
çox fərqli duyğular ağuşuna alır, olduğum məkanı, yaşadığım
yeri, ünvanımı,
hətta öz görkəmimi belə dəyişmək keçir
könlümdən...
Mənə elə gəlir
ki, hələ heç dünyaya gəlməmişəm, anamın
o mübarək bətnindəyəm,
vaxt yaxınlaşdıqca
mən də səbirsizlənirəm, anamın
qarnını yüngülcə
təpikləyirəm, darıxıram,
bu qaranlıq, amma xoşbəxt dünyada ömrümün
sonu çatdığını
hiss edirmiş kimi narahatam, o üz-bu üzə çevrilir, mayallaq aşır, ətrafa boylanır, bir sözlə, min hoqqadan çıxıram
ki, bir daha
dönə bilməyəcəyim
məkanın dadı
damağımda qala bilsin, yaddaşıma hopsun... Və bir də elə
bilirəm anam sağdı, məni dünyaya gətirəcək
hələ...
Anam insan doğmuşdu,
Məni dünya daş etdi.
Könlümü çilik-çilik,
Gözlərimi yaş etdi..
O gün mart ayının
20-si idi, Novruz bayramı axşamı... İndi də ad günümün
bu möhtəşəm
günə düşməsini
eşidənlərin heyrət
dolu baxışlarına
tuş oluram. Hələ zarafat da edən olur:
"Anana zülm eləmisən ki, Novruz bayramında!"
Anam haqqında
heç vaxt keçmiş zamanda düşünə biılmirəm. İl boyu başım çox işlərə qarışır, özümün,
doğmaların, ya da özgələrin qayğı və problemləri məşğul
edir məni, bir də baxıram
ki, sayılı günlər qalıb anamın "doqquz aylıq yük"ündən
azad olmasına... Yəni mənim dünyaya gəlişimə. Hə, o vaxt
indiki kimi deyildi axı, tibb elminin bu
dərəcədə inkişaf
etməsi heç adamın ağlına da gəlməzdi, ona görə uşağın cinsiyyətini
yalnız dünyaya gələndə bilərdilər.
Mənə qədər artıq ailədə 3 qız, bir oğlan vardı. Ata-anam üçün
fərqi olmasa da, on yaşlı Məzahir özünə
qardaş gözləyirmiş
o gün... Kənddə bütün uşaqları
kəndin "mamaça"sı,
heç bir tibbi təhsili olmayan, amma bu
işi mütəxəssis
dərəcəsində bilən
Şüşə nənə
"tutardı". O qadını indi də xatırlayıram, tək-tənha, heç kimi olmayan qoca
qarı idi, beli də bükülmüşdü,
amma üzündən
təbəssüm, dilindən
də dua əskik olmazdı. Özünün övladı
olmamışdı, əli
ilə dünyaya gətirdiyi bütün uşaqları öz balası bilirdi!.. Çiy kərpicdən
tikilmiş balaca evi vardı, kənddə hamı - uşaqdan böyüyə
onun xətrini istəyərdi...
Qardaşım söyləyirdi ki,
həyətdə həyəcanla
gözləyirdim.., düşünürdüm
indicə şad xəbər eşidəcəm,
ürəyim çırpınırdı,
qardaşım olacağına
nədənsə elə
əmin idim ki!.. Bunu
çox sonralar özü etiraf edəcək, mən doğulan günü əvvəlcə pərt olsa da, indi
sevinclə, qürur hissilə "Sən, elə qardaş imişsən, bacı..."
deyəcəkdi... Bəli, kainatda
xaos yoxdur, baş verənlər mütləq hansısa məqsədlə baş verir.
Evimizdə ad günümü Novruzla birgə keçirərdilər. Xüsusi
hədiyyə filan isə yadıma gəlmir, amma bayramda anam hamımıza
mütləq təzə
nəsə alardı,
özü yaxşı
dərzi olduğundan parça alıb öz qədim ayaq tikiş maşınında don da tikirdi... İlahi, o xırdaca payın yerini indi böyük
hədiyyələrlə doldurmaq
olmur!
Adımı Şahnaz qoysalar da, məni dünyadan
gənc və nakam getmiş bacımın adı ilə çağırırdılar,
sanki ikili ömür yaşayırdım,
evdə Minayə, məktəbdə Şahnaz
idim. Sonralar daha yuxarı siniflərdə oxuyanda hamıdan tələb etdim ki, öz adımı
çağırsınlar... İnsan heç vaxt öz özündən baş aça bilməyib, nə qəmli-kədərli olanda,
nə də sevincdən qanadlananda, xoşbəxtlik, bədbəxtlik
hissi də elə nisbidir. Əslində, hər iki duyğunun rüşeymi bir-birinin nüvəsində gizlənir...
Yəni başqa sözlə, bir hiss digərini "doğur!"
Əhvalı da gendən baxana bir cür
gəlir, özünə
başqa cür...
Hissimi saf-çürük edər,
Ruhumu duyan oxşayar.
Ömrümü haqqın duası,
Yolumu duman oxşayar.
Açılıb telimdən gedər,
Uçulub əlimdən gedər.
Sağımdan, solumdan gedər,
Canımı yalan oxşayar.
Qapımı döyən həmdəmim
Köhnə yurd, ocaq sakini...
Içini çəkib deyər
ki:
Bu qədər adam oxşayar!?.
Bir də hər il ad günümdə dönüb uşaq oluram, nə yaşım düşür yadıma, nə də yaşadıqlarım. Elə bilirəm həyatım qabaqdadı hələ, nə gözlərim gördükləri dərs olub mənə, nə də çəkdiklərim.
Amma görürəm, toxunanda başımın daş dəyən yeri ağrıyır.., bax bu da öz əllərimlə sarıdığım dizim deyilmi.!? Bizim hər birimiz əslində, ağır bir daşı gecələr qan tər içində dağa qaldırmağa calışan, amma sabah açılar-açılmaz daşının sürüşüb yerə düşdüyünü görən yorğun, amma inadkar Sizik, məhək daşını axtaran Divanəyik, və elə həyat da budur məncə...
Və sonda, nəhayət..,
Bu gün ad günümdür,
ömürdə bir
an,
Sən mənə bir sevən ürək bağışla...
- deyirəm sevdiklərimə,
sevənlərimə, əzizlərimə...
Bir də Lev Qumilyovun fikri fikrimlə üst-üstə düşür,
təqvim mənim yaşımı neçə
göstərir göstərsin,
mən həmişə
17 yaşındayam...
"525"dən:
Ad günü münasibəti
ilə Şahnaz xanımı təbrik edir, ona sağlam
ömür və yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
Şahnaz
ŞAHİN
525-ci qəzet.- 2020.- 20 mart.- S.19.