Rəqs mələyi

 

Gözəllik Tanrının qadınlara verdiyi misilsiz hədiyyədir. Rəqs edən qadın obrazı insanı həmişə valeh edir. Xarakterik rəqslər mahnı ilə müşayiət olunanda sözlərin təsiri rəqsin elementləri ilə harmoniya yaradır, tamaşaçıya duyğulu anlar yaşadır.

Hisslərin tərənnümü sözlərin təsirindən riqqətə gələn rəqsın incəliyini, zərifliyini canlandiran nisgilli, həssas, kövrək, xəfif qadın obrazı gözlərimiz önündə canlanır. Bu gözəl musiqi fonunda bəsəkarın notlara köçürdüyü həmin an hiss etdiyi həzin dünyası, şairin kədərinə bükülmüş duyğularının ifadəsi, ifaçının yanıqlı səs tempiri rəqs edən qadının öz aləminə qapılaraq yaşanmış hisslərinin təsirindən mütəəsirlənərək xarakterinin təzahüründən rəqsi qəlbən duyaraq yaşayaraq ifa edir, obraza girib sənət əsəri yaradır.

 

Haqqında söhbət açdığım Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının "Xoreoqrafiya" şöbəsinin müəllimi Günel Eynullayevadır. Bu soyad rəqs aləminə çoxdan tanışdır. Günelin babası Ramiz Eynullayev, Nənəsi Səmayə Eynullayeva və əmisi Tahir Eynullayev rəqsın fədailəri hesab olunurlar. Nənə-babasının himayəsində böyüyən Güneldə rəqsə maraq hələ korpə yaşlarından başlayıb. Təsadüfi deyil ki, indi də 6 yaşlı uşaqlarla gimnaziyada Ritmika fənnindən dərs deyir.

Günel Eynullayeva indi çalışdığı İncəsənət Gimnaziyasında bir zamanlar Əminə Dilbazinin sevimli şagirdlərindən olub. Əminə xanım Günelin yüksək potensialını həmişə öncədən görərək ona rəqqasə olmağı tövciyyə edib. Bu istedadlı qızın rəqslə yanaşı musiqiyə olan sonsuz sevgisidir ki onu Musiqi Akademiyasının bəstəkarlıq -tarix nəzəriyyə şöbəsinə -İsmayıl Hacıbəyovun sinfinə gətirib. Bir sıra uşaq mahnıları yanaşı müxtəlif alətlər üçün simfoniyakarın müəllifidi.

"Rəqs uşaqlara nə öyrədir?" sualına Günel Eynullayevanın cavabı belə oldu:

 

"Rəqs edən insanların beyni daha yaxşı işləyir və sağlam olur. Rəqs sadəcə əyləncə növü deyil. Həm bədənə, həm də beynə müsbət təsir göstərir".

- İncəsənət Gimnaziyasında Ritmika fənnindən dərs deyirsiniz. Söhbət əsnasında dediniz ki, ritmika uşaqlar üçün çox faydalıdır. Rəqsin başqa növləri də olduğu halda niyə məhz Ritmika fənnini uşaqlar üçün gərəkli hesab edirsiniz?

- Görkəm, duruş, plastika, qüvvət və dözümlülük - bütün bunlar uşaqlıq dövründən inkişaf edir. Ritmdəki dərslərdə çalışıram uşaqları əzələlərin düzgün formalaşmasına, duruş yaratmağa və bədənin fiziki inkişafı üçün düzgün istiqamətləndirim. Rəqs təkcə fiziki sağlamlığının vəziyyətini deyil, həm də zehni dəqiqliyi artırmaq, diqqəti toplamaq, ritmə uyğun üz mimikaları ilə sərbəstliyə təkan vermək, utancaqlığı aradan qaldırmaq, ünsiyyətə meylliliyi yaratmaq üçün vasitə hesab olunur.

İncəsənətin hər bir sahəsi insan psixikasına təsir edir. Musiqi, rəqslər, səs tiplərinə görə insan psixi halətinə və təxəyyülünə sözlər qədər təsir edir. Rəqslə nevroloji sağlamlıq arasında əlaqə var. Rəqs neyroplastikanızı artırır, fiziki fəallığın zehnə və ya idraka təsirini gücləndirir, uşaqlarda, yeniyetmələrdə beynin, intellektin inkişafına müsbət təsir göstərir, yaşlılarda əqli gerilik riskini azaldır, neyroplastikaya kömək edir, hətta qocalma prosesini ləngidir, yaddaşı möhkəmləndirir.

Çevik hərəkətlər tələb edən rəqslər intellekti inkişaf etdirmək üçün ən ideal fəaliyyət hesab olunur. Rəqs edərkən musiqini dəyişən ritmləri ilə bərabər necə çevik hərəkət etməyi, necə sürətlə çevrilməyi və fırlanmağı düşününən insanın beyni fəal çalışır. Rəqslər sürəti artırır və bu proses insan intellektini yaxşılaşdırır, problemlərə həllinə qarşı beynin reaksiyasını da gücləndirir.

- Hansı yaşda uşaq ritmika ilə məşgul ola bilər?

- Uşağın inkişafı 2-3 yaşdan başlayır. Bu yaşda artıq oyun şəklində lazımlı məşqləri edə bilər. Bu yaşda uşaqları sadə hərəkətlər etməyə və onları musiqinin ritmi ilə əlaqələndirməyə hazırlamaq mümkündür.

Rəqs terapiyasının əsas məqsədi insanın "mən" hissini və şüurunu qazanmaqdır. Şəxsiyyəti birləşdirmək, inkişaf etdirmək üçün hərəkət və yaradıcı ifadələrdən istifadə edir. Şüurlu bədən təcrübəsinin özünü dərk etməsini təşviq edən, dərinləşdirən fikrə əsaslanır.

- Uşağa ritm verərkən nəyi bilmək lazımdır?

- Erkən yaşlarından ritmlə məşğul olan uşaqlar hərəkətlərin dəqiqliyini yadda saxlamağa ehtiyac duymazlar. Əsas diqqət uşaqlara ritmi qavramağı, vücudlarını idarə etməyı, təxəyyül oyatmağı və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi öyrətməkdir.

Musiqi və ritmik təhsildə müntəzəm dərslərin uşağın fiziki sağlamlığına xeyirli olması ilə yanaşı, ritmik dərslər sayəsində uşaqlar daha zərif, cəsarətli olur, hərəkətləri daha rahatlaşır və ifadələr qazanır.

- Bildiyim qədər gimnaziyanın ən kiçik yaşlı şagirdləri ilə işləyirsiniz. Bu sizə çətin olmur? Onlar ritmikanı necə mənimsəyirlər?

- Ritmik proqramla təmin olunan rəqslər ifa etmək asandır, uşaqlara çox sevinc və zövq verir. Bu xalq oyunları da ola bilər. Kompozisiyalar rəqs hərəkətləri, plastik və məkan konstruksiyalarının köməyi ilə ifadə olunan müəyyən süjet daşıyır. Təlimləri oynaq şəkildə həyata keçirən uşaqlar, musiqi ilə hərəkətləri əlaqələndirməyi, məsələn, "qatar" ilə hərəkəti, rəqsi, cüt-cüt rəqs etməyi öyrənirlər. Rahat atmosferdə uşaqlar azad və açıqdırlar. Qrup işi, yeganə rəqs prosesi ilə tanışlıq ünsiyyət bacarıqlarını da inkişaf etdirir".

- Kiçik yaşlarından rəqsə başlayan uşaqlarda əzələlərin inkişafı necə gedir?

- Məktəbəqədər uşaqların böyük əzələlərin inkişafı ilə dərslərə başlaması daha məqsədəuyğun olardı. Çünki bu yaşda uşaqlar gücləri necə ölçməyi bilirlər. Kiçik əzələlər, məsələn, əllər hələ də olduqca zəifdir, onlara ağır yük verilməməlidir. Ritmikanın ahəngini tutmaq musiqi duyumlarına da müsbət təsir edir.

 

***

 

Bu istedadlı qız Bəstəkarlıq, tarix-nəzəriyyə fakültəsini də bitirib. İçərişəhər mühitinə yaxın olan Günelin Vaqif Mustafazadə yaradəcəlığına böyük sevgisi olduğundan ailə dostları Vasif Adığözəlov, Cövdət Hacıyev onu bəstəkarlığa yönləndiriblər. Əminə Dilbazi təəssüflənsə də etiraz etmir. Beləliklə, Günel Musiqi Akademiyasının Bəstəkarlıq, tarix-nəzəriyyə fakültəsinə, İsmayıl Hacıbəyovun sinfinə qəbul olunur.

O, bir sıra uşaq mahnıları ilə yanaşı, müxtəlif alətlər üçün kiçik əsərlərin müəllifidir. Günel müəllimi İsmayıl Hacıbəyova simfoniya da həsr edib. Bu simfoniya ilə Norveçə, Sankt-Peterburqda keçirilən müsabiqəyə dəvət də alıb. Bu istedadlı qızın arzuları müəlliminin vaxtsız ölümü yarımçıq qalır, həyatı dəyişir. Bbir vaxtlar təhsiı aldığı

sevimli gimnaziyaya dönür. Hədsiz yüksək musiqi duyumu, səbri, uşaqlara məhəbbəti onu yenidən rəqsə bağlayır.

Günel müəllimin məşq prosesinin çətinlik səviyyəsini xatırlayıram. Nəfəsalmanı bərpa etmək üçün aktiv hərəkətlər, ritmə uyğun sakitləşdirici nüanslar və bu qədər fədakarlığın içində körpə fidanların qavraması üçün tələb olunan uzunmüddətli məşqlərdən başqa, bir qayğı ilə də əvəz olunur. Onu evdə gözləyən, bu il birincilərə qoşulacaq əkiz balaları Ayan və Fərhan da ulu babası Ramiz müəllim, Nənəsi Səmayə xanım, Əmisi İmcəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev və nəhayət, uşaqlıqdan bu gözəl musiqi, rəqs mühitində böyüyən anaları Günel Eynullayeva kimi, ailə ənənəsinin davamı olaraq Azərbaycan rəqsini yaşadacaqlarına əminəm.

 

Yeganə İSKƏNDƏROVA

 

525-ci qəzet.- 2020.- 2 may.- S.24.