"Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi

günü" adlı virtual sərgi açılıb

 

Azərbaycan Milli Kitabxanası "Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi günü" adlı virtual sərgini təqdim edib.

Kitabxanadan bildirilib ki, sərgidə ölkəmizdə əlil insanların sosial müdafiəsinin gücləndirilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər, onların cəmiyyətə inteqrasiyası, əlillərin beynəlxalq müdafiəsi gününə dair materiallar və fotolar nümayiş olunur.

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may - Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.

 

525-ci qəzet.- 2020.- 6 may.- S.13.