Gedirəm, səni sevməyə
Nə sirdir çözə bilmirəm,
Sözüm çox, susub dinmirəm...
Yanında sevə bilmirəm,
Gedirəm, səni sevməyə...
Ömrü varağa düzürəm,
Sözə, misraya əsirəm,
Dur yola sal, tələsirəm,
Gedirəm, səni sevməyə...
Xatirələr saçın yolar,
Bəlkə geciksəm, gec olar,
Kəsmə yolumu, qaç...nolar,
Gedirəm, səni sevməyə...
Sevgimin,
odu közərdi,
Çiçəyi, gülü göyərdi,
Uzaqdan sevmək gözəldi,
Gedirəm, səni sevməyə...
Qalıb hələ
Gedəndə,
Üstümə atd
ığın
Üzüyün tökülmüş qaşları
qaldı səndən...
Bir də qanıma işləyən göz yaşları...
Çırpdığın qapının zərbəsindən divarlarda
Əmələ gəlmiş çatlar
dilə gəldi,
Sükut
dilə gəldi, fəryadlar dilə gəldi...
Güzgüdə çiliklənmiş əksimin üzünü
Dabanımın qani ilə yudum,
Gülləsi boş qalmış giliz kimi soyudum.
Sən gedəndə
Çərçivədən çıxarıb
yandırmaq istədiyin
Toy şəklimizin nəfəsi
hələ gedib gəlirdi,
Xatirələrin naləsi gecənin
ürəyini dəlirdi...
Bir uzun yoldan keçib
gəlmişdi
O çərçivənin boşluğundan
Özünü asan arzularımın
inamı,
Külək pəncərədən girib söndürdü
Qəfil
masanın üstündəki
şamı...
Dodaqlarının izi fincanda,
Güzgünün qabağında qoxladığın
tellərin
Süsü daraqda,
Səni
xatırladırdı cehizlərin
hər otaqda...
Sevgimizdən daha etibarli imiş,
Göyərçin əllərinlə
qoyduğun
gəlinlik gülünün
şeir dəftərimin
Arasında qurudulmuş ləçəkləri.
Səmada
sönmüşdü ulduzlar
Göylərin çiçəkləri...
Qalıb
hələ...
Evimizin kənarından iki addım o yana
Daş parçası ilə cızdığımız
Sevgimizin
nişanəsi,
Bəlkə də...
Bəlkə də o ola
Bətndəki... Barışmağın bəhanəsi...
Canın sağ olsun
Elə də üzmə özünü,
Getmisən, canın sağ olsun.
Nə olsun ki, axtarıram,
İtmisən, canın sağ olsun.
Sevgim qaldı boxçasında,
Bəzənmədi xonçasında,
Özgəsinin bağçasında,
Bitmisən, canın sağ olsun.
İnanma,
mənsizlik sovuşa,
Birisi, könlünə yovuşa
Əhdini,
qəpik-quruşa,
Satmısan, canın sağ olsun.
Qopdu ruhum özəyindən,
Bir şey gəlmədi əlindən.
Eşitdim ki, ürəyindən
Atmısan, canın sağ olsun.
Sevənlərin olmasın kəm,
Həsrət qalsın üzünə
qəm,
Nə çox gedən, biri də sən,
Getmisən, canın sağ
olsun...
Böyümədi körpə könlüm
Atəşi özündən demək,
İnsan
od tutub
yanarmış,
Sümüyü olmayan ürək,
Hər gün on dəfə sınarmış...
Tənhalıqdan utanmadım,
Zülmətlərdə yatammadım,
Yuxum qaçdı tutammadım,
Yuxu da məndən qaçarmış...
Özümdən başqa hamını,
Könlüm gizlicə anarmış,
Böyümədi körpə könlüm,
Buz dağına arxalanmış...
Duzumun duzu olmadı
Çox
sınadı dünya
məni,
Dərdlərim dağ oldu, ana.
Öz əlimdən düşdüm
yerə,
Ümidim dağıldı, ana.
Sovurdu dünya məni
sovurdu ömür içində,
Yoğurdu dünya məni
Yoğurdu ömür içində.
Kündəm küt düşdü,
dostlar,
Qar görünən bəxtimin
Başqa bir üzü olmadı.
Doğru
sözüm zəhər
oldu,
Duzumun duzun olmadı.
Aqbil Ədalət
525-ci qəzet.- 2020.- 22 may.- S.14.