Ombudsman beynəlxalq
təşkilatlara şikayət
ünvanlayıb
Azərbaycanın İnsan Hüquqları üzrı Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva
beynəlxalq təşkilatlara
Ermənistan silahlı
qüvvələri tərəfindən
kobud şəkildə
pozulmuş uşaq hüquqları ilə bağlı şikayət
ünvanlayıb.
Bu barədə APA-ya
Ombudsman Aparatının Mətbuat
xidmətindən bildirilib.
Məlumata görə, S.Əliyeva
Ermənistan silahlı
qüvvələri tərəfindən
cəbhə bölgəsindən
uzaq məsafədə
yerləşən Azərbaycanın
sıx məskunlaşmış yaşayış məntəqələrinin
qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində
uşaqların qətlə
yetirilməsi, o cümlədən
Ermənistan tərəfindən
uşaqların hərbi
əməliyyatlara cəlb
olunması, uşaq bağçalarından və
məktəblərdən hərbi
komandanlıq mərkəzləri,
silah sursat anbarları kimi istifadə edilməsi kimi müharibə cinayətlərinə beynəlxalq
hüquqi qiymətin verilməsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına,
UNICEF-ə, BMT-nin Uşaq
Hüquqları üzrə
Komitəsinə, BMT Baş
Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə
Xüsusi nümayəndəsinə
və Beynəlxalq Qırmızı Xaç
Komitəsinə şikayət
ünvanlayıb.
Müvəkkil Ermənistan Respublikasının
hərbi-siyasi rəhbərliyinin
insan hüquq və azadlıqlarını
kobud şəkildə
pozan, Azərbaycan Respublikasının mülki
əhalisi, xüsusən
də uşaqlar arasında tələfatlara
səbəb olan və humanitar hüquq normaları, o cümlədən Ermənistanın
imzaladığı Beynəlxalq
Cinayət Məhkəməsinin
Roma Statutu ilə müharibə cinayəti sayılan əməllərinə
beynəlxalq hüquqi
məsuliyyətin müəyyən
edilməsi üçün
zəruri addımlar atmağa çağırıb.
Eyni zamanda, Ombudsman
müraciətdə qeyd
olunan qurumları Ermənistan tərəfindən
mülki əhaliyə,
xüsusi ilə uşaqlara qarşı son törədilən müharibə cinayətlərinin
və insan hüquq pozuntularının
şahidi olmaları, faktiki sübutların toplanaraq beynəlxalq hüquqi qiymət verilməsi üçün
birgə müstəqil fakt-araşdırıcı
missiyanın həyata
keçirilməsinə dəvət
edib.
525-ci qəzet.- 4
noyabr.-S.5.