"... ağlamaqdansa,
söysə yaxşıdır"
Georgi Gürcüyev
tamamilə dəyişməyi
insan energetikası ilə həyata keçirirdi. Enerjin nəyəsə yönəlməsə,
düşməninə çevrilib
hər an səni darmadağın
edə biləcək
mina kimi daima yolunun üstündə dayanacaq.
Həmişə düşünmüşəm ki, qadın dünyanın içinə
sığmayan energidir. Əgər meylini
bir işə, yaxud bir şəxsə
salıbsa, onun energi axını dünyadan kənara çıxır.
Qadını aldadıblar. İndi yox, ana bətnindən düşər-düşməz,
antik dövrdən bəri. Uşaq doğmalısan, onlara baxmalısan, ölənə
kimi ailənin qulluğunda durmalısan -
lap xəstələnib yorğan-döşəyə
düşsən də,
bu, sənin müzakirə mövzusu olunmayacaq öhdəliyindir.
Düzdür, buna etiraz edənlər var, amma yenə də bütün qadınlar öhdəlikçi
düşüncədən azad deyil. Evdarlıqda,
yataqda, işdə boğaza qədər öhdəliyi üstümüzə
yıxıb, "Sən
bacararsan, kişi kimi qadınsan" - deyib bizdən istifadə edirlər.
"Kişidən kənarda heçsən, bacarıqsızsan" - düşüncəsi
ilə bizi maddi asılılığa
salırlar.
Energi, intuisiya, hadisələrdən
tezcə çıxış
yolu tapmaq, qayğı çəkmək,
diqqətli olmaq, gözəllik və zəkanın vəhdəti,
istedadın əskik olmaması, eyni zamanda, bir neçə
işi görmək, ayrılıqlara asan tab gətirmək, mənəvi gücün bərpasında çeviklik
- daha hansı cəhəti sayım ki, kişilərdən üstünlüyü bildirsin...
Feminist mövqeli, ya
da kişilərə əks simpatiyalı deyiləm. Əksinə, düşünürəm ki,
hər qadının ağıllı, intellektual,
duyğulardan uzaq, məntiqli fikir sahibi olan kişi dostu, yoldaşı, sevdiyi olmalıdır. Amma anlamaq lazımdır
ki, fiziki güc sahəsindən başqa, yerdə qalan bütün fəaliyyətlərdə qadın
kişiyə layiqli rəqibdir. Biz bunu qız uşaqlarına hələ kiçik yaşlarından başa salsaq, altşüurlarına
"Kişiyə möhtacsan"
- düşüncəsini
yeritməsək, elmə,
ədəbiyyata bilirsinizmi
nə zəkalar bəxş etmiş olardıq...
Bizim yaradıcı potensialımızı
uşaqla, ailə ilə, ərlə, kişi fenomeni
ilə sıxışdırmayın.
Əl-qolumuzu hiyləgər
üsullarla bağladıqca
və bu zəncirvari olaraq orta əsrlərdən bəri davam etdikcə, dünya da, siz də
uduzursunuz.
Axmaq, möhtac
qadın sərf edir. Kişilər onlarla rahat keçinir, çünki
sözünün qarşısına
söz gətirmir, buyruq qulu olurlar.
Qadın intuisiyası kişidə
yoxdur, olacaq hadisələr onun ürəyinə damır. İntellektinə güvənir, intuisiyanı
cəfəngiyyat adlandırır.
Kişi yalnız ibtidai icma dövründə qadının üstünlüyünü,
bərabərliyini həzm
edə bilirdi. Orda əsrlərdən başlayaraq,
intuisiyası güclü
qadınların yandırılması
ilə qadın zəkasına hücum başladı. Kilsə, dövlət,
evdə ər qadını zor gücü ilə öz istədikləri çərçivəyə sıxışdıra
bildilər. Qorxu metodu
ilə qadın evə, mətbəxə,
uşaq beşiyinə
pərçim edildi.
Cadugər, əcinnə
dedikləri ağıllı,
yaxşını-pisdən ayıran, intellekt sahibi, kişilərin
iç üzünü
açan, kilsənin xurafat yuvası olduğunu deyən, dövlətin hüquqları
pozan despotizmi təbliğ maşını
olduğunu hamiya göstərməyə çalışan
qadın idi. Bunun sübutu kimi orta əsrlər
filosof qadınlar haqqında araşdırma
etmişəm, faktlar məni də təəccübləndirdi. Marie Gournay, Krotonlu Theano, Hypatia, Bingenli Hildegard, Marguerite Porete
və başqaları
fəlsəfi fikirlərin,
kitabların, elmli araşdırmaların müəllifləri
idilər.
Theano ən məhşur pifaqorçu qadın idi. Ruhun yenidən doğulacağı düşüncəsini e.ə.550-ci ildə söyləmişdi. Aspasia Hetaira məktəbini idarə edir, Sokrata dərs deyirdi. Hypatia İsgəndəriyyədə yaşayır, yeni Platonçuluğun təbliği ilə məhşur idi, filosof, astronom, riyaziyyat sahəsində çalışırdı. Xristianlıq təzə yaranırdı və xristian olmayanlara təzyiqlər vardı. Fəlsəfəni pozucu sistem adlandırırdılar. Belə bir mühitdə Hypatia cəsarətli fikirləri ilə seçilirdi. Theon Platonun tərəfini tutur, əsl həqiqətin görünənlə deyil, onun arxasında olanla əlaqəsini izah edirdi. Paqanist mövqeyinə görə daş-qalaqla öldürüldü.
Sxolastik fəlsəfənin rolunun artdığı dövrdə, xristianlığın rasionallığa əsaslandığı zaman kəsiyində qadınlara fəlsəfə qadağan edilir. Bingenli Hildegard ilk monast yaradıcı idi. Üç kitabı bizə gəlib çatıb. Onlarda insan və kosmos haqqında oxşarlıqdan yazırdı.
Orta əsrlər üçün ən cəsarətli fikirləri isə Fransada yaşamış Marguerite Porete demişdi. Ruhun tam azad olmasını, kilsəylə bağların qırılmasını, insanla Tanrı arasındakı əlaqənin insanın içində olmasını təbliğ etdiyi üçün tonqalda yandırıldı.
Yoxsulluq, xəstəlik, ölümlə barışan Şərq qadını həmişə şeirlərin, qəzəllərin bəzəyi kimi vəsf edilməklə, saxta qadını yüksəltmək missiyasını uğurla həyata keçirib, özümüzü kişilərin ilham pərisi, vazkeçilməzi hesab etmişik. Əslində isə Şərqdə qadın menustrasya olduğu müddətdə iylənmiş əşya kimi tək otağa qapadılıb. Üzdən xoşbəxt, içdən bəxtsiz Şərq qadını bu gün də, despot ataların, dövlət başçılarının, qardaşlarının, ərlərinin qulu, köləsi sayılır. Alın yazısı, qismət, dini ideyalarla qadın cilovlanıb. Onu o biri dünyada xoşbəxt olacağına inandırıblar. Buna görə də dözməlisən, deyiblər.
Marks yoxsulluğun alın yazısı olmadığını isbat etdi. Beləliklə, Qərb qadınına böyük bəxşiş - maddi asılılığın öz əlində olacağını başa saldı. Ərin, atan, qardaşın olmasa da, acından ölməzsən, işlə, qazan, yaşa. Kasıbsansa, burda dinlik, Allahlıq iş yoxdur.
Z.Freyd isə qadın və kişinin bərabərliyi teoriyasını sübutlarla əsaslandırdı. Cinslərin eyni hüquqlu olduğunu dedi. Qadın və kişini fərqləndirən fəlsəfi, dini nəzəriyyələri cəfəngiyyat adlandırdı.
Daha sonra Masters və Cons qadından istifadə olunduğunu, seksdə yasağı ifşa etdilər. Qərb qadınları bu üç nəzəriyyə ilə müəyyən mənada azadlığa çıxdılar.
Bu gün saçları kəsilən, yandırılan, zorlanan, qul kimi işlədilən, satılan, cinsi istismara məruz qalan, ittiham edilən qadınların probleminin kökündə valideynlər durur. Kiçik yaşlarından zəif təbliğ etmək, ya da heç etməmək acı nəticələrə gətirir. Qadın düşüncələrini lazımi qaydada ifadə edə bilmir. Daimi kişi şeirlərinin, təriflərinin, əzizləmələrinin orta nöqtəsi olduğunu fərq etmir. Nöqtə olmaqla kiçilir, çılızlaşır. Əsas missiyasından uzaq düşür. Ərinin də, uşaqlarının da, atanın, qardaşının da əyləncəli, kefli, sərbəst həyatı var. Bəs sənin həyatın hanı, hardadır?!
Əlində olanı özün yarat. Öz şeirini, öz elmi kəşfini, öz gözəlliyini, öz rəsmini, öz hekayəni ÖZÜN yarat.
Könül NURİYEVA
525-ci qəzet.- 2020.- 20 mart.- S.16.