Qələmsiz yazılanlar
status-esselər
Qocalar unudulmasın!..
***
Açın pəncərələri, nəfəslikləri...
***
Dünyanın yaxşı canı
qurtardı bu qaçaqaçlardan...
İnsanlar hara tələsirdilər,
nəyə can atırdılar?!
Yəqin indi düşünməyə
imkan olar.
Mənası vardımı bu
qaçaqaçların, didişmələrin?!.
Əgər bütün bəşər
bir qoz qabığına
yerləşirdisə...
***
Hər şey hər kəsə aydındır...
***
... Hamı hərdən keçmişə
dönmək istəyir.
Amma dəyib qayıtmaq... Keçmişdə
qalmağı heç
kim istəmir.
***
İpək "dana" ifadəsini
işlədir: "Gəl
danaa, gedək danaa..."
Araşdırdım ki, görüm kimdən öyrənib. Tapa bilmədim.
Sonra məlum oldu ki, elə mənim
dilimdən götürüb...
:)
***
Həyəcanlanmayın! Sizin səmimi həyəcanınızın
enerjisindən naqis adamlar bəhrələnirlər.
***
Karantinin ilk günlərində filmlər
və kitablar gündəmdə idi. İndi DTX-nin
mütəmadi əməliyyatları
bunların hamısını
kölgədə qoydu.
Bədii
təxəyyüldən daha
üstün, daha maraqlı, daha canlı, daha kəskin sənədli süjetlər...
***
Adam gərək özündən
tez çıxmasın
- hirsini, qəzəbini,
lap elə kinini tez büruzə verməsin.
***
Gözü doymamaq, pula hərislik...
Bəlkə, bunların dərin sosial və mental kökləri də var?!
Tarix boyu bizim insanlarda formalaşan bu təşnəlik bəlkə,
sabahından arxayın
olmamaqdan, özünün,
ailənin gələcəyindən
nigarançılıqdan yaranıb?
Əlinə düşəni qır-qızıla
verib yığmaq, pis gün üçün
saxlamaq...
Bəlkə, pis gün bu
xalqın başının
üstündən heç
vaxt əskik olmadığına görə
belə naqis keyfiyyətləri tərgidə
bilməyib?
Kim bilir, bəlkə də, pandemiyanın bəşərə təlqin
etmək istədiyi elə budur: Sadə yaşayın. Adi həyat sürün.
Sabah gözəldir, həm də fanidir.
"Bəlkə"lər, ehtimallar çoxdur, amma düşünməyə
və müzakirə etməyə dəyən mövzudur.
***
Hərə öz uğursuzluğunun bir səbəbkarını
"tapıb" qəzəbini
ona yönəldir. Yoxsa ürəkləri soyumur...
***
Hər gün eyni adamları
dinləmək...
***
Hamının hissləri olur...
***
Tənqid etmək asandır; gözünü yum-aç,
hər şeyi qarala getsin.
Müdafiə etməyə istedad, bilik, inandırmaq bacarığı və bir çox başqa keyfiyyətlər
lazımdır.
***
İçin xıltını çox
gizləmək olmur...
***
Fəallığı ilə izləyicilərin marağına səbəb
olan sosial şəbəkə istifadəçiləri
çoxdur. Son vaxtlar
həm bir çox millət vəkilləri, həm də müxtəlif dövlət və hökumət strukturlarının
təmsilçiləri öz
fəaliyyətlərinin əhəmiyyətli
hissəsini sosial şəbəkələr üzərindən
qurmağa başlayıblar.
Rəsmi
dövlət qurumu təmsilçiləri arasında
mənim daha çox diqqətimi çəkən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbovdur. Çevikliyi, informasiyaları anındaca
qabaqlamaq bacarığı,
yeri gələndə
incə sarkazmı, iti reaksiyası, hazırcavablığı izləyicilərdə
özünə qarşı
müsbət rəy formalaşdırır. Hətta
ictimai rəyə təsir imkanı məhdud, az qala, heç kəsin tanımadığı
bir saytda, yaxud da hansısa
Feysbuk profilində təmsil etdiyi nazirliyin fəaliyyəti ilə bağlı yazılan irad və tənqidlərə
operativ, səlis, tutarlı cavablar verməsi, çoxsaylı
suallardan yorulub geri çəkilməməsi,
bezməməsi, üzərinə
düşən vəzifəni
təmkinlə, soyuqqanlılıqla
yerinə yetirməsi onun peşəkarlığından,
insan kimi möhkəm xarakterindən , görülən işə inamından xəbər verir və izləyicilərdə
rəğbət doğurur.
***
İndi
də evdən çıxmağa ərinəcəklər...
***
Siz də unutduqlarımızdansınızmı?!.
***
Gənclik hövsələsiz, səbirsiz
olur. Sosial şəbəkədə Elroman Əlizadə adlı gənc mənə yazaraq şeirlərini göndərmək
istədiyini bildirdi.
"Bu gün işim
çoxdur, sabah ən güvəndiyin iki şeirini göndərərsən"
- desəm də, aradan beş dəqiqə keçməmiş
iki şeir yolladı. Başım açılanda şeirləri
oxudum, bəyəndim və çox sevindim. Səbirsizliyinə yönələn qəzəbim də soyudu. Sonra zəng vurub
özüylə danışdım,
dalbadal, fərqli suallar verdim. Xoş təəssürat yaratdı.
Elroman Elçin
oğlu Əlizadə
2000-ci ildə doğulub. Azərbaycan Dillər
Universiteti Filologiya fakültəsinin 2-ci kurs tələbəsidir. "Sənsizliyin baş hərfi" adlı şeir kitabının müəllifidir. Ədəbi
mühitdə az adamı tanıyır. Məni də ona kimsə
gənc yazarlardan biri nişan
verib.
Onun bu şeirləri məni ruhlandırdı. İstedad işartısını hiss etmək,
istedadlı bir gəncin ədəbiyyata gəlişini görmək
həmişə mənə
qol-qanad verib. Sevindim ki, nə
yaxşı Elromanın
şeirləriylə tanış olmağı
ləngitmədim. Məmnuniyyətlə şeirləri 525.az saytının
oxucularına təqdim
etdim.
Güman
ki, bu şeirlərlə
bir müddət sonra "525-ci qəzet"in
oxucuları da tanış olacaqlar. Uğurlar arzulayır, məni
sevindirdiyinə görə
təşəkkürümü bildirirəm.
Diqqətimi çəkən misraları
Siz də oxuyun:
Elə gözəl gedər ki, göydən düşən hər ulduz
gedəninə bənzəyər.
"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan
bədəninə bənzəyər.
Gözüm çəkilmir izdən,
gəlmirsən, daha gəlmə,
saat heçə sən qalıb.
Dağ boyda eşqimizdən geriyə iki kəlmə
salam, necəsən qalıb.
Necə
şeir gətirmir könlümdəki pərilər,
yoxsa, mənə qarşıdı?
Gecə
xeyir gətirmir, gecənin xeyirindən
sənin şərin
yaxşıdı.
Üzməyimi bilmirik, niyə
bizi dərd boğur,
içimizdə kin yatır?
O qədər uzağıq ki, sən tərəfdə
gün doğur,
mən tərəfdə
gün batır...
Qızarmış gözlərim də
adını çəkə
bilmir,
çünki səni
unutdu.
Üç dəfə qapımı
döy, dördüncüdə
açmasam,
bil ki, səni unutdum...
***
Efiopiyada
əl-üzü sabunla
yumurlarmış ki?!. )
***
Bakı küləyində böyüyüb
boy ata bilən ağaclar da qəhrəmandır.
***
Keçmişlə üzülüşməyəndə çətin olur. Zaman geriyə
gedir.
***
Avropa yaşmaqlananlara
əyri baxırdı. İndi
özü yaşmaqlandı...
***
"Yeni era"nın
ilk günü... Uşaqlar
və göyərçinlər...
***
Telefonu da hərdən söndürmək
lazımdır.
***
"Əsaslı şübhələr"
- düşündürücü ifadədir, kreativ tapıntıdır.
***
Axırda hamı öz sənətinə qayıdır.
***
Bu gün işə
piyada getdim. Bir nəfər də maskasız adam
görmədim. Bu camaat onları harda görür bilmirəm.
***
Televizora
baxmamağın rahatlığı...
***
Bir az vicdanlı
adam yalan danışmağa məcbur
olanda səsi titrəyir, hıqqınır,
qızarır, mətləbdən
yayınır, nala-mıxa
vurur.
Vicdansız isə yalanı deyəndə gur-gur guruldayır.
***
Müğənnilərin nə qədər istəməyənləri
varmış...
***
Həmişə dopdolu gördüyün küçələri, kafeləri
seyrək, adamsız, müştərisiz görmək
hüznlüdür. İncəbelli cam bardaqda çay da adamla tamlanır.
***
Yolun sonundan da qayıtmaq xeyirdir.
***
Yazının gözəlliyinə bax, sən Allah!..
Müsəllim Həsənovun "525"in 20 may sayında işıq üzü görmüş,
"Tofiq Rüstəmov
təmənnasızlığı" yazısından qəhərləndim.
Su kimi axan yazının dinamik təhkiyəsi sonacan nəfəs çəkməyə
imkan vermir. Ustalıqla təsvir
olunan, bir-birini sürətlə əvəzləyən
məkan və hadisələr dalbadal göz önündə canlanır. Həyəcan səni çulğayır.
Və sonda gözlərini yaşardır.
Minnətdarlıq duyğusu, təmənnasız
yaxşılıq...
Və oxucuya Tofiq Rüstəmovun
dilindən verilən ibrətamiz "Yaxşılıq
etməkdən üstün
heç nə yoxdur" mesajı... 40 il əvvəl
baş vermiş hadisənin günümüzə
görk olası heyrətamiz təsviri...
***
İnsanlar bir-birinə qarşı amansız olub, qəddarlaşıb.
Qəzəb və kin kükrəyir. Sevgi tamam
yoxa çıxıb.
Hərə hirsini bir cür çıxarır...
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə
iş üzrə
katibi, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet.- 2020.- 23 may.- S.17.