"Bəhlul" jurnalı yeni təqdimatda
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mətbuat
tarixi və publisistika şöbəsinin
elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə
transfonelitersiya edilən
"Bəhlul" jurnalı
kitab formatında çap olunub. Azərbaycan mətbuatının
145 illiyi münasibətilə
hazırlanan nəşr
Ədəbiyyat İnstitutunun
Elmi Şurasının
30 sentyabr 2020-ci il tarixli (protokol №4) qərarı ilə işıq üzü görüb.
525.az xəbər verir ki, bu
barədə İnstitutun
ictimaiyyətlə əlaqələr
şöbəsindən Gülnar
Səma məlumat yayıb.
Kitabda ön söz, lüğət, qeydlər və izahların müəllifi
də Dilbər Rzayevadır. "Bəhlul"
jurnalının ilk transfonelitersiyanın
redaktoru filologiya üzrə fəlsəfə
doktoru, dosent Rauf Sadıxovdur. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd və filologiya üzrə fəlsəfə
doktoru, dosent Elmira Qasımova nəşrin rəyçiləridir. 146
səhifədən ibarət
kitab "Ulu" nəşriyyatında çap
olunub.
Bu məcmuə Bakıda
1907-ci il may ayının
19-dan həmin ilin 4 noyabrınadək nəşr
olunmuş cəmi 9 nömrəsi işıq üzü görmüş
"Bəhlul" satirik
jurnalının ərəb
qrafikalı əlifbadan
transfonelitersiyasıdır. "Molla Nəsrəddin" ədəbi məktəbi
ənənələrini davam
etdirən "Bəhlul"
jurnalının naşir
və redaktoru Ələsgər Əliyev
olub.
Jurnalda
"Teleqraf xəbərləri",
"Ümumi xəbərlər",
"Elan", "Poçt
qutumuz" və sair kimi rubrikalara
və bəhri-təvil,
felyeton, şeir, sual-cavab və başqa janrlara rast gəlinir. Həmçinin, "Duzəxi",
"Mirzə Dığ-dığı",
"Naxələf", "Heyrəti", "Yuxulu",
"Ə.Düdük", "Dərdmənd", "Bambulu",
"Tamaşa bağı",
"Fırıldaq", "Titrətməli", "Ə.M", "Ağızları qıfıldayan",
"Maryak", "Carübüddövlə",
"Bitli bədən",
"Laübali", "İpləmə",
"Zurnaçı", "Şalvarün-Zakirin", "Müahidi
Qədim", "Əqrəb",
"Qeydkeş" və
sair gizli imzalardan da istifadə edilib.
525-ci qəzet.- 2020.- 13 noyabr.- S.9.