Azərbaycan əsgəri
Yenə
tarix yaradır, yeni tarix yazırsan,
Düşmənin məzarını əllərinlə
qazırsan.
Vətən qurtulsun deyə, son savaşa hazırsan.
Sən Şuşa qalasında
çalacaqsan zəfəri,
Azərbaycan əsgəri.
Keçdiyin zəfər yolu
şanlı soyundan gəlir,
Yurdu azad etdikcə qalib səsin yüksəlir.
Bayrağım əllərinlə zirvələrə
dikəlir
Son baharda yurdumun ilk bahar müjdələri,
Azərbaycan əsgəri.
Ayağın toxunduğu torpaqlarım
gül açır,
Başı ucalan Vətən günəş tək şəfəq saçır.
Qarşında tab gətirmir düşmən
səngərdən qaçır,
Səndən güc alır ellər, uca dağ zirvələri,
Azərbaycan əsgəri.
Sən tarix səhnəsində hər vaxt qalib
olmusan,
Torpağına göz dikən
yağıdan bac almısan,
Neçə zəfərlər çalıb,
qüdrətlə ucalmısan.
Yenə
sənin olacaq Qələbə çələngləri,
Azərbaycan əsgəri.
Dağları arxa bildin, sənə dayaq oldular,
Vətənin xilas günü
mərd ərlər doğuldular,
Quşqonmaz qayalarda şahintək şığıdılar.
Uğuruna sökülür yenə
dan şəfəqləri,
Azərbaycan əsgəri.
Al Gəncəmin, Bərdəmin,
Tərtərimin qisasın,
Uşaq qatillərini susdur, səsi çıxmasın.
Elə qov ki düşməni
bir də geri baxmasın,
Təmizlə torpağımı, aydınlat
üfüqləri,
Azərbaycan əsgəri.
Cənubdan gələn yolun,
Xudafərin dualı,
Qaytar dağ vüqarını,
qıy vuran qartalımı,
Bir qarış da vermə sən yağıya torpağımı,
Vətən sənə əmanət,
xalqımın cəngavəri,
Azərbaycan əsgəri.
O qabaran köksündə şir ürəyi döyünür,
Vətən bir nəfər
kimi bu gün
sənlə öyünür,
Hərbdə aslan tək coşur, sülhə məcbur eləyir,
Qədəminə gül səpir
bu gün Vətən göyləri,
Azərbaycan əsgəri.
Əz düşmənin başını,
dirçəlməsin bir
də qoy!
Sıranda birləşibdir neçə
millət, neçə
soy.
Qoy deməsin analar "Torpağım oy, Vətən oy!",
Sapla düşmən köksünə
o qan daman xəncəri,
Azərbaycan əsgəri.
Lətif Şüküroğlu
525-ci qəzet.- 2020.- 12 noyabr.- S.15