Şairlik - gecələri dan üzünə açmaqdır...

 

ÖZBƏKİSTANIN TANINMIŞ ŞAİRİ VƏ İCTİMAİ XADİMİ MÜNƏVVƏR OSMANOVANIN PORTRET CİZGİLƏRİ

 

Azərbaycan-özbək ədəbi əlaqələri, daha dəqiq desək, hər iki ölkənin ədəbi-mədəni mühiti həmişə biri-biri ilə bağlı, qarşılıqlı münasibətdə olub. Biri-birindən öyrənmək, biri-birini tədqiq etmək əslində, ədəbiyyatların ehtiyacı kimi düşünülə bilər. Yeni ədəbi nəsil klassikya ötən əsrlərin görkəmli simalarını kitablardan öyrəndikləri halda, hazırda biri-birini daha yaxından tanımaq istəyir.

Özbəkistan Yazıçılar Birliyinin üzvü, Birliyin məsul işçisi, "Səadət" qadın jurnalının baş redaktoru, "Şöhrət" medallı tanınmış və sevilən şair Munəvvər Osmanovanın (Munavvara Usmanova) yaradıcılıq yoluna nəzər salmaq məhz belə zərurətdən irəli gəldi.

"Şairlik qismətdir, konkret bir ünvan deyil ki, gedib o mənzilə çatasan. Şeir isə ruhun mülküdür" - Münəvvər xanımın şairşeir adına verdiyi tərif belədir. Onun poeziyapoetik yaradıcılıq formulunu öz düşüncələrinin rəngi ilə çəkdik: Şairliyin qisməti el-oba dərdi ilə yanmaq, həyatdan öyrənib, təqdirə güvənib cəmiyyətə daxil olmaq, Vətənin bir parçasına çevrilmək, keçmişi unutmadan bu gün ilə ayaqlaşmaq və gələcəyə dərindən baxmaqdır; şairlik dərd, etiraz, gecələri dan üzünə açmaqbütün zövqlərdən imtina deməkdir...

Özbəkistan Yazıçılar Birliyinin sədri, istedadlı şair Siracəddin Səid onun poeziyasını belə təsvir edir: "Münəvvərin nəzmində titrəklik, həyəcan dolu nostalji duyğular var. Şairənin doğulduğu Əndicanın incə ləhcəsi ilə yazdığı şeirləri qeyri-ixtiyari ürəyə toxunur. Oxucu o sətirləri oxuduğu andaca könlünə ilıq nəfəs toxunuro şeirlərə - misralara sarılır".

"Münəvvər" sözünün mənası "nurlandırılmış, işıqlı, ağıllı alim, imanı və islamı təhsil və tərbiyə görmüş" kimi söz qarşılıqları anlamındadır. Elə öz şeirlərində də adının aydınlığını, nura bələnmiş duyğularının poetik sinonimini müşahidə etdik. O, nur ələnmiş, nur çələngindən toxunmuş qəlbi ilə Vətəninə aşiq bir şairədir.

 

Yurd deyə can vermək mirasdır, ancaq,

Vətən əbədidir, vətən ölməzdir.

 

Yaradıcılığa başladığı ilk illərdə o, milli mətbuatda "Nurlar beşiyi", "Qadın ürəyi", "Novruzun dönüşü", "Özünüzü yandırmayın, qızlar" başqa bu kimi - qadınlıq qızların taleyinə həsr olunmuş aktual publisistik məqalələrlə çıxış edib. "Qadın millətin tərbiyəçisidir", "Ailə dil sağlamlığı", "Xoşbəxtliyin astanasında" adlı kitabları nəşr olunub. Münəvvər xanımın publisistik düşüncəsində olduğu kimi, poetik təfəkküründə ailə müqəddəsliyi milli təəssübkeşliyin əsasında dayanır. "Əlbəttə, heç zaman tək ağacla bağ olmur. Ailə üzvlərimizin qəlbimizə bağışladığı rəğbət mehr-məhəbbət xüsusilə vacibdir. Həyat yoldaşımı uşaqlarımı həmişə yanımda hiss etmişəm. Sevimli şairimiz Şövkət Rəhmanın "Xoşbəxt olduğumu söyləmək üçün qədər səy səbr tələb olunur... " -misralarını xatırlayıram. Allaha şükürlər olsun, xoşbəxt bir ailənin üzvüyəm. Həyatımın şirin qayğıları zamanı mənə o qədər yaxın olmaları mənə misilsiz bir güc verir" - bu sətirlər bir Şərq qadınının ailəyə, ailə dəyərlərinə verdiyi önəm, qədr-qiymətdir.

Xeyli zaman bundan qabaq, Münəvvər xanımın xatirələrini bölüşdüyü bir yazısı əlimə keçmişdi. Oxuduqca duyğularına mən kövrəlmişdim: "Sürücü işləyən rəhmətlik atam qəlbən ədəbiyyata bağlı insan idi. Yeni evə köçdüyümüz zaman atamın səyi ilə məhəlləmizə Cahan Atin Uveysinin adı verildi (Cahan Atin Üveysi XVIII əsrin axırı-XIX əsrin əvvəllərində yaşayıb-yaratmış klassik özbək şairəsidir - A.Ü.). "Qızım, Allah qoysa, sən şair olarsan. Daşkəndə gedib Zülfiyyə xanımın xeyir-duasını alarıq. Qəzet jurnallarda şeirlərin, şəklin çıxan günləri görməyi Allah mənə nəsib etsin. Ona görə çoxlu kitab oxu, şeirlər əzbərlə" - deyərdi atam. Sonralar rayonumuzdakı " altun" adlı qəzetin dərnəyinə apardı. Qarşıma qələm-kağız qoyub, "xəyalına gələn yaxşı misraları bura yaz" - dedilər...

Atamın dualarını Allah eşitdi. Arzularım qanad açdı. Öz yaradıcılığım haqqında söz demək mənə düşməz, amma şair oldum, kitablarım çap olundu. Şeirlərim mahnılara çevrilib ölkəmin dörd bir yanına yayıldı. İyirmi ildir ki, ailəmlə birgə paytaxtda yaşayıram. Yalnız ilk ustadım - atam yoxdur..."

Sənət yolunda sənə yol açan, qayğı göstərən ustad, illah ki, o ustad - valideyn ola, heç zaman unudulmur, hər misranda, sətrində hənirtisini duyursan. Münəvvər xanım o hənirtidən güc-qüvvət alır və ustad sevgisini - ata məhəbbətini misralarına, qeydlərinə çiçək kimi səpir. Şagird-övlad borcunu ödəyirmiş kimi, ruhu dincəlir. Könül, ruh adamlarının yaşantısı budur.

Şairənin müstəqillik illərində "Görüş" (1991), "Sizə oxşasın" (2004), "Həsrətin ünvanı" (2007), "Ürəyimdəsən, Vətən" (2013), "Belə eli haradan tapasan" (2015), "Gərəyimsən" (2016), "Ana, mən gəldim" (2018) şeirpublisistik əsərlərindən ibarət kitabları çap edilib.Özbəkistan Yazıçılar Birliyinin təşkil etdiyi "Vətən üçün yaşasın" müsabiqəsinin, "Ən böyük, ən əziz" respublika müsabiqəsinin qalibi adını qazanıb. O, ölkəsinin gənclər üçün ən yüksək mükafatı - "Şöhrət" medalı ilə təltif olunub.

Vətən məhəbbətinin, vətənpərvərliyin zamanı yoxdur, o, həmişə müasirdir. Həyat böyük məktəbdir. Vətən isə onun hərgünkü dərsi, oxunması vacib mövzusudur. Münəvvər xanım Vətən əzəmətini və xalqının yaradıcı qüdrətini qüruriftixar hissi ilə şeirlərində əks etdirib.

O, Özbəkistan Qadınlar Komitəsinin üzvü və hazırda respublika qadınlarının sevimli orqanı olan, 100 ilə yaxındır ki, fəaliyyət göstərən "Səadət" qadın jurnalının baş redaktorudur. O, cəmi bir neçə ay bundan əvvəl bu jurnalın baş redaktoru vəzifəsinə təyin edilib. Məsuliyyətinin nə qədər ağır olduğunu bilir. Çünki az əvvəl də qeyd etdiyimiz kimi, əlinə qələm aldığı ilk günlərdə Əndicandan Daşkəndə "Səadət"in o zamankı baş redaktoru, Xalq şairi, Azərbaycanın yaxın dostu Zülfiyyə (1915-1996) xanımdan xeyir-dua almaq üçün gəlmişdi buraya. Bu redaksiyanın qapılarını ilk dəfə o zaman açmışdı. İndi tale elə gətirdi ki, öz ciddi səy və bacarığı ilə bu jurnalın baş redaktoru təyin edilmişdi. Özününqeyd etdiyi kimi, bu yaradıcı mühitdə ömür sürmüş ustadların sonsuz məhəbbətindən ilhamlanır, buradakı hər gün onun üçün böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edən insan üçün "Səadət"in rəhbəri olmaq, əlbəttə, asan deyil. Bundan əlavə, "Səadət" jurnalı həmişə böyük nüfuza malik olub, ona görə də burada çalışmaq belə bir etibarı dərk edən qələm əhli üçün çətindir. Bir əsrə yaxındır ki, fəaliyyət göstərən jurnala özbək ədəbiyyatının Zülfiyyə, Aydın Hacıyeva, Həlimə Xudayverdiyeva kimi görkəmli nümayəndələri rəhbərlik ediblər. Jurnalın müstəqillik dövrünün ahəngini özündə təmsil edən yeni rubrikalar açılıb və tez bir zamanda oxucuların diqqətini və rəğbətini qazanmışdır. Xüsusilə, xaricdə yaşayan və işləyən, eyni zamanda, araşdırma ilə məşğul olan xanımlarla söhbətlər - müsahibələr yaradıcı kollektivə və onun oxucularına yeniqeyri-adi dünyaları kəşf etməyə dəstək olur. Ötən illərin birində (o zaman Münəvvər xanım baş redaktor deyildi) "Səadət" jurnalında bir müsahibəm dərc olunmuşdu, həmin söhbətdən sonra bir neçə məktub aldım. Düzü, oxucu məktublarına yadırğadımızdan (Feysbuk o məktubları əvəz etdiyi bir zamanda) poçtla aldığım bu məktubların nostaljisini uzun müddət yaşadım. Sözü ona gətirirəm ki, "Səadət"in oxucu auditoriyası çox genişdir, dünyanın müxtəlif ölkələrində yaşayan özbək xanımlarının sözlərini deyə, dərdlərini bölüşə bildiyi ocaqdır.

Əslində, bu, məsuliyyət, keçmişə məhəbbətlə yanaşı, ondan ibrət dərsi alıb sabaha ümidlə baxmaqdır, könül aşiqliyi deməkdir. Münəvvər xanımın "Taleyimdə səni varsan, Vətən" şeirlər toplusundakı poetik nümunələr Aybəy, Həmid Alimcan, Zülfiyyə, Səidə Zünnünova, Abdulla Arif, Rauf Pərfi kimi görkəmli şairlərin poetik düşüncələrilə yaxından səsləşir. Ruhən onlara bağlıdır. Şair taleyi budur. Ayrı-ayrı zamanlarda və məkanlarda yaşasalar da, ruhən bir aradadırlar. Onun "Vətən", "Mehr", "İzhar", "Vətənə söykən", "Candan əziz", "Bu bağlar", "Ey qaranquşlar", "Vətən əbədidir", "Biz böyük yurdun övladlarıyıq", "Bahar", "Müəllim", "Yurdum" kimi şeirlərində ana-ata məhəbbəti, müdrik insan obrazı, yaşıl, barlı-bərəkətli bağların təsviri var.

Münəvvər xanımın şeirlərinə çoxlu mahnılar yazılıb və onlar məşhur sənətkarların ifasında səslənir. Bu mahnılar internet (disklər) vasitəsilə bütün ölkəni dolaşır. Yəni şeirlər kitablarda, mətbuatda yayımlanana qədər, artıq mahnılar vasitəsilə dinləyənin qəlbinə yol tapır. Özbəkistanın Xalq artisti Azadbəy Nəzərbəyovun ifa etdiyi "Qaranquş" mahnısı Azərbaycan ekranlarında da səslənib. Özbəkistanda keçirilən dövlət tədbirlərinin proqramında da yer alır. "Ana, mən gəldim, deyin" mahnısı, Azərbaycanda da çox sevilən, Yulduz Turdiyevanın ifasında qəlbləri fəth edib.

 

Yaxınlaşıb gəldi payız,

Köksümdə bir ovuc duz,

Türfə olar bircə söz,

Ana, mən gəldim, deyin!

 

Onun şeirləri yaxşılığa, xeyirxahlığa sədaqətə çağırışın poetik ifadəsidir. Özbəkistanın xalq şairi Mahmud Tahirin dili ilə desək, "Münəvvər xanım parlaq qəlbi olan şairdır... Vətən xalq birliyinin qüdrətini, onun nurlu gələcəyini iftixarla əminliklə poetik misralara düzüb. Sevginin ürəkaçan məqamları ilə hicranın kədərini bənzərsiz təsvir edə bilib".

Münəvvər xanım fəal ictimaiyyətçidir. O, ana uşaqların sağlamlığının qorunması, mənəvi-tərbiyəvi işlərin təşkili gənc nəslin tərbiyəsinə xüsusi diqqət yetirmək üçün bir çox nümunəvi işlərə imza atıb. 2001-2007-ci illərdə Daşkənd Dövlət Universitetinin nəzdindəki Akademik Liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Akademik liseydəki fəaliyyəti ona Zülfiyyə adına Dövlət Mükafatını qazandırıb. Burada çalışdığı illərdə liseyin dünya arenalarına yüksələn onlarla idmançısı tanındı, Respublika Elm Olimpiadasının qalibləri oldular əllidən çox yaradıcı gənc yetişib həyata atıldı. Münəvvər xanımın bu fədakar əməyi yüksək dəyərləndirilərək, 2004-cü ildə "Orta ixtisas təhsili əlaçısı" döş nişanı təqdim olundu.

P.S. 2011-ci ildə nizamişünas alim, AMEA-nın müxbir üzvü Nüşabə Araslı ilə birgə Daşkəndə Əlişir Nəvainin şeir günlərinə - beynəlxalq elmi konfransa dəvət almışdıq.

Orada olduğumuz 4-5 gündə Münəvvər xanım, sözün gerçək mənasında, bizim qayğıkeşimiz oldu. Hər an yanımızda idi. Nüşabə xanım hey özələndi ki, bu xanımın yaxşılığından biz necə çıxacağıq? Münəvvər xanım isə: "Bu, mənim borcumdur, - deyirdi. - Siz bizim əziz mehmanımızsınız, dost Azərbaycandan qədəm götürüb Həzrət Nəvai babamıza ehtiram göstərməyə gəlmisiniz. Eyni zamanda, Azərbaycanda mənə doğma əziz insanlardan oldunuz".

Münəvvər xanımı dərin zəkalı, istedadlı, qabiliyyətli gerçəkdən ailəcanlı bir Şərq qadını kimi tanıdım, mərdanə xarakterini sevdim. O görüşdən bir sözü yaxşı mənada, xarakterinin kod açarı kimi yaddaşıma yazılıb: "Mən on oğlan arasında böyümüşəm..."

 

Almaz ÜLVİ

Filologiya elmləri doktoru, AMEA Nizami

Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

 

525-ci qəzet.- 2020.- 2 may.- S.18.