Polietnik Azərbaycan monoetnik

 

 

 

Ermənistan Azərbaycan ta qədimdən müasir dövrümüzədək öz polietnik mənzərəsini qoruyub saxlaya bilib. Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyətləri istisna olmaqla, Azərbaycanın təcrübəsi göstərir ki, Cənubi Qafqazda müxtəlif etnik qruplar sülh şəraitində yaşaya bilərlər etnik konfliktlərin həlli monoetnik cəmiyyətin yaradılmasından yox, etnik müxtəlifliyin təmin edilməsindən, qarşılıqlı hörmət tolerantlıq mühitinin yaranmasından əhəmiyyətli dərəcədə asılıdır.

 

XIX əsrdən etibarən çar Rusiyasının, daha sonralar isə SSRİ rəhbərliyinin Azərbaycana qarşı məkrli siyasəti ermənilərin əzəli Azərbaycan torpaqları olan İrəvana, Zəngəzura, Qarabağa köçürülməsi, azərbaycanlıların isə həmin ərazilərdən tədricən köçürülməsi ilə nəticələnib. 1805-ci il Kürəkçay, 1813-cü il Gülüstan 1828-ci il Türkmənçay müqavilələrindən sonra ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi baş verib. Özəlliklə, 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan xanlığı İrəvan xanlığı ərazisində Erməni vilayəti təşkil edilib. Etnik tərkibin rusların maraqlarına uyğun dəyişdirilməsi  məqsədi ilə xristian ermənilər İran ərazisindən Azərbaycanın qeyd olunan ərazilərinə köçürülüb bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilib.

 

Ermənilərin İran, Türkiyə  ərazilərindən Qərbi Azərbaycan torpaqlarına köçürülməsi daha sonralar Ermənistan Respublikasının yaradılması ilə nəticələndi. Ermənistan dövlətinin yaradılmasına qədər yerli  müsəlman-türk əhalinin Qərbi Azərbaycan torpaqlarından  deportasiyası baş verirdi. Lakin Ermənistan dövlətinin yaradılmasından sonra bu proses daha da kəskinləşdi. Qərbi Azərbaycanda yerli müsəlman-türk əhalinin deportasiyası prosesi əsasən bir neçə mərhələni əhatə edirdi: 1905-1906-cı illər (1-ci mərhələ), 1918-1920-ci illər (2-ci mərhələ), 1948-1953-cü illər (3-cü mərhələ) 1988-1991-ci illər (4-cü mərhələ).

 

"Türksüz Ermənistan" siyasətini həyata keçirən Ermənistandan deportasiya edilmiş azərbaycanıların sayı təxminən 500 min nəfər ətrafındadır. Azərbaycanın Dağlıq Qarabağ ətraf bölgələrinin Ermənistan tərəfindən işğalı   bir milyonadək soydaşımızın köçkünə çevrilməsini etnik təmizləmənin 5-ci mərhələsi kimi qeyd edə bilərik.

 

Mərhələli şəkildə etnik təmizləmə siyasəti həyata keçirən  Ermənistan Respublikası əhalisinin 97.9 faizini ermənilər, qalan 2.1 faizini isə ruslar, yezidi kürdlər s. azsaylı etnik qruplar təşkil edir. Ölkədə erməni ortodoksluğu əsas din olaraq qalmaqdadır.

 

Göründüyü kimi, öz monoetnikliyi ilə fərqlənən Ermənistan dünya ölkələri arasında "lider" ölkəyə çevrilib. Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövləti uydurma "Böyük Ermənistan" ideyasına sadiq qalaraq, qonşu ölkələrə qarşı yeni ərazi iddiaları irəli sürürdü. 1992-1993-cü illərdə Dağlıq Qarabağda baş qaldıran erməni separatizmi ətraf bölgələr daxil olmaqla Azərbaycan Respublikasının ərazisinin 20 faizinin işğalı ilə nəticələndi. Bir milyonadək azərbaycanlı Dağlıq Qarabağ ətraf 7 rayondan qovularaq məcburi köçkünə çevrildi. Yeri gəlmişkən, məcburi köçkünlər arasında  kürdlər, axıska türkləri var idi.

 

30 ilə yaxın aparılan sülh nizamlanma danışıqları heç bir nəticə vermədi. Əksinə, Ermənistan rəhbərliyi öz işğalçılıq siyasətini davam etdirərək "Qarabağ Ermənistandır", "Yeni ərazilər uğrunda muharibə" kimi sərsəm bəyanatlar səsləndirməkdən belə çəkinmədi. 2020-ci ilin iyul ayında Azərbaycanın Ermənistanla sərhəd olan Tovuz rayonuna hücumlar təşkil olundu. Bu il sentyabrın 27-də isə işğal olunmuş Azərbaycan ərazilərində, qoşunların təmas xəttində yenidən gərginlik yaratmağa cəhdlər edən düşmən bu dəfə Azərbaycan Ordusunun əks-hücüm əməliyyatları ilə qarşılaşdı. Əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan ərazilərin xeyli hissəsi işğaldan azad olunub bu proses indi davam edir.

 

Tarixi Azərbaycan torpağı Qarabağa qarşı əsassız iddialar irəli sürən Ermənistan tərəfi tarixi faktları unudur. Ermənilərin Qarabağ ərazisinə köçürülməsindən sonra da, bölgənin etnik tərkibi yenə müsəlman-türk əhalinin əksəriyyət təşkil etməsi ilə fərqlənir. Rusiya-İran, Rusiya-Osmanlı müharibələri eyni zamanda, 1805-ci ildən sonra Rusiyanın hakimiyyəti altına keçən Qarabağda çarizmin  yeritdiyi müstəmləkə siyasəti insanların bölgəni tərk etməsinə səbəb olub. Rusların köçürmə siyasəti nəticəsində çoxsaylı erməni ailəsi gətirilərək Qarabağda yerləşdirilib. Hələ 1805-ci ildə 390 erməni ailəsinin Şuşaya yerləşdirilməsi məlumdur.

 

Çar Rusiyası ermənilərin  Qarabağa köçürülməsi siyasətini mərhələli olaraq davam etdirirdi. Lakin buna baxmayaraq, ermənilər köçürüldükləri ərazilərdə say üstünlüyünə malik deyildilər. Rusların 1810-cu ildə Qarabağda apardıqları siyahıyaalmaya görə, burada 12 min ailə təqribən 60 min insan yaşayıb. Bu siyahıya görə, Qarabağ əhalisinin 9500 (79 faiz) ailəsi azərbaycanlı, 2500 (21 faiz) ailəsi isə erməni rus əhali göstərilib. Rusların 1823-cü ildə apardıqları siyahıyaalma dəftərində Qarabağın toplam 642 kəndinin 155-i ermənilərə, 487-si isə azərbaycanlılara aid olduğu göstərilirdi. Bu kəndlərdə ümumi olaraq 18563 ailənin, 14618 (78 faiz) azərbaycanlılardan, 3945 (21,2 faiz) ailəsi isə ermənilərdən ibarət olduğu halda, Qarabağ əhalisinin 91 faizini azərbaycanılar, 8,4 faizini isə ermənilər təşkil edib.

 

Etnik dini qruplar arasında sülh şəraitində birgəyaşayış istənilən cəmiyyətdə sülh təhlükəsizlik üçün mühüm məsələdir. Tolerantlıq mədəni müxtəlifliyə hörmət ekstremizmə, müxtəlif növ sosial gərginliyə, zorakılığa vətəndaş müharibəsinə qarşı ən yaxşı vasitədir.

 

Uzun əsrlər boyu müxtəlif etnik azlıqlara mənsub insanlar Azərbaycanda sülh əmin-amanlıq şəraitində yaşayıblar. Bu multikultural, polietnik tolerant irs Azərbaycanda bu gün davam etdirilməkdədir.

 

Azərbaycan Ermənistan cəmiyyətlərinin etnik-dini baxımdan sosioloji təhlili əsasında bəzi ciddi fərqlərin olduğunu qeyd etmək olar:

 

Ermənistan öz monoetnikliyi ilə dünya ölkələri arasında seçilən azsaylı ölkələrdən biridir. Azərbaycan öz polietnik mənzərəsini qoruya bilib, onu inkişaf etdirib  burada müxtəlif etnik birliklərin, millətlərin nümayəndələri bərabər hüquq azadlıqlara malikdirlər.

 

Ermənistanda faşist, milliyyətçi, irqçi ideologiyalar dövlət tərəfindən dəstəklənir. Azərbaycanda multikulturalizm dövlət siyasətinə  həyat tərzinə çevrilib. Ölkədə hər bir etnik qrup öz dilini, folklorunu, mədəniyyətini inkişaf etdirmək imkanlarına sahibdirlər.

 

Ermənistan dövləti birgəyaşayışı, mədəniyyətlərarası dialoqu, vətəndaşlığı  təbliğ edən böyük forumlara ev sahibliyi edə bilməyib. Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların dialoqunu təbliğ edən böyük forumların keçirildiyi məkana çevrilib.

 

Ermənistanda din öz humanist mahiyyətindən uzaqlaşaraq əslində, erməni milliyyətçiliyi ilə vəhdət təşkil edir uydurma "Böyük Ermənistan" ideyasının gerçəkləşməsinə xidmət edir. Azərbaycanda din-dövlət münasibətləri ən arzuolunan xətt üzrə inkişaf edir din öz humanist mahiyyətini qoruyur.

 

Ermənistanda dini, siyasi digər sahələrdə dözümsüzlük mühiti var, erməni cəmiyyəti qeyri-tolerantlığı ilə fərqlənir. Azərbaycanda əksər dünya ölkələrinə nümunə ola biləcək dini tolerantlıq mühiti mövcuddur.

 

Ermənistanda tarixi abidələri, dini məbədləri məscidləri məhv etmək ya onları erməniləşdirmək dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycanda tarixi abidələri, kilsələri, sneqoqları digər dini məbədləri qorumaq onları gələcək nəsillərə çatdırmaq dövlət siyasəti ilə dəstəklənir.

 

Ağasəlim HƏSƏNOV

 

525-ci qəzet.- 2020.- 12 noyabr.- S.12