Şuşam
Söz vermişdim gələcəyəm,
Gəlmişəm qoynuna, Şuşam.
Aç
mübarək qollarını,
Sarılım boynuna, Şuşam.
Vüsal
gəldi, həsrət
bitdi,
Düşmən cəhənnəmə getdi,
Millət
arzusuna yetdi,
Gəlmişik toyuna, Şuşam.
Zəfər bayramınız mübarək
olsun!
Tarix görməyibdir belə bir sürət,
Tarix görməyibdir
belə bir cürət.
Vur əsgər, vur əsgər, qoluna qüvvət,
Zəfər bayramınız mübarək
olsun!
Xankəndi, Xocalı, Laçın,
Kəlbəcər -
Zəfər müjdəsilə açılsın
səhər,
Yeni tarix yazan ey
igid əsgər,
Zəfər bayramınız mübarək
olsun!
Çanaqqala - Qarabağ
Nə vaxt ki, düşmən
qudurdu,
Hiddətləndirdi boz qurdu,
O da vurdu, bu da vurdu,
Çanaqqala - Qarabağ.
Döyüş bayrağı ucaldı,
Əsgər zəfər marşı
çaldı,
Şəhid qisasını aldı,
Çanaqqala - Qarabağ.
İki dövlət, iki ordu,
Bir-birinə arxa durdu,
Bir Vətənin iki yurdu -
Çanaqqala - Qarabağ.
Şəhid anasına
Sənə ağlama deyə
bilmərəm,
Ağlayacaqsan.
Hələ qaralar da bağlayacaqsan.
"Toyunu görməyən balam" - deyib,
Fəryad
edəcək, ürəkləri
dağlayacaqsan
Şəhid anası.
Şəhidlərin qisası alındıqca,
Hər gün zəfər marşı çalındıqca,
Görəndə ki, hər kəsdə qələbə
coşqusu, həyəcan,
Dəmir
yumruğa çevrilmişdir
Azərbaycan,
Ürəyin dağa dönəcək,
təsəlli tapacaqsan.
Təbəssüm də görünəcək
mübarək dodaqlarında,
Şəhidlər ölməz, Vətən
bölünməz şüarı
İşığa çevriləcək
kədərli yanaqlarında...
Torpağımızdan düşmən
ayağının ləkəsini
silmək üçün,
Yurd yerlərimizdə bayquş
səsini kəsmək
üçün
Şəhid qanı gərəkdir.
Bayrağımızdakı qırmızı
zolağın solmaması,
Millətimizin gözükölgəli olmaması üçün
Şəhid qanı gərəkdir, şəhid anası.
Millətin mürgüləyən ruhu yenidən oyanmışdır,
Şuşamız zəfər rənginə
boyanmışdır.
Gözün aydın şəhid anası.
Şəhidlərin qisası alınır,
Hər gün yeni zəfər marşı çalınır.
Şəhadətin mübarək, əsgər!
Zəfərimiz mübarək, ana!
Erməni, ay erməni
Millətimdə qeyrəti gör,
Ordumdakı qüdrəti gör,
Əsgərimdə cürəti gör,
Aç gözünü, aç,
erməni.
Yetər
artıq bu nadanlıq,
Sən özünə gəl bir anlıq,
Mən işığam, sən qaranlıq,
Bax, gəlirəm,
qaç, erməni.
Faşistsən, xaindir adın,
Qoltuqlarda
daldalandın,
Çox
səbr etdim, anlamadın,
Təslimdir əlac, erməni!
Ağ bayrağı
aç, erməni!
Allahşükür QURBANOV
525-ci qəzet.- 2020.- 12 noyabr.-
S.15