Arxa cəbhənin birliyi
Azərbaycan Silahlı Qüvvələrinin
erməni təxribatlarına
qarşı sentyabrın
27-dən başlayaraq həyata
keçirdiyi əks hücum əməliyyatları
bu günədək uğurla davam edir.
Bu qısa müddət ərzində ordumuz 30 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edir, xalqa sevinc dolu günlər yaşadır. İl ərzində baş verən bədbin hadisələrə görə həyat eşqi sönən insanların qəlbində ümid çıraqları şələlənir. Xalqımız arxa cəbhədə yumruq kimi birləşib ön cəbhədə qəhrəmancasına döyüşən əsgərlərimizə həm maddi, həm də mənəvi cəhətdən dəstək olmaq üçün əlindən gələn hər şeyi edir. Azərbaycanın dörd bir yanında yolda, küçədə, marketdə, restoranda hər kəs bir-birinə doğma gözlərlə baxır, yardım əlini uzadır. Əvvəllər insanlar buranı sadəcə yaşadıqları ölkə kimi qəbul edirdilərsə, indi Azərbaycana bir ev, xalqa doğma ailə kimi baxırlar.
Mövcud vəziyyətlə bağlı ən çox diqqət çəkən məqamlardan biri də Ordumuza, əsgərlərimizə göndərilən yardımlardır. Bu yardım kampaniyasında kiçikdən böyüyə, kasıbdan varlıya qədər hər kəs iştirak edir. Asan xidmətə gedərək təqaüdünü əsgərlərə yardım üçün göndərmək istəyən yaşlı dayının timsalında minlərlə insan gümanı gələn son qəpiyini də ordumuz üçün göndərir. Yerli şirkətlərimizlə yanaşı, bəzi xarici şirkətlər də xeyriyyə kampaniyası açıb toplanılan pulu ordumuz üçün göndərirlər. Burdan da aydın görünür ki, hər kəs özünü bu mübarizənin bir hissəsi sayır, əlindən gələnin ən yaxşısını etməyə çalışır. Necə ki, quşlar yuva quranda hərəsi bir çöp də olsa gətirib qoyur, eləcə də bu gün Azərbaycan xalqı əsgərlərimizin ön cəbhədə rahatlığı üçün hər şey edir.
Fikir vermisinizsə, xarici jurnalistlər cənab prezident
İlham Əliyevlə müsahibələrində
hər zaman hərbi texnikamızın
sayı, başqa ölkələrin
yardım edib-etmədiyi haqqında soruşurlar. Bundan belə nəticəyə
gəlmək olar ki, onlar ordumuzun uğurunu ordumuzun hərbi-texniki
gücü ilə əlaqələndirir.
Ancaq burada
yaşayıb xalqı müşahidə etsələr,
görərlər ki, bizim
uğurumuzun səbəbi həm də
xalqımızın güclü mənəviyyatı
və iradəsidir. Silah pul
ilə alına bilər, qəhrəmanlıq və mənəviyyat
isə yalnız qan bağı ilə keçir. Azərbaycan xalqı 30 il ərzində bir gün belə doğma
torpaqlarını unutmadı, vətən həsrəti ilə
yaşadı. Bundan sonra
100 il belə keçsə, Azərbaycan
xalqı doğma torpaqlarından vaz keçməz.
Aytac
ASLAN
525-ci qəzet.- 2020.- 3 noyabr.- S.15.