"Kimsənin danışa bilmədiyi dil kimiyəm"
MƏNİ YALNIZ
OXUYANLAR ANLAYAR"
Onu İnstaqramda
tanıdığım ilk vaxtlarda
izləyiciləri hələ
o qədər çox
deyildi. Amma inanırdım ki,
paylaşdığı esse-statuslarla
bir gün bu məkanda özünə yer edə biləcək.
İnandığım kimi də oldu. Ötən günlər hesabını
gözdən keçirəndə
artıq müəyyən
izləyici toplumuna mailk olduğunu müşahidə elədim.
Və düşündüm ki, onun fəaliyyəti barədə tanımayanlara
da məlumat versək, maraqlı olar. Beləcə, gənc yazar
Rəşad Türkoğlu
ilə bu söhbətimiz alındı.
Rəşad olduqca maraqlı
keçən söhbətimiz
zamanı mənim üçün də yeni olan bir
çox məlumatları
bölüşdü. Dedi ki, Votsap
və Feysbukdan istifadə etmir, tanınması üçün
ən böyük vasitə isə İnstaqram olub.
"İnstaqram tanınmağımda
ən böyük vasitəçi oldu"
- Sosial şəbəkələrin imkanlarından
nə dərəcədə
razısınız?
- Bugünkü fəaliyyətimdə
sosial şəbəkələrdən
İnstaqramın yerini
xüsusi qeyd etməsəm, olmaz. İşlərimin uğurlu
alınmasında sosial
medianın böyük
bir payı var. Əgər bu imkanlardan istifadə etməsəydim, bəlkə
də, bu qədər oxucunun rəğbətinə və
sevgisinə sahib ola bilməyəcəkdim.
İnstaqram tanınmağım üçün ən böyük vasitəçi
oldu.
"Uşaq vaxtı hər kəsdən
gizlətdiyim bir dəftərim var idi..."
- Belə bir səhifə açıb, fikirlərinizi
qısa esse-statuslar şəklində yazmaq haradan ağlınıza gəldi?
- Məktəbli vaxtlarımdan
yazmağı sevirdim.
Hər kəsdən gizlətdiyim
bir dəftərim var idi - üzüləndə,
dərdlənəndə, kədərli
olanda, kimsə qəlbimi qıranda bir küncə çəkilib yazmağa başlayardım. Düzdür, dərslərimdə o qədər
də uğurlu olmamışam. Qiymətlərim 3-4 olardı. Sadəcə, yazmağa və
fikirlərimi ifadə
etməyə çalışırdım.
Uzun sözün qısası,
yazmaq mənim həyatımın ən önəmli hissəsidir.
Yazdıqca rahatlanıram sanki.
Bir gün düşüncələrimi
yazıb mənim kimi düşünən insanlar üçün paylaşmaq qərarına
gəldim. İstədim ki, onlar da
yalnız olmadıqlarını
bilsinlər. Məqsədim mənim kimi düşünən insanları
bir araya gətirmək idi.
Sözün açığı, bu qədər izləyici kütləsinə sahib olacağımı
düşünməmişdim. Şükürlər
olsun ki, hazırda on səkkiz min beş yüzdən
çox izləyicim
var. Bunu, Allahın izni ilə bacardığım
qədər yüksəldəcəyimi
və davam etdirəcəyimi düşünürəm.
Mən oxucularımın dəstəyi
və sevgisi nəticəsində bu yerlərə gəlib çıxmışam. Oxucularım var
olduqları müddətcə,
yazmağa davam edəcəyəm. Nə yaxşı
ki, onlar var. Allah hər birindən razı olsun.
- Deyirsiniz ki, orta məktəbdə
qiymətləriniz elə
də yaxşı olmurdu. Bəs, sonrakı təhsiliniz
necə oldu?
- Dərslərimdə uğurlu
olmadığımdan sonra
təhsilimi davam etdirməyə marağım
olmadı. Bu səbəbdən
də ali
təhsilim yoxdur.
"Başqa platformalarda aktiv olmamağımın
səbəbi onlardan istifadə edə bilməməyimdir"
- Gördüyüm
qədərilə digər
sosial media platformalarında
o qədər də aktiv deyilsiniz. Hətta ən çox istifadəçi auditoriyası
olan Feysbuk və Votsapdan da istifadə etmirsiniz. Bu, nədən irəli gəlir?
- İnstaqramdan başqa
heç bir sosial şəbəkədən
istifadə edə bilmirəm. Başqa platformalar mənə
sıxıcı və
qarışıq gəlir.
Bəlkə də yazmağa
ilk başlayanda İnstaqramdan
istifadə etdiyimdən,
burada tanındığımdan,
buraya öyrəşdiyimdən
başqa sosial şəbəkədən istifadə
etmədim.
Bunun əsas səbəbi
başqa platformalardan istifadə edə bilməməyimdir.
"Tvitterdən
yalnız məlumat almaq üçün istifadə edirəm"
- Tvitter hesabınız da bağlıdır, buna görə də izləyici sayı olduqca azdır. Hesabınızın bağlı olmağının
xüsusi bir səbəbi varmı?
- Bu, Tvitteri sevmədiyimdən,
ya da ona
öyrəşə bilmədiyimdən
irəli gəlmir. Tvitterə, sadəcə, lazım olanda, bəzi məlumatları almaq üçün daxil oluram. Bu səbəbdən
də, hesabımı
gizliyə almışam.
"İnsanların
arasında olan,
lakin görülməyən bir cisim kimiyəm"
- Bioqrafiyanıza
yazdığınız "Yazaram, vətənimin bir küncündə"
ifadəsi xüsusi diqqətimi çəkdi.
Hansı
mənbədən qaynaqlanır
bu ifadə?
- O cümlə Rəşad Türkoğlunun qısa bir özətidir. Mənası da budur: insanların arasında olan, lakin görülməyən
bir cisim kimiyəm. Kimsələrlə işim olmayan,
kimsənin həyatına
və işinə qarışmayan, insanları
incitməkdən çəkinən
və dərdlərə
şərik bir yazaram mən. Mən, kimsənin danışa bilmədiyi bir dil kimiyəm, məni yalnız oxuyanlar anlayar.
- Görkəminizdə dəyişiklik
etmisiniz, bu yeni saçlarınız ətrafınızdakılar və
izləyiciləriniz tərəfindən
hansı rəyləri
gördü?
- Bu haqda dostlarımdan və ya oxucularımdan
bir fikir almamışam. Bu, mənim öz seçimimdir.
- Deyəsən, türkçülük
ənənələrinə və islama çox bağlısınız.
Bu, paylaşımlarınızdan,
hətta görkəminizdən
də hiss olunur.
- Doğrudur, türkçülüyə
və islama çox bağlıyam. Bu sevgi məndə
uşaqlıqdandır. Millətim üçün, Allah üçün
şəhadət şərbətindən
içmək də ən böyük arzumdur. Türkoğlu soyadım deyil,
ləqəbimdir. Dost-tanış içində
mənə, "Türkoğlu"
deyə xitab edilir. Əsl soyadım, Abdullayevdir.
Türkçülüyə bağlı olduğum
üçün bu ləqəbi seçmişəm.
- Karantin günlərini necə keçirirsiniz?
- Karantin günlərim demək olar ki, yaxşı keçir. Əvvəllər vaxtım olmayan
işlərə indi rahat şəkildə vaxt ayıra bilirəm.
"Yazdıqlarımın
çox hissəsində
yaşadıqlarım əks olunur"
- Paylaşımlarınız
daha çox sevgi notları ilə bağlı olur. Bunun xüsusi bir
səbəbi varmı?
- Çalışdığım qədər fərqli paylaşımlar edirəm.
Əlbəttə, yazdıqlarımın çox hissəsində yaşadıqlarım əks
olunur. Bu mövzunu çox uzatmaq istəmirəm, daha doğrusu, şəxsidir deyə danışmağı lazım
bilmirəm. Ümid edirəm
ki, anlayışla qarşılayacaqsınız.
- Yazdığınız statuslarda insanlara çatdırmaq istədiyiniz əsas fikir nədir?
- Yazılarımla insanlara önəmli olduqlarını
bildirmək, "mən
yaşadım, sizlər
də bu mövzulara diqqət edin" məsələsini
çatdırmaq və
ən vacibi, mənim kimi düşünən insanların
yalnız olmadıqlarını
göstərmək istəyirəm.
"Tənqidlər
məni narahat etmir"
- Sosial şəbəkələrdə həm paylaşımlar baxımndan, həm də ayrı-ayrı şəxslər tərəfindən
sizi narahat edən hansısa məqamlar olurmu?
- Əlbəttə, belə
məqamlar olub və olmaqda davam edir. Bu, çox normal haldır.
Hər kəsin düşüncəsi
fərqlidir. Tənqidlər məni narahat etmir. Çalışdığım qədər insanlara
incitmədən, qəlb
qırmadan, xoş cavablarla qarşılıq
verməyə çalışıram.
Amma söyüşlə üzləşməmişəm.
Elə bu cür davam
etsə, düşünürəm
ki, yaxşı olacaq.
"İnsanlar gördüklərinə və
eşitdiklərinə
uyğunlaşmağa başlayırlar"
- İnsanların
korlanmış zövqünü
hansısa vasitə ilə bərpa etmək olarmı?
- Bu, olduqca dərin bir mövzudur. Qısaca anlatmağa çalışsam,
bu, həm də insanların mühitindən asılı
haldır. İnsanlar nəyi
görür və eşidirlərsə, ona da uyğunlaşmağa başlayırlar. Düşünürəm ki, bu, həmişə
belə olacaq. Əgər
biz kitabları, mədəniyyəti
və ədəbi rəftarı əməllərimizlə,
sosial şəbəkələrdə
paylaşımlarımızla sevdirməyi bacarsaq, yəqin, bizim də ardımızca gələnlər olacaq.
Zənnimcə, tək çıxış
yolumuz budur.
"Gələcəkdə ailəmi məmnun
etməkdən ziyadə arzum yoxdur"
- Gələcəklə
bağlı hansı planlarınız var?
- Əslində, gələcəklə
bağlı planlarım
çox sadədir - ailə həyatı qurmaq, ailəmi təmin edəcək qədər pul qazana bilmək, onları soyuqdan, istidən qoruyacaq evimin və ömrümün sonuna qədər onlara verəcək sevgimin olması. Mənim üçün bunlar yetərlidir. Gələcəkdə ailəmi məmnun
etməkdən ziyadə
arzum yoxdur. Allah ruzi-bərəkəti süfrəmizdən, eşq
və hörməti xarakterimizdən, iman və xoşbəxtliyi ailəmizdən əskik etməsin.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 13 may.- S.24.