Güzgü...
Köhnə
şəkillərdən damcılar düşür,
Diksinib
oyanır, bulanır güzgü.
Gözümün
önündə murad süfrəsi,
Açılır,
bağlanır bu yalın güzgü.
Sağırdı,
fağırdı, hüzurdu, zordu,
Fitnədi,
feildi, haqdı, zühurdu.
Sağlığında
birdi, ölsə min cürdü,
Elə
hey toplanır, calanır güzgü.
Yüz
şəkil görərsən yolunun üstə,
Arıtək
uçarsan gülünün üstə.
Həb
kimi qoyarsan dilinin üstə,
Daddığın
sənindi.., qalanı...
Güzgü!..
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2020.- 13 may.- S.14.