Borçalıdan Ana Vətənə uzanan milli dəyərlər körpüsü

 

Azərbaycanın və Gürcüstanın tanınmış şair-publisisti, Gürcüstan Aşıqlar Birliyinin sədri, qonşu ölkədə yaşayan soydaşlarımızın  ictimai hərəkat lideri Osman Əhmədoğlu vəfat edib.

 

Bu barədə Azərbaycan Gürcüstan mediasında, sosial şəbəkədə yayılan məlumatda bildirilir ki, iki ölkə arasında ictimai-mədəni əlaqələrin inkişafına ciddi töhfələr vermiş, qonşu respublikda milli-mənəvi dəyərlərimizin hamisi kimi geniş fəaliyyət göstərmiş cəfakeş soydaşımız uzun sürən ağır xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

 

Zəngin mənalı ziyalı ömrü yaşamış Osman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Səkkizillik məktəbi  doğma kəndində, orta təhsili qonşu Kəpənəkçi kəndində başa vurub. Soydaşımız 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Yeniyetməlik illərindən şeir yazan Osman tələbəlik dövründən mətbuatda tarixi-məfkurəvi mövzularda, müxtəlif səpkili yazılarla  çıxış etməyə başlayıb.

 

Azərbaycan Yazıçılar Jurnalistlər birliklərnin üzvü olan Dərviş Osman bədii yaradıcılıqla bərabər, jurnalistik fəaliyyətini hər iki ölkənin  mətbuatında ardıcıl çıxışları ilə davam etdirib. Şair-publisist gənc yaşlarında Gürcüstanda nəşr olunan "Yeni Yol" qəzetində redaktor müavini vəzifəsində çalışıb. Osman Əhmədoğlu sonralar "Dədə Qorqud" adlı jurnala rəhbərlik edib, "Meydan" toplusu idarə heyətinin fəal üzvlərindən biri olub.

 

Azərbaycanda, Gürcüstanda, Türkiyədə bir sıra türkdilli ölkələrdə "Osman Keşəli", "Osman Əfəndi", "Dərviş Osman" imzaları ilə tanınan istedadlı şairin "Borçalıda ocaq yanır" adlı ilk şeirlər kitabı 1989-cu ildə Bakıda "Yazıçı" nəşriyyatında işıq üzü görüb. Sonrakı illərdə onun şeir poemalardan ibarət bir neçə kitabı Azərbaycan xalqının etnoqrafiya folkloruna həsr olunan iki tədqiqat əsəri çap olunub.

 

Osman Əhmədoğlu Gürcüstanda aşıq yaradıcılığının yaşadılmasında inkişafında da böyük xidmətlər göstərib. Onun təşkilatçılığı ilə görkəmli aşıq, şair, alim digər ad-sanlı ziyalılarımızın Borçalı ellərində bir sıra yubileyləri xatirə məclisləri  keçirilib. Yurdsevər soydaşımız Azərbaycanın ictimai-mədəni həyatında da yaxından iştirak edir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın haqq səsini, müstəqil Azərbaycan dövlətinin  tarixi uğurlarını xarici ölkələrdə geniş yayırdı.

 

Dərviş Osman yarım əsrdən artıq davam edən ictimai-mədəni fəaliyyəti ilə Borçalıdan Ana Vətənə uzanan milli dəyərlər körpüsünə çevrilmişdi. Amansız ölüm ali milli dəyərlərimizlə tərbiyələnmiş, qəlbi həmişə öz xalqına, yurduna sevgi  ilə döyünmüş, ictimai ideallara xidmətdən heç vaxt yorulmayan Osman Əhmədoğlunu aramızdan aparsa da, onun işıqlı xatirəsi tanıyanların qəlbində, tükənməz  arzu-istəkləri isə məsləkdaşlarının əməllərində daim yaşayacaq.

 

Allah rəhmət eləsin!

 

 

Tahir AYDINOĞLU

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini

 

525-ci qəzet.- 2020.- 20 mart.- S.12.