"Sənsizliyin baş
hərfi"
Gənclik hövsələsiz, səbirsiz
olur. Sosial şəbəkədə Elroman Əlizadə adlı gənc mənə yazaraq şeirlərini göndərmək
istədiyini bildirdi.
"Bu gün işim
çoxdur, sabah ən güvəndiyin iki şeirini göndərərsən"
desəm də, aradan beş dəqiqə keçməmiş
iki şeir yolladı. Başım açılanda şeirləri
oxudum, bəyəndim və çox sevindim. Səbrsizliyinə yönələn qəzəbim də soyudu.
Sonra zəng
vurub özüylə
danışdım, dalbadal
suallar ünvanladım. Xoş təəssüratım
yarandı.
Elroman Elçin
oğlu Əlizadə
2000-ci ildə doğulub. Azərbaycan Dillər
Universiteti Filologiya fakültəsinin 2-ci kurs tələbəsidir. "Sənsizliyin baş hərfi" adlı şeir kitabının müəllifidir.
Ədəbi mühitdə az adamı tanıyır. Məni də kimsə gənc yazarlardan biri nişan
verib.
Bu şeirləri məni
ruhlandırmışdı. İstedad
işartısını hiss etmək, istedadlı bir gəncin ədəbiyyata gəlişini
görmək həmişə
mənə qol-qanad verib. Sevindim ki, nə yaxşı
Elromanın şeirləriylə
tanış olmağı ləngitmədim.
Məmnuniyyətlə bu şeirləri 525.az saytının oxucularına
təqdim edirəm.
Güman
ki, bu şeirlərlə
bir müddət sonra "525-ci qəzet"in
oxucuları da tanış olacaqlar. Uğurlar arzulayır, məni
sevindirdiyinə görə
təşəkkürümü bildirirəm.
Rəşad Məcid
Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə
iş üzrə
katibi, "525-ci qəzet"in
Baş redaktoru
525-ci qəzet.- 2020.- 20 may.- S.23.