Səni unutmağa
başladım bir gün.
1981-ci ildə Ziyavın Aluç kəndində dünyaya göz açıb. Universitetdə fars dili və ədəbiyyatı
üzrə təhsil alıb. Çoxlu şeir və
hekayə müəllifidir.
Ərdəbil şəhərində yaşayır.
O öz yaradıcılığı
haqda belə deyir:
"Yadıma gələndən,
yaşamın dərdini,
kədərini, sevincini,
sevgisini düşünəndən
və əlimə qələm alandan içimdə baş verən olayların təsiri altında, həm də duyğulandığım vaxtlarda
yazmışam və bu gün də
yazıram. Arada yaşamımda durğunluqlar
da olub və mən istər-istəməz
yazıb-yaratmaqdan uzaq
qalmışam. Ancaq yenə
çəkilib ədəbiyyat
aləminə sığınmışam.
Üsyançı ruhlar gördüyümüz
dünyaya sığmayanda
ədəbiyyat evində
bir xəyal adlı künc var, mənim də hər özündən köçən
şair kimi, əski və yeni ünvanımı axtarsanız, oradayam".
Səni
unutmağa başladım
bir gün,
Unutdum hər nəyi, səni yox amma.
Özlüyümdən keçdim unutmaq üçün,
Unutdum hər nəyi, səni yox amma.
Unut deyirdim mən, unut özümə,
Ağlayıb gülürdüm yalan
sözümə,
Hara döndüm baxdı gözün gözümə,
Unutdum hər nəyi, səni yox amma.
Ruhum nəşimdə yad olmuşa döndü,
Dalda qoyduğum yol getdiyim öndü,
Hər səs qulağımda səsinə çöndü,
Unutdum hər nəyi, səni yox amma.
Əlləşdım, vuruşdum, ayrılmadı can,
Birləşdirdi bizi, güzgü
tək hə yan,
Əl-ələ verdilər, ürəklə
zaman,
Unutdum hər nəyi, səni yox amma.
Yaxamı
çəkərkən yaxam
cırıldı,
Yardım
əllərindən əlim
qırıldı,
Kölgən kölgəm olub
mənə sarıldı,
Unutdum hər nəyi, səni yox amma.
***
Ürəyim quş kimi həsrətdə ölür,
Səntək gülü hər
an bağlarda görür,
Həsrətlə gün çıxır
həsrətlə dönür,
Güdürəm, bir xəbər yetişmir mənə.
Döndü qışa sənsiz
ömür baharı,
Solub çiçəkləri, əridi
qarı,
Yıxaydı fələk kaş
belə hasarı,
Güdürəm, bir xəbər yetişmir mənə.
Qürbətdi vətənim, sənsiz
vətən yox,
İntizar yoruldu qəmlərlə
mən yox,
Yollarda külək yox, dağlarda çən yox,
Güdürəm, bir xəbər yetişmir mənə.
Göynəyir ürəyim, sancır
ürəyim,
Zəhərləndi sənsiz duzum, çörəyim,
Döndü həsrətlərə bir-bir diləyim,
Güdürəm, bir xəbər yetişmir mənə.
Qayıt!
Sənsiz yatır, ələmim yatır,
Solur gülüş gülü,
tikanlar batır,
Bu qəmli intizar məndə kök atır,
Güdürəm, bir xəbər yetişmir mənə.
***
Ovcumu açmağa əlləşmə
ürəyim!
Soyuq dəyər sənə qış baxışlardan,
şəpə bağlar
gözümüzdən keçən
yollar.
Ovcumu açmağa əlləşmə,
dilə, dişə gələr
sirrimizin ağbirçəkliyi,
açılar, tökülər
ürəyimizin bağlı
buxçası
köhnə palanlar kimi.
Söz seçilər söz içindən
ayrılığımıza höküm
sözü.
Sus sözlərini,
sus ürəyim,
sus gözüm,
susmaq haqqınıza verəcəyəm ömrümü...
***
Yaraların köhnə yeri,
Öncə-öncə, geri-geri,
Zolaq-zolaq qan verəcək.
Araz boyda cızıqlarım
Vətən deyib can alacaq,
Vətən deyib can verəcək...
Anam saçı, bacım saçı
Hörük-hörük qayçılanıb.
Dönərgənin namərd əli
İp toxuyub dar boyuna.
Göydən asıb anasının
döşdən ayrılmaz
balasın.
Kimdi indi kitman edə?!
Dar ağacından yenə də
Tifil yara süd əməcək
Köhnə yara qan verəcək!!!
***
Dünya
bezarıdı bizdən,
İlahi,
Dünyanı insana tapşırma daha.
Viran qoyub getmir üzdən,
İlahi,
Dünyanı insana tapşırma daha.
Hərkəs öz könlünə
saz çala-çala,
Əzrayıla dönüb can ala-ala,
Dünyada dünyalıq qoymadı
qala,
Dünyanı insana tapşırma daha.
Özü öz felinə
uyur bu insan,
Özünü bir Tanrı duyur bu insan,
Cəllad
olub dəri soyur bu insan,
Dünyanı insana tapşırma daha.
Gələcəyin bilir, gedəcəyində,
Bilmir qulluq edir ancaq
nə dində,
Buna məətəldi şeytan
da, cin də,
Dünyanı insana tapşırma daha.
İnsan
kimdi, buna göz yumur insan,
İnsanlıq adıyla insan edir qan,
Nağıla dönübdür qeyrətlə
vicdan,
Dünyanı insana tapşırma daha.
Yolu uzun zatən gözəldi dünya,
Qəribə saraydı, özəldi
dünya,
Təzədən qur bəlkə
düzəldi dünya,
Dünyanı insana tapşırma daha.
Həkimə BABAKİŞİZADƏ
NƏĞMƏ
525-ci qəzet.- 2020.- 6 noyabr.- S.15.