Vətən məğrur,
mən məğrur!
Ali
Baş Komandanın düşmənin başına enən
dəmir yumruğu
bizim başımızı
göylərə ucaltdı!
T.K.
Yazılsın indi qəlbimdə:
"Vətən məğrur,
mən məğrur!"
Bu RƏHBƏR var deyin,
kimdə? - Vətən məğrur, mən məğrur!
Vətən düşmüşdü bir dərdə, buna dözməzdi
SƏRKƏRDƏ!
Şüardır hər bir əsgərdə: "Vətən
məğrur, mən məğrur!"
Dedi
QARDAŞ: "Qılıncın çal! Sənindir çünki istiqlal!"
İgidlər coşdular dərhal
- Vətən məğrur!
Mən məğrur!
KOMANDAN
ALİDİR BAŞDIR, dəmirtək yumruğu daşdır!
Vurub yıx, düşməni çaşdır! Vətən
məğrur, mən məğrur!
Vətən torpağı həsrətdə,
otuz il
qaldı zillətdə...
XİLASKAR
gəldi, əlbəttə!
Vətən məğrur,
mən məğrur!
Bulaqlar Səlsəbil olsun, şəhidlər cənnətə
dolsun!
Yağı artıq rəzil
olsun! Vətən məğrur, mən məğrur!
Bu müjdə çox şirin-şəkər, bütün
Türk elləri gözlər!
Bizə
İLHAM verir RƏHBƏR! Vətən məğrur,
mən məğrur!
Çəkilsin zülmətə satqın!
Bükülməz heç
qolu haqqın!
Qoç
əsgər, sərhədə
çatdın! Vətən
məğrur, mən məğrur!
Döyüşdə mərd igidlərdir, dilində
"Yurdum!" əzbərdir!
Bu gün Teymur da əsgərdir! Vətən
məğrur, mən məğrur!
Teymur Kərimlinin
525-ci qəzet.- 2020.- 15 noyabr.- S.15.