Gətirmir
Daha gecələrim
səhər gətirmir,
Daha
ümidimin daş tərəfisən.
İndi təkliyimin
söykəndiyi yer,
Gülüm,
gözlərimin yaş tərəfisən.
Saqqalım
kor bəxtin bir nişancısı,
Günümdən
xəbərçi olur eləcə.
Taleyim
minaya düşən misalı,
Sənsiz
pərçim-pərçim olur eləcə.
Dörd
divar bir yerə cəm etmir məni,
Özüm
bu yandayam, fikrim o yanda.
Bir
parça daş atım bu ayrılığa,
Özün
hayandasan, ətrin hayanda.
Bezirəm
saatın əqrəb səsindən,
Heç
biri dönəndə səni gətirmir.
Ta məndən
bir yolluq gedənim yoxdu,
Min yolluq
gələn də səni gətirmir.
Div adam
Biraz da
gün keçərsə, biraz da yaş axarsa,
Yadlaşaram,
Nifrətin
üstün olar sevgidən.
Barışmağa
nə qədər gücün varsa, gəl barış,
Tök məni
gözlərindən salxım-salxım indidən.
Nə qədər
ki, əllərin bir əlcəylə isinir,
Bir ovucluq
sevgimi böyütmə gözlərində.
Nə qədər
ki, isti ev, çayından buxar çıxır,
Götür
bir kitab oxu, soyutma, süz birin də.
Gecələr
də qısadı, unutmağa nə var ki,
Nə var
başın qatmağa sərsəri darıxmağın.
Ovuşdur
əllərini, qollarını qucaqla,
Hansı
günə yaraşır şəkillərə
baxmağın?
Ürəyinə
söz keçir,
"heç
olmadı bu adam,
Heç olmadı yanımda",
- ağrıların səngiyə.
Atam mənə deyərdi:
- "Ziyanın yarısından, qayıtmaq da xeyirdi",
üzülməyim mən deyə.
Uşaq vaxtı hamıya deyərdilər div gələr,
"Yatmasan çağıraram",
Ağla özün halına.
Başını qoy yastığa, uşaq kimi qucaqla,
Sənə görə div mənəm, gətirmə xəyalına.
Cabbar ÇƏTİN
525-ci qəzet.- 2020.- 22 may.- S.14.