Azərbaycan dilində hərbi leksikanın tədqiqatçısı
Müəllim vəzifəsi ona görə şərəflidir
ki, o, cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli, vətənpərvər
vətəndaşlar yetişdirir.
Elmi-mədəni, siyasi fikrin inkişafında,
eləcə də cəmiyyətimiz üçün
yeni milli kadrların yetişdirilməsi
və milli ruhun daha da yüksəldilməsində
ziyalılarımızın rolu böyükdür.
Belə ziyalılardan biri də filologiya elmləri doktoru, professor İkram Ziyad oğlu Qasımovdur. Onun layiqli bir ziyalı
kimi yetişməsində
ali təhsil
aldığı Bakı
Dövlət Universitetinin
professor və müəllim
heyətinin əvəzsiz
rolu var.
İkram müəllim pedaqoji fəaliyyətə 1973-cü ildə
Saatlı rayonunda orta məktəbdə başlayıb, sonra Azərbaycan Dillər Universitetində davam etdirib. O, 2010-cu ildən Bakı
Slavyan Universitetində
"Azərbaycan dili"
kafedrasının müdiri
vəzifəsində çalışır.
İdarə etdiyi Müasir Azərbaycan dili, eləcə də digər kafedralarda İkram müəllimə qarşı
böyük hörmət
və səmimiyyət
var. Tələbələrin və professor-müəllim
kollektivinin hörmətini
qazanmaq İkram müəllimin özünün
mənəvi paklığından,
insanlara qarşı diqqətindən irəli gəlir.
İkram
müəllim elm aləminə çox uğurlu elmi-tədqiqat işləri ilə gəlib. O, Ə.M.Cavadovun
rəhbərliyi ilə
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Müasir
Azərbaycan dilində
şərt kateqoriyasının
sintaktik ifadə vasitələri" mövzusunda apardığı
elmi tədqiqat işini uğurla yerinə yetirərək
1984-cü ildə filologiya
elmləri namizədi elmi dərəcəsi alıb. Dissertasiyada müasir Azərbaycan dilində şərt anlayışı, onun fəlsəfi-məntiqi şərhi
və həmin anlayışın linqvistik
şərhi və onun ifadə vasitələri müasir Azərbaycan dilinin bədii mətnlərindən
gətirilmiş faktlar
əsasında şərh
olunub. Əsərin elmi dəyəri
ondadır ki, İ.Qasımov elmi tədqiqat mövzusuna kompleks şəkildə yanaşıb, şərt
anlayışının linqvistik
təhlilini
fəlsəfi təhlilindən
fərqləndirib və
onun çox incə məqamlarını,
ifadə vasitələrindəki
müxtəlif parametrləri
diqqət mərkəzində
saxlayıb. Dissertasiyada
şərt kateqoriyasının
ifadə vasitələri
ilə bağlı göstərilən elə
məqamlar var ki, onların hər birisi dissertasiya səviyyəsində
yeni elmi tədqiqat mövzusu ola bilər.
İkram
müəllim sonrakı
elmi fəaliyyətini
həmişə aktual
olan, bütün dövrlər üçün xüsusi
əhəmiyyət daşıyan
terminologiya sahəsinə həsr edib, "Azərbaycan dilində hərbi leksika (Təşəkkülü,
inkişafı və sabitləşməsi)" mövzusunda doktorluq dissertasiyası mövzusunda
elmi axtarışlar aparıb və 2003-cü ildə AMEA-nın Dilçilik İnstitutunda müdafiə edərək
filologiya elmləri doktoru elmi dərəcəsini
alıb. Dissertasiya mövzusu müstəqilliyini
bərpa etmiş Azərbaycan Respublikasında
Milli Ordunun yaranmasında ortaya çıxan yeni hərbi terminlərin dəqiqləşdirilməsi ordu
quruculuğunun tərkib
hissəsi kimi xüsusi əhəmiyyət
kəsb edirdi. Çünki dissertasiyada Azərbaycanda hərbi terminlərin inkişaf dövrləri, qədim türklərdə
hərbi termin yaradıcılığı, terminoloji
leksika və digər tarixi və mədəni abidələrdə hərbi
leksikanın, eləcə
də onların yaranma yollarının tədqiqi müstəqilliyimizin
ilk illərində ordu
quruculuğu sahəsində mühüm dəyər kəsb edirdi. Müasir dövrümüzdə Azərbaycan hərb sənəti güclü inkişaf etdiyindən hərbi terminologiya da inkişaf etmiş və təkmilləşmişdir. Azərbaycan dilçiliyində bu yönlü elmi tədqiqatların meydana çıxması indi də aktuallığını
saxlayır.
İkram müəllimin bu sahədəki xidmətlərinin
praktik nəticəsi onun Zahir Salahovla hazırladığı "İngiliscə-azərbaycanca-rusca
hərbi terminlər lüğəti"dir (Bakı,
2010). Bu lüğətdə
müasir dövrdə
ən çox işlədilən hərbi
terminoloji anlayışlar
üç dildə gox aydın və dəqiq ifadə olunub. Lüğətin girişində qeyd
olunur ki, üç dildə tam əhatəli hərbi terminoloji lüğətlərin yaranması sahəsində ilk təşəbbüsdür.
Gələcəkdə hərbi aviasiya,
hərbi dəniz, artilleriya, arxa cəbhə, hərbi texnika kimi sahələrə
aid terminoloji lüğətlərin
hazırlanması zamanın
tələbidir. Bu isə gələcəkdə
çox mükəmməl
və əhatəli hərbi terminoloji lüğətin yaranmasına
imkan verir. İkram müəllim Terminologiya sahəsindəki tədqiqatlarını
"Azərbaycan terminologiyasının
əsasları" (Bakı,
2017) adlı dərsliyində
tədrisə gətirmişdir.
Magistrlər üçün nəzərdə tutulan bu dərslik elmi-nəzəri və metodiki mükəmməlliyi
diqqəti cəlb edir. Dərslikdə tədris prinsiplərinə
uyğun olaraq ümumi terminologiyanın başlıca prinsipləri,
terminologiyanın nəzəri
məsələləri, terminoloji
qatın zənginləşmə
mənbələri və
üsulları terminoloji
leksikanın zənginləşməsində
alınma və beynəlmiləl leksikanın yeri,
terminoloji lüğətçilik
və terminoloji sistemin təsnifi və qruplaşdırılması məsələləri
aydın dillə şərh olunub. Magistrlər üçün
nəzərdə tutulan
bu dərslik bir çox cəhətdən, xüsusən
dilin aydınlığı,
şərhlərin əsaslılığı,
mövzunun ardıcıl
və arqumentativliyi tədris vəsaitləri hazırlayanlar üçün
nümunə ola bilər.
Müstəqilliyimizin ilk illərində
türk xalqlarının
ümumi terminologiyasının yaradılması
problemi kimi ortaya çıxdı. Çünki türk dillərində terminlər
mənşəcə müxtəlif dilləri əhatə edirdi, bu da onların
elmi üslubunda anlaşılmazlıq yaradırdı.
Məsələn, türk
dilində əgər
ərəb, fars,
ingilis, fransız, yunan dillərinə aid sözlərdən termin kimi istifadə edirdilərsə, Azərbaycan
dilində ərəb,
fars terminləri ilə yanaşı, rus və rus
dili vasitəsi dilimizə gələn terminlər işlədilirdi.
Bu da konkret tarixi
şəraitlə bağlı
idi. Bununla da bir-birindən uzaq
düşən türk
xalqlarının yaxınlaşmasını
təmin etmək məqsədi ilə ümumi terminlər yaradılması bir vəzifə kimi ortaya çıxdı.
Türkcənin elmi qolu bu sahədə ilk addım kimi qəbul olunurdu. Bu məqsədlə 1993-cü ildə türk dövlət və cəmiyyətlərinin dostluq,
qardaşlıq və
əməkdaşlıq qurultayı
keçirilir və ümumi terminologiya məsələləri də
müzakirə olunur.
Belə bir tarixi şəraitdə təkcə hərbi terminlər deyil, ümumitürkoloji terminlərin
işlənilməsi sahəsində
belə tədqiqatlar xüsusi əhəmiyyət
kəsb edirdi.
İkram müəllimin
elmi-pedaqoji fəaliyyəti
dəyərli dərslik
və dərs vəsaitləri ilə səciyyəvidir. Onun "Azərbaycan
dili" (İ.Qasımov,
Səbinə Əliyeva.
"Maksuana" nəşriyyatı,
Bakı, 2006); (İ.Qasımov,
Rafiq Novruzov. Azərbaycan dili (Ukraynalı tələbələr üçün
dərs vəsaiti.
Kiyev: Dmitro Buraqonun
nəşriyyat evi,
2014) adında dərslikləri
ali məktəblərdə
təhsil alan xarici tələbələr
üçün çox
faydalı vəsaitlərdir.
Bu vəsaitlərdən
həm respublikanın
ali məktəblərində,
həm də xarici ölkələrdə
fəaliyyət göstərən
"Azərbaycanşünaslıq" mərkəzlərində istifadə
olunur. Xüsusilə Ukrayna və Belarusdakı ali məktəblərin nəzdində
olan Azərbaycanşünaslıq
mərkəzlərində fakültətiv
fənn kimi Azərbaycan dilinin tədrisi zamanı istifadə olunur. Digər bir vəsait isə (İ.Qasımov. Azərbaycan dili. Bakalavr pilləsində qeyri-ixtisas
fakültələri üçün dərslik. Bakı, 2017)
respublikamızda geniş
tələbə auditoriyası
üçün nəzərdə
tutulmuşdur. Bu vəsait
müasir dövrdə
ali məktəblərimizdə
müxtəlif ixtisaslar
üzrə təhsil alan tələbələrin
Azərbaycan dilinə
aid biliklərinin dərinləşdirilməsi və
kommunikasiyanın daha effektiv qurulması zərurətindən
irəli gələn tələblərin ödənilməsi
məqsədini daşıyır.
Göründüyü kimi, İkram
müəllimin həm
qeyri-azərbaycanlı, həm
də müxtəlif ixtisas sahibi olan azərbaycanlı
tələbələr üçün
hazırladığı dərsliklər respublikamızın
ali məktəblərində
müxtəlif yöndə
Azərbaycan dilinə
aid dərslik və dərs vəsaitinə olan ehtiyacı təmin edir və bu
sahədəki
boşluğu doldurur. Bu yöndə fəaliyyətin
məntiqi davamı kimi "Müstəqil öyrənənlər üçün
Azərbaycan dili"
(Samouçitelğ azerbaydjanskoqo əzıka) (İ.Qasımov, S.Əliyeva.
Bakı, "Elm",
2003) dərsliyi müstəqil
Azərbaycan Respublikasına
müxtəlif məqsədlərlə
gəlmiş əcnəbilərin
ilkin dil bilgilərinə yiyələnməsi
üçün mühüm
rola malikdir.
İkram müəllim
11 kitabın,
ali məktəblərdə
tədris olunan 10-a qədər tədris fənninin proqramının, çoxlu
sayda kitablara rəylərin müəllifidir.
O, mütəmadi olaraq
elmi nailiyyətlərini,
elmi təşəbbüslərini
oxucuları ilə bölüşür və
onları respublika və respublikadankənar mənbələrdə nəşr etdirir.
Professor İkram
Qasımovun belə zəngin və mənalı həyat yolu yeni yetişən ziyalılar nəsli üçün bir nümunədir. Onu həyatının
daha müdrik çağlarına qədəm
qoyması - 70 illik yubileyi münasibəti ilə təbrik edirik.
Eldar PİRİYEV
Şaban HÜSEYNOV
filologiya elmləri doktorları, professorlar
Bakı Slavyan Universiteti
525-ci.- 2020.- 5 noyabr.- S.12.