"Vətənin zəbt olunubsa, onu işğalçılardan təmizləməlisən"

 

"MÜHARİBƏ ƏLEYHDARLARININ HƏDƏFİ VƏTƏNPƏRVƏRLİKDƏN MƏHRUM, KOSMOPOLİT BOZ KÜTLƏ YARATMAQ OLUB"

 

 

- Müşfiq bəy, bu gün Qarabağ uğrunda qızğın döyüşlər gedir. Ölkəmizdə müəyyən bir kəsim var ki, müharibəni insanlığın məhvi kimi qiymətləndirir. Müharibənin insanlığın taleyindəki rolu nədir?

 

- Müharibələrin pislənməsi bir intellektual trend kimi başladı. Məncə, bu xətt hələ Lev Tolstoyun "Sevastopol hekayələrindən" başlayıb. Sonra məşhur "Hərb sülh" romanında da bu xətt davam etdirilib, müharibənin absurdluğu göstərilib. Birinci İkinci Dünya müharibələri sonrası yazarların yaradıcılığında müharibə mövzusunun ümumən bu absurdluq işığında verilməsı müşahidə olundu. Müasir müharibə filmləri ənənəvi olaraq müharibənin mənasızlığını göstərməyi borc bilirlər. Bu, zamanla bir intellektual dəb, ağıl, humanizm nümayişinə çevrildi.  Bilirsiniz, hər hansı fikrin yaranma tarixini izləmək mümkündür. bu fikrin sonra nəyə hədəfləndiyini görmək çətin olmur. Hədəf isə marjinallaşmış, vətənpərvərlikdən məhrum, kosmopolit, tarixi köklərə malik olmayan, heç bir ciddi mənəvi dəyəri olmayan, əslində, tam bir nihilist, inkarçı, amma mənasını itirmiş ultrahumanist meyarlardan, sülhdən danışan boz kütlə yaratmaq idi. Son onilliklər dəbdə olan qloballaşma total inteqrasiya proseslərini gerçəkləşdirmək üçün həqiqətən belə bir kütləyə etiyac vardı ki, yerini-yurdunu rahat şəkildə tərk edə bilsin, heç nəyə bağlılıq hiss eləməsin, ciddi problemlərə isə istehlakçı gözü ilə baxaraq "bu, mənim nəyimə lazım?" deyə bilsin qarışmasın. Bu, belə bir insan modelinin formalaşmasına hədəflənirdi. Bu düşüncə dünyanı böyük güclərin rahat bazarına çevirməyə xidmət edir.

 

Əslində, müharibəni gözdən salmaqla insanların kollektiv müqavimət, özünümüdafiə reaksiyasını bloklamış olurlar. Sənin vətənin zəbt olunur, amma sən müharibə etmək istəmirsən, çünki buna intellektual əsas tapa bilmirsən. Sənə "vəhşi" deyəcəklər, səni "qan tökülməsinin tərəfdarı" adlandıracaqlar. Dünya ictimaiyyətinə sırınmış hakim fikir pasifizmdir, "Münaqişələr hərb yolu ilə həll oluna bilməz" cəfəngiyyatıdır. Bu anlamsız pasifizm bizi qurbana çevirir. Ona görədir ki, Qərb jurnalistləri bizə belə absurd suallar verməyə cəsarət edirlər: "Qarabağ sizin üçün nədir? Nəyinizə lazımdır axı, Qarabağ?" Yüz il əvvəl heç bir alman, heç bir ingilis, fransız bu sualı gülmədən oxuya bilməzdi. İndi isə bu absurdu utanmadan səsləndirə bilirlər. Görün, dünya qədər saxtalaşıb! Prezidentimiz isə bu suala sadə bir cavab verdi:

 

"Ona görə ki, o torpaqlar bizim vətənimizdir, qürurumuzdur". Mənə görə bu, iki təfəkkürün dialoqudur - absurd, pasifist təfəkkürlə sağlam, təbii təfəkkürün dialoqu.

 

Sağlam təfəkkürə görə, vətənin zəbt olunubsa, onu işğalçılardan təmizləməlisən. Bunun üçün qan tökmək lazımdırsa, buna da gözünü qırpmadan gedəcəksən. Çünki bu məsələdə tərəddüd daha böyük qan tökülməsinə gətirib çıxaraq, işğalçını iştahlandıracaq, necə ki, bizim məsələdə ermənilər daha da iştahlanmışdılar, artıq Kür çayına qədər qədər olan Azərbaycan ərazilərni almağı düşünürdülər. Son nəticədə düşmənə adekvat cavab verməmək bütöv bir xalqın mənəviyyatını, vüqarını, heysiyyətini yaralamaq olardı. Bəs bundan sonra o yaralanmış xalq necə yaşayacaqdı? Qurandakı "Qisasda sizin üçün həyat vardır" ayəsi bundan danışır. Ona görə müzəffər Ordumuz torpaqlarımızı geri aldıqca bu xalqın ruhuna həyat qayıdır. Azəbaycanlılarda bu günlər görünməmiş coşqu mətanət müşahidə olunur.

Demək, müharibə haqqında necə düşünməliyik? Müharibələr ədalətsiz, qəsbkar, şərəfsiz olduğu kimi, ədalətli, şərəfli zəruri ola bilir. Biz ədalətli müharibə aparırıq. Doğru zəruri bir görürük.

 

- Necə bilirsiniz, Qarabağın işğaldan azad olunması milli kimliyimizdə hansı rolu oynayacaq, ümumiyyətlə, bizdə nələri dəyişəcək?

 

- Qarabağın qayıtması ilə xalqın ruhunun qanadları bitəcək, yaralanmış heysiyyətimiz, vüqarımız, mənəviyyatımız sağalacaq. Bu gün vətənin azad olunması üçün vuruşan övladlarımızın bir çoxu Qarabağı görməyiblər, amma bu yara onların da qəlbində qanayırdı. Valideynlərinin nisgilindən, ağrısından onlara da keçmişdi. Qarabağsız olmur, olmadı. Görürsünüzmü, indi bütün ölkə qarabağlıdır. Hər kəndin, hər şəhərin azad olmasına necə sevinirlər! İçəridə hansısa gözəgörünməz buzlar əriyir. Xalq daha da mehriban olur, bir olur. Qələbədən sonra hər istiqamətdə inkişaf gözləyirəm. Qalib xalqın yaradıcılıq potensiyası daha da çiçəklənməlidir. Xalqın gözündə əsgərin, hərbçilərin nüfuzu daha da qalxacaq. Onsuz da biz döyüşçü xalq idik, ana kitablarımız "Kitabi Dədə Qorqud"dan, "Koroğlu"dan gələn ruh yaddaşı etibarı ilə, bu xətt bir az da güclənəcək. Düşünürəm ki, hərbi sənayeyə, mühəndisliyə diqqət bir az da artacaq. Bunun necə həyati əhəmiyyət daşıdığını hamımız gördük. Həmişə üstün olmaq üçün həmişə inkişaf etmək lazımdır. Daha yatmaq olmaz.

 

- Postmüharibə dövründə Azərbaycanda sənətin, fəlsəfənin inkişafı hansı xətt üzrə gedəcək?

 

- Son 50-60 ildə formalaşmış intellektual klişelərin çürük olduğunu anladıq. Bu dərki dərinləşdirməli olacaqlar bizim intellektuallar, filosoflar. Mənəvi müalicə ilə məşğul olmaq lazımdır. Dünyaya sırınan dediyim xəstə Qərb təfəkkürünün cavabları verilməlidir, bunun üçün çoxlu kitablar yazılmalıdır. "İntellektual işğaldan" da azad olmaq lazım gələcək. Düşünürəm ki, bu istiqamət ədəbiyyat, incəsənət üçün ilham mənbəyinə çevriləcək.

 

- Bəs sovet təsirindən çıxmağımızda bu müharibənin, qələbəmizin hansı rolu olacaq?

 

- Bilirsiniz, sovetin dağılması prosesi Qarabağ problemi ilə başladı. Bu günlərdə bu faktı postsovet məkanının bir çox bloqerləri xatırlatdılar. Bütün postsovet məkanının gözü ona görə indi bizdədir. Çünki Qarabağ sorununun çözülməsi dünyanın taleyində yeni eranın yaranmasına işarət verir, həm bu coğrafiyanın, həm dolayısı ilə bütün regionun. Qarabağın azad olunması çox şeyi dəyişəcək, o cümlədən, sovet nostaljisi tarixə qovuşacaq, məncə. O nostaljini yaşadan əsasən əziklik psixologiyası idi. İnsanlar sovet dövründə olduğu kimi, Şuşaya, Laçına, Kəlbəcərə getmək istəyirdilər. Bu, həm problemsiz dövrün nostaljisi idi, ümidsizlikdən yaranırdı. Qalib xalqda isə nostalji olmur. Qalib xalq keçmişə yox, irəliyə baxar.

 

- Dostoyevski bir müsahibəsində demişdi ki, müharibə xalqları birləşdirir, mehribanlaşdırır. Postmüharibə dövründə Azərbaycan erməni xalqı arasında belə bir yaxınlaşma ola bilərmi?

 

- Prezidentimiz dedi ki. bu, asan olmayacaq, amma biz buna doğru gedəcəyik. Erməni xalqı anlamalıdır ki, müharibə sonrası yaxınlaşma əməkdaşlıq prosesini asanlaşdırmaq üçün onlar silahı mümkün qədər daha tez yerə qoymalıdırlar. Çünki tökülən qanlar, təəssüf ki, aramızdakı əngəli böyüdür, divarı qalınlaşdırır. Digər tərəfdən, erməni xalqı türklərə qarşı önyarğılarından da azad olmağa çalışmalıdır. "Genosid" psixozundan təmizlənməlidirlər, "dənizdən-dənizə Ermənistan" xülyasından azad olmalıdırlar. Əks təqdirdə, "məğlub" psixologiyası onları revanşa sürükləyəcək, əzəcək. Bu, perspektivsiz yoldur. Bu, onların bütün qonşularla münasibətlərini pozub. Bu, dəlilikdir. Bəzi ermənilər indi bunu anlamağa başlayırlar. Ümid edək ki, bu proses dərinləşəcək. Yaxınlaşma isə zaman alacaq. Amma yəqin ki, vaxtsa olacaq.

 

Rəhman MİRZƏLİZADƏ

 

525-ci qəzet.- 2020.- 4 noyabr.- S.12