Doğma yazıçı, sevimli hekayələr...

 

Bir neçə gündür, yazı masamın üstündə qalın bir kitab var. Düz 648 səhifə... Özü qalın, içindəki mətləblər dərin...

Bu kitab bir neçə aydır məndədir. Amma həm müəllifin məsuliyyəti, həm yalan deyim, kitabın qalınlığı məni gözləməyə vadar edirdi. İndi isə utanmasam, bütün dünyanı bəlaya salan COVİD-19 pandemiyasına təşəkkür edəcəyəm. var ki, səbəb olduğu bu karantin günlərində kitablarla dostluğumuzu daha da sıxlaşdırmışıq. Artıq qalın kitablar, "onu sakit başla, təmkinlə, ciddi şəkildə oxumalıyam" dediyim müəlliflər qorxudur məni. Vaxt bol, kitablar da başucumda. Oxu, oxuya bildiyin qədər.

, 648 səhifəlik bu kitabı bir neçə gündür oxuyur, gah vərəqlər arasında xəyala dalır, gah təəccüblənir, gah heyrətlənir, gah sevinir, gah da qüssəyə qərq oluram. Bu, Xalq yazıçısı Elçinin ötən il çap olunmuş "Qırx beş seçilmiş hekayələr" kitabıdır. Yaşımdan çox illər öncə yazılmış bu hekayələrin bəziləri əvvəldən tanış olsa da, hər oxuduğumda fərqli, yeni, orijinal hisslər yaşatmağa qadir ustalıqla qələmə alındığından sanki indicə yazılıb mən elə indicə oxuyurmuşam kimi ilk maraq həyəcan içərisindəyəm.

 

***

Müasir Azərbaycan ədəbiyyatı, roman janrını kitabları ilə tanıdığım ilk müəlliflərdən biri İlyas Əfəndiyevdir. Yadımdadır ki, onun "Geriyə baxma, qoca", "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı" romanlarını 5-ci sinfin yay tətilində bir-birinin ardınca oxumuş, qalın dəftərimə qeydlərimi yazmış, hətta növbəti dərs ilində "Ən sevdiyiniz əsər qəhrəmanı" adlı inşada "Söyüdlü arx"ın Nuriyyəsindən bəhs etmişdim. Mənim İlyas Əfəndiyev sevgimi görən ədəbiyyat müəllimim onda "onun oğlu da yazıçıdır" demiş, Elçindən bəhs etmişdi. Sevdiyim yazıçının oğlu ilə tanışlığım belə başlamışdı. Dərs ilində roman oxumaq çətin olduğu üçün əsasən, hekayələrə, pyeslərə, bir az da vaxtdan oğurlayanda povestlərə üstünlük verirdim. 6-cı sinifdə müəllimin bu tanışlığı ilə Elçinin hekayələrini oxumağa başladım. "Gümüşü, narıncı, məxməri...", "Baladadaşın ilk məhəbbəti", "Bülbülün nağılı", "Beş dəqiqə əbədiyyət", "Sarı pencək" sair kimi hekayələri məndə bu yazıçıya maraqla bərabər, sevgi oyatmışdı. Bu hekayələrin müəllifi Elçin artıq mənim ən sevdiyim ədiblərdən olan İlyas Əfəndiyevin oğlu olmaqdan çıxmış, maraqlı, qeyri-adi, insanı hələ o yaşında belə düşünməyə vadar edən nasirə çevrilmişdi. Elə həmin yay Elçinin " dəvə", "Mahmud Məryəm" romanlarını, "Dolça" povestini digər əsərlərini oxumuş, qeydlər götürmüşdüm.

 

***

Fikrimcə, müasir Azərbaycan ədəbiyyatının 1960-80-ci illərini Elçinin əsərləri olmadan təsəvvür etmək mümkün deyil. Elçin yaradıcılığı haqqında uzun illərdir yazılır, tədqiq olunur, yeni-yeni sözlər deyilir. Elçin isə deyir ki, "hər şeyi gərək yazıçının yazdıqları desin". Həqiqətən sonradan tanıdığım qədəriylə Elçin müəllim öz əsərləri haqqında çox danışmağı sevməz, müsahibələrində belə yazdıqlarından geniş bəhs etməz. Çünki yazan da, yazılan da göz önündədir. Haqqında bəhs etdiyim kitabın əvvəlindəki ön sözlərin birində "Söz oxucunundur" deyir yazıçı. Bunu hələ 1984-cü ildə çap olunan "Beş dəqiqə ədəbiyyət" kitabına yazdığı ön sözdə demişdi, yenə təkrar edir. Deməli, o vaxtdan bu vaxta yazıçının ədəbiyyat, yazmaq, yazıçılıqla, yaradıcılıq, oxucu-müəllif münasibətləri haqqında fikirlərində elə bir dəyişiklik yoxdur. Əgər belədirsə, ön sözdə "niyə yazırıq?" sualına verdiyi cavab da dəyişməyib: "Yazıçı yazarkən yalnız bir insan, bir fərd kimi özünü ifadə etmir. Hərgah yalnız belə olsaydı, onda, bəlkə, doğrudan da, Füzulidən sonra, Balzakdan, Tolstoydan sonra yazmağın mənası yox idi. Lakin hər bir yazıçı özü ilə bərabər, öz xalqını da ifadə edir. Hər hansı bir yazıçının yerinə başqası gəlib onun xalqının hiss həyəcanlarından, psixologiyasından, əməl arzusundan, gələcəyi namin keçmişindən bu günündən yazmayacaq. Bu - yalnız həmin xalqın öz doğma oğlunun işidir".

Bu mənada yazıçı Elçin Azərbaycan xalqının doğma yazıçısıdır, deyə bilərik. Çünki onun az qala bütün əsərlərindən Azərbaycan boylanır, onun torpağının, çiçəyinin, yağışının özünüməxsus qoxusu, insanının o tanış, o bizdən ləhcəsi, düşüncəsi, davranışı "tökülür". Elçin yuxarıdakı fikrinə ilk əsərindən hələlik son əsərinə qədər sadiq qalan, özündə, qələmində azərbaycançılığı ən yüksək səviyyədə ehtiva edən yazıçılarımızdan biridir.

 

***

13 may Xalq yazıçısı Elçin Əfəndiyevin ad günüdür. Onun ad günü üçün yazı yazmaq qərarına gələndə qəfildən əlimin altındakı kitabdan səslər eşitdim. Əvvəl-əvvəl təəccübləndim, sonra isə ürəklənib kitabı vərəqləməyə başladım. Gördüm Elçin müəllimin bütün qəhrəmanları sevinclə, həyəcanla səhifələrdən boylanırlar. Sən demə, onlar da yaradıcılarını yeni yaşı münasibətilə təbrik etmək istəyiblər. Öncə cavan bəstəkar S.Qayıbov ("Sarı pencək") əynindəki sarı pencəyi sığallayıb, ad gününə hazırlaşdığını dedi, sonra Molla Zeydulla, qucağında xoruz tutan Zərbala ilə birgə ("Kaşeyin taleyi") müəllifə sevgilərini göndərdi. Məleykə xanım ("Qatar. Pikasso. Latur.1968") "mən onun bundan sonra da yazdığı gözəl əsərlərlə sıralarımızı genişlədəcəyinə inanıram" dedi, Baladadaş ("Baladadaşın ilk məhəbbəti") onu bu qədər saf, səmimi, təmiz yaratdığı üçün müəllifə təşəkkürlərini çatdırmağımı istədi. Hər kəs sevincli ikən bircə Cavanşir ("Şuşaya duman gəlib") boynubükük dayanmışdı. Dedi ki, 28 ildir Şuşadan duman çəkilmir.

Bu qəhrəmanlara hamısının sözlərini müəllifə çatdıracağıma söz verdim. Amma soruşdum: bəs mənə inanmasa? Onda C.Səlimov ("Qırmızı ayı balası") güldü, dedi, "bizi yaradan yazıçı yaxşı bilir ki, möcüzə təkcə nağıllarda olmur".

 

***

Obrazlarına qoşulub, biz də "525-ci qəzet"in kollektivi olaraq, görkəmli yazıçımızı təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 13 may.- S.13.