Vətən müharibəsi
AZƏRBAYCAN
REGİONUN GEOSİYASİ MƏNZƏRƏSİNİ
YENİLƏŞDİRİR
Sonun başlanğıcı: təcavüzkarın
cəzalandırılması və havadarları
Müzəffər Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi ərazi bütövlüyünü təminetmə
əməliyyatı və
əldə etdiyi zəfərlər dünya
miqyasında əks-səda
yaradıb. Ekspertlər bu hadisəni
müxtəlif aspektlərdə
analiz etməyə çalışırlar. Onlar birmənalı olaraq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən qat-qat
güclü olduğunu
qəbul edirlər.
Hətta Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun
Ovanisyan bildirib ki, Azərbaycan yüksək texnologiyalara əsaslanan silahlara malikdir ki, bu
cür hazırlıq
supergüclərin ordusunda
ola bilər.
O, ayrıca vurğulayıb
ki, elə sahələr var ki, Azərbaycan Ordusu Ermənistan ordusundan 12 dəfə güclüdür!
Əlbəttə, burada təəccüblü
bir məqam yoxdur. Çünki Azərbaycan müstəqil
dövlətdir və
öz potensialı hesabına illərdir ki, Ordusunu gücləndirir.
Azərbaycan Ordusu hazırda
regionun ən güclüsüdür. Özü
də yalnız texniki təchizat aspektində deyil, Ordunun təşkilində,
çevikliyində və
peşəkarlığında da Cənubi Qafqazda ona tay yoxdur. Bütün bunlar dünya ekspertləri qarşısında
maraqlı mənzərəni
ortaya çıxarır.
Aydın olur ki, dünya
üçün əhəmiyyəti
böyük olan bir regionda iki
xristian ölkəsindən
bir müsəlman dövləti daha güclüdür. Avtomatik olaraq bu, burada aparıcı rolu məhz müsəlman ölkəsinin
oynamalı olduğu qənaətini yaradır.
Bu isə təbii
ki, supergücləri qane etmir. Təcrübə göstərir ki,
onlar ikili standartlara uyğun davranaraq dini təəssübkeşlik edir,
islamofobiya və türkofobiyaya uğrayırlar.
Həmin
məqam istər-istəməz
Azərbaycanın hərbi-siyasi
və diplomatik uğurlarına qısqanclıq
yaradır.
Onun əlaməti kimi
ATƏT-in Minsk qrupunun həmsədrlərinin
hələ də Ermənistandan "işğal
etdiyin əraziləri
tərk et" kimi konkret tələbinin
olmamasını göstərmək
olar. Bunun əvəzində gah Azərbaycanı tənqid edirlər, gah da ümumi
"barışın" deyirlər. Əlavə olaraq Ermənistanı
aktiv surətdə silahlandırırlar. Azərbaycanın təqdim etdiyi sənədlərdə Rusiyanın,
İslandiyanın, Belçikanın,
ABŞ-ın müxtəlif
şəhərlərindən Ermənistana qaçaq yollarla mülki təyyarələrdə daşınan
silahların dəqiq siyahısı mövcuddur.
Ancaq qəribədir ki, sanki Azərbaycanın təqdim etdiyi dəlillərə reaksiya
yoxdur, onları görməzdən gəlib,
yenə də rəsmi İrəvana təzyiq etmirlər.
Başqa
vaxtı silah qaçaqçılığı ilə bağlı qulaq batıran dairələr indi lal qalıblar. Ermənistandan və silahı
ona qanunsuz satanlardan hesab tələb edən gözə dəymir.
Bunların fonunda geosiyasət meydanında baş verən hadisələrlə
bağlı nələrin
müşahidə edildiyi
çox maraqlıdır. Belə təəssürat
yaranır ki, həmsədr ölkələr
də daxil olmaqla Avropa və Amerika Ermənistanı məğlubiyyətdən
xilas etmək üçün dəridən-qabıqdan
çıxırlar. Onlar sözdə
bitərəflikdən danışırlar,
əməldə isə
Ermənistana yardım
göstərirlər. Bəzi hallarda isə çox gülünc iddialar irəli sürürlər.
ABŞ-ın Dövlət
katibi Mayk Pompeo deyib ki,
Ermənistanın Dağlıq
Qarabağda Azərbaycanın
qarşısını alacağına
ümid edirlər. Avropanın bir
neçə ölkəsinin
deputatları Xankəndiyə
qanunsuz səfər edərək separatçı
və terrorçuları
dəstəkləyiblər. Rusiya Dövlət Dumasının
üzvü Vitali Milonov da Xankəndiyə
gedib təxribatçı
bəyanatlar verib.
Fransa Prezidentinin isə münasibəti çoxdan
məlumdur.
Geosiyasi
kontekst: Cənubi Qafqazda yeni qüvvələr
nisbətinə doğru
Bunlar onu göstərir ki, həmsədrlər də
daxil olmaqla Avropa, Amerika və Rusiya hələ də ədalətli mövqeyə
gəlməyiblər. Doğrudur, onların
sırasında özünün
daha çox bitərəf mövqeyi ilə seçilən ölkə Rusiyadır.
Moskva Ermənistanla Azərbaycan arasında humanitar atəşkəsə
nail olmaq istədi, lakin ermənilər onu pozdular. Belə görünür
ki, Ermənistan rəhbərliyi ədalətli
həlli deyil, təcavüzkarı qane edən həll yolunu arzulayır. Bunun üçün böyük
dövlətlərin bu
haqsızlığı dəstəkləyəcəklərinə
ümid edirlər.
Təsadüfi deyil ki, rəsmi
İrəvan ortaya elə cəfəng və gülünc iddialar atır ki, hətta havadarları belə qəbul edə bilmirlər. Məsələn, Nikol Paşinyan
deyir ki, Rusiya Dağlıq Qarabağda Azərbaycana qarşı antiterror əməliyyatı aparmalıdır.
İşğalçı ərazi sahibinə
qarşı öz torpaqlarını azad etmək uğrunda savaşdığına görə
antiterror əməliyyatı
tələb edirsə,
bu, onun tam xəstə olmasının
əlamətidir. Əlbəttə, Moskva bu absurd işə gedə bilməz.
Yaxud Ermənistan
prezidenti Armen Sarkisyan NATO-dan Türkiyəyə təzyiq
etməsini istəyib. Nəyə görə?
Ona görə ki, Türkiyə Azərbaycana
mənəvi dəstək
verir? NATO-da da ona "get, ağlını başına
topla" deyiblər. Bununla da Ermənistanın
Rusiya ilə Qərb arasında "diplomatik manevrləri"nin tam iflasa uğradığını ekspertlər
vurğulayırlar.
Azərbaycan isə uğurlarını
artırmaqda davam edir. Hərb meydanında erməni
işğalçılarının tarixi ərazilərimizdən
qovulması prosesi sürətlə gedir.
Hər gün düşmənə
sarsıdıcı zərbələr
endirilir. Eyni zamanda,
siyasi-diplomatik aspektdə
də Azərbaycanın
və Türkiyənin
fəallığı azalmır.
Azərbaycan dünyaya
real vəziyyəti hər
an çatdırır.
Mülki yaşayış
məntəqələrinə raket hücumlarının
törətdiyi fəsadlarla
yerində tanış
olmaq üçün
xarici ölkələrin
diplomatik nümayəndələri
və hərbi attaşeləri hadisə yerinə aparılır. Vəziyyəti öz gözləri
ilə görən xarici diplomatlar erməni vəhşiliyinin
əyani şahidi olurlar.
Digər tərəfdən, Azərbaycan
və Türkiyə beynəlxalq təşkilatlarda
əsl vəziyyəti
izah etməkdədirlər. Artıq bütün
beynəlxalq təşkilatlar
Ermənistanı qınayan
bəyanatlar veriblər.
Ondan işğal etdiyi ərazilərdən çıxmasını
tələb edirlər.
Azərbaycanın siyasi-diplomatik fəallığı
və uğurlu informasiya siyasəti nəticəsində bir sıra dövlətlər
Bakını dəstəkləyən
qətiyyətli mövqe
nümayiş etdiriblər. Bu sırada Pakistan, Ukrayna, Gürcüstan, Macarıstan,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və
Əfqanıstanı göstərmək
olar. Onlar bu və ya digər dərəcədə
Azərbaycanın haqlı
mövqeyini dəstəkləyiblər.
Eyni zamanda, konkret və praktiki addımlar atan ölkələr də vardır. Türkiyə-Ukrayna münasibətlərini həmin sıraya daxil etmək olar.
Ukrayna Prezidenti
Vladimir Zelenskinin Ankaraya
səfəri geniş
əks-səda doğurub. Çünki tərəflər geosiyasi
və strateji əhəmiyyəti olan sənədlər imzalayıblar.
Türkiyə tərəfi Ukraynaya
ərazi bütövlüyünü
təmin etməkdə
yardımçı olacağını
ifadə edib. Ankara bir daha
vurğulayıb ki, Krımın işğalını
qəbul etmir. Donbasda münaqişənin həll
edilməsini vacib sayır. Bunlardan başqa, Türkiyə
və Ukrayna hərbi sahədə geniş əməkdaşlıq
haqqında razılığa
gəliblər. Onlar bir
neçə ortaq hərbi layihələr üzərində işləyirlər.
Nəhayət, Türkiyə və
Ukrayna azad ticarət zonası yaratmaq üzərində işləri sürətləndirməyi
qərara alıblar.
Bütün bunlardan ekspertlər çox maraqlı geosiyasi qənaət əldə edirlər. Onlar təsdiqləyirlər ki, Azərbaycan Ordusunun Qarabağda apardığı döyüş əməliyyatları bütövlükdə postsovet məkanında separatizmə qarşı səmərəli mübarizənin fəlsəfəsini yaratdı. Azərbaycanın bu təcrübəsindən istifadə edərək, digər münaqişələri də həll etmək mümkündür. Əlbəttə, bizim üçün çox əhəmiyyətli qənaətdir. Çünki söhbət faktiki olaraq Azərbaycanın geosiyasi rolunun yüksəlməsindən gedir. Bu bağlılıqda Azərbaycan regional təhlükəsizlik sisteminin formalaşdırılması üçün də faydalı arqumentləri ortaya qoymuş olur.
Daha geniş geosiyasi kontekstdə isə Türkiyə-Azərbaycan birliyinin Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edən gücə çevrildiyi nəticəsini çıxara bilərik. Artıq bu barədə real fakt kimi danışmaq olar. İki qardaş ölkə postsovet məkanında və bütövlükdə Avrasiya regionunda təsirli qüvvə olaraq özünü təsdiq etməkdədir. Təbii ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla inkişaf etdirilən xarici siyasət kursu burada başlıca məqamı təşkil edir. Həmin siyasi kursun bəhrələrini dövlətimiz və cəmiyyətimiz yüksək qiymətləndirir. Azərbaycan bütün dünyaya öz ədalətini və gücünü göstərdi. Özü də elə bir səviyyədə ki, geniş bir geosiyasi məkanda ümumi mənzərə dəyişməkdədir.
Kamal ADIGÖZƏLOV
Newstimes.az
525-ci qəzet.- 2020.- 3 noyabr.- S.