Zaur İlhamoğlu 1984-cü ildə Şəki şəhərində anadan olub. Şəki şəhər M. Füzuli adına 3 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edir.Şeirləri Azərbaycanın bir çox mətbuat orqanlarında, eləcə də Türkiyə, İran mətbuatda dərc olunub.
Külümün altında
Bir vücudda yarandım mən,
İçim çölümün altında.
Tanrı başımın üstündə,
Dünya əlimin altında.
Yaşamağım çılğın istək,
Budur vazkeçilməz məslək.
Günlərim yeraltı çaytək
Axar ilimin altında.
Hər atəşə
gərim sinə,
Yandırsınlar
dönə-dönə,
Kül
olsam da, közüm yenə
Qalar külümün altında.
Nə
gördümsə gözlərimlə,
Seçdim əyri, düzlərimlə.
Məzarımı
sözlərimlə
Qazdım dilimin altında.
Giley-güzar
Giley-güzar
dünyasıdır
Torpaq daşdan gileylənir.
Qış
havası duyulduqca
Payız qışdan gileylənir.
Ürək
dözmür göynəyəndə,
Bir toxunan söz deyəndə.
Yerində
işlənməyəndə
Ağıl başdan gileylənir.
Ağacdan
bir meyvə düşür
Bağ köksünə qüssə düşür.
Göz
üstünə kölgə düşür
Kiprik qaşdan gileylənir.
Qocalır insan qocalır.
Gəncliyini seyrə dalır.
Zaman bir kənarda
qalır
Ömür yaşdan gileylənir.
Nə qədər ki sağam, qədrimi
bilin...
Nə qədər ki sağam, qədrimi bilin.
Bir gün bu dünyadan çıxacağam ha.
Ruhum
dövr edəcək kəhkəşanları
Sizə ulduzlardan baxacağam ha.
Yaşamaq bir sevgi, yaşamaq istək.
Gəl ki, ölüm də var, bu acı gerçək.
Süzülüb
gecələr Ay işığıtək,
Şirin yuxunuza axacağam ha.
"Kaş
ki bu dünyada yaşardı" deyə,
Dönəcəm min arzu, minbir diləyə.
Şirin
xatirəmlə dolub ürəyə,
Od olub
yandırıb-yaxacağam ha.
İşdir
də baş versə, əgər möcüzə,
Gəlsəm o dünyada sizlə üz-üzə.
"Qədirbilməz"
deyib əl verib sizə
Sizin əlinizi sıxacağam ha.
Bağışla
Bir gün xəyalların dərinliyində
Batsam, bağışla.
Bütün
həyatını ümidsizliyə
Atsam, bağışla.
İndidən
deyirəm, demədi demə,
Sonradan, əzizim, küsmə, incimə.
Mənli
günlərini mənsizliyimə
Satsam, bağışla.
Günlər
aram-aram keçər ilindən,
Üzülmə, ləçək də qopur
gülündən.
"Əlvida"
- deməyə bir gün əlindən
Tutsam, bağışla.
Yəqin, düşünəcən, sevməyin
budur?
Bu necə fikirdir, necə duyğudur?
Eh,
ölüm var, ölüm,
Şirin yuxudur.
Yatsam, bağışla.
Zaur İLHAMOĞLU
525-ci qəzet.- 2020.- 22 may.- S.14.