Azərbaycanın dünya miqyasında artan rolu
BMT-nin
QƏRARI PREZİDENT İLHAM ƏLİYEVİN BEYNƏLXALQ
MÜNASİBƏTLƏR
SİSTEMİNDƏKİ YÜKSƏK NÜFUZUNDAN
XƏBƏR
Məlum
olduğu kimi, Azərbaycan Prezidenti 4 may
2020-ci il tarixində keçirilmiş Qoşulmama
Hərəkatına (QH) üzv
ölkələrin Covid-19 pandemiyasına
qarşı mübarizə
üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü
zamanı BMT Baş Assambleyasının Covid-19-a qarşı
mübarizəyə həsr
olunmuş 31-ci xüsusi
sessiyasının çağırılması
təşəbbüsü ilə çıxış
edib və təşəbbüs BMT üzv
ölkələrinin böyük
əksəriyyəti tərəfindən
dəstəklənib. 130-dan
çox ölkə öz rəsmi dəstəyini ifadə edib.
BMT tarixində 31 xüsusi
sessiya keçirilib. Bunlardan yalnız
üçü dövlətlər
tərəfindən çağırılıb.
Lakin Azərbaycanın təklifi
ilə xüsusi sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində
və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev öz önəmli təşəbbüsü
ilə BMT tarixində
bir ilkə imza atıb. Xatırladaq ki, 2020-ci ilin iyulun 10-da xüsusi sessiya rəsmi olaraq öz işinə başlayıb.
Çoxsaylı müzakirələr zamanı xüsusi sessiyanın sədrliyi, keçirilmə qaydaları
və digər önəmli məsələlər
haqda qərarlar verilib. Müzakirələrin
sonunda, 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında "Koronavirus xəstəliyi (COVİD-19) pandemiyasına
cavab olaraq Baş Assambleyanın xüsusi sessiyası" ilə bağlı qətnaməni qəbul edib. 150 ölkə
bu qətnamənin lehinə səs verərək Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəkləyib.
Qətnaməyə əsasən, Azərbaycan
Prezidenti tərəfindən
QH üzv ölkələri
adından irəli sürülən təşəbbüs
əsasında BMT Baş
Assambleyasının Covid-19-a qarşı mübarizəyə
həsr olunmuş, dövlət və hökumət başçıları
səviyyəsində xüsusi
sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi
qərara alınıb.
Ermənistan isə hətta qlobal təhdid ilə mübarizədə
belə öz çirkin niyyətindən
əl çəkməyib. Bütün dünya
birliyi COVİD-19 pandemiyasına
qarşı vahid mövqe nümayiş etdirdiyi halda, Ermənistan əvvəldən
bu təşəbbüsə
qarşı çıxıb.
Bu qətnamə ilə bağlı müzakirələrdə də
Ermənistan ona qarşı çıxıb
və lehinə səs verməyib. Ermənistan sonuna kimi bu
təşəbbüsə qarşı maneələr
yaratmağa çalışdı,
lakin beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşdi və onun bu cəhdləri
rədd edildi.
Bu mühüm tədbirin açılış hissəsində
BMT BA-nın Prezidenti,
Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının
Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından
onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin də çıxışı
nəzərdə tutulur.
Qeyd edək ki, Ermənistan
açılış mərasimində
Qoşulmama Hərəkatının
sədrinin çıxışının
olmaması üçün
cəhdlər edib, lakin öz məqsədinə
nail ola bilməyib.
COVİD-19 pandemiyası kimi qlobal təhdidə
qlobal bir cavab lazımdır. BMT bütün dünya dövlətlərinin təmsil
olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın təşkilində mərkəzi
rol oynamalı idi. Bu mənada
bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Təəssüf
ki, pandemiyanın ilk günləri göstərdi
ki, BMT effektiv şəkildə bu təhdidə qarşı
mübarizəni təşkil
edə bilmədi.
Xüsusilə BMT Təhlükəsizlik Şurası öz effektivliyini nümayiş etdirmədi və bu vacib məsələ
ilə bağlı vahid mövqe formalaşdıra bilmədi.
Sanki BMT və onun Təhlükəsizlik
Şurası sadəcə
texniki məsələləri
müzakirə edirdi və pandemiyaya qarşı mübarizə
kənarda qalmışdı.
Onların əsas müzakirə
predmeti pandemiya dövründə iclasların
necə keçirilməsi,
onlayn formatda müzakirələrin necə
təşkil olunması
idi. BMT prosedur
qaydalarının girovuna
çevrilmişdir.
Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş
təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini,
həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv
şəkildə pandemiyaya
qarşı müzakirələrə
başlanıldı.
İnamla
demək olar ki, pandemiyaya mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada
BMT-nin fəaliyyətinə
təkan verdi.
Bu prosesdə BMT-dən
sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı
da böyük rol oynadı. QH üzvləri
Prezident İlham Əliyevin təşəbbüsünü
ilk gündən dəstəklədilər.
Xüsusi sessiyasının açılış mərasimində
QH sədri kimi Prezident İlham Əliyevin çıxışı
ölkəmizin QH-yə
sədrliyinin növbəti
böyük uğuru olacaqdır.
Politoloq
Şəbnəm Həsənova
hesab edir ki, Prezident tərəfindən
QH üzv ölkələri
adından irəli sürülən təşəbbüs
əsasında BMT Baş
Assambleyasının Covid-19-a qarşı mübarizəyə
həsr olunmuş, dövlət və hökumət başçıları
səviyyəsində bu
ilin 3-4 dekabr tarixləridə xüsusi
sessiyasının keçirilməsinin
qərara alınması
Azərbaycanın həm
regional, həm də dünya miqyasında artan rolunun, Prezident İlham Əliyevin şəxsinə
göstərilən yüksək
diqqətin və hörmətin bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda, ölkə başçısının bir
lider kimi beynəlxalq münasibətlər
sistemində olan yüksək nüfuzundan xəbər verir. Bu önəmli tədbirin açılış hissəsində
BMT BA-nın Prezidenti,
Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının
Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından
onun sədri qismində Azərbaycan Prezidenti cənab İlham Əliyevin də çıxışı
nəzərdə tutulur.
PƏRVANƏ
525-ci qəzet.- 2020.- 7 noyabr.- S.6.