Dağ yəhudiləri
Şuşada küçələrdən
birinə Albert Aqarunovun adının verilməsini xahiş edirlər.
Dağ Yəhudilərinin Beynəlxalq
Xeyriyyə Fondunun
(STMEGİ) prezidenti, Rusiya
Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev
özünün “Facebook” səhifəsində
erməni işğalından
azad olunmuş Şuşada tankçı,
Azərbaycanın Milli
Qəhrəmanı, yəhudi
əsilli Albert Aqarunovun
xatirəsinin əbədiləşdirilməsi
təşəbbüsü ilə çıxış
edib.
APA Azərtaca istinadən
xəbər verir ki, German Zaxaryayevin sözlərinə görə,
qəhrəmanların şərəfinə
küçələrin adlandırılması
yüzilliklər bundan
əvvəl yaranan ənənədir. O yazır: “Bu ənənə sayəsində
xalqın qəhrəman
oğul və qızlarının adları
həmişə dillər
də olub, onların xatirəsi yaşayır, gənc nəslin nümayəndələri
də onların adını çəkir.
Bu gün biz bütün
Azərbaycan xalqı ilə birgə onun qələbəsinə,
əzəli torpaqlarının
geri qaytarılmasına
sevinirik. Lakin bununla belə,
30 ilə yaxın davam edən münaqişənin bütün
tarixini unutmamalıyıq”.
German Zaxaryayev qeyd
edir ki, XX əsrin 90-cı illərinin
əvvəlində Azərbaycanın
bütün sakinləri,
o cümlədən yəhudilər
Vətənin müdafiəsinə
qalxdılar. STMEGİ fondunun
rəhbəri yazır:
“Tankçı Albert Aqarunov
Qarabağ xanlığının
incisi, yalnız indi qanuni sahiblərinə
qayıdan Şuşa
yaxınlığında gedən
döyüşlərdə həlak olub. Fikrimcə, bu şəhərin küçələrindən birinə
Albert Aqarunovun adı verilsəydi, bu, ədalətli addım olar, xalq öz
qəhrəmanının daim
xatırlayar”.
Zaxaryayev
yazır: “Mən belə bir təşəbbüslə
Azərbaycanın rəhbərliyinə
müraciət etmək
niyyətindəyəm. Ümidvaram ki,
bu təşəbbüs
dəstəklənəcək”.
Xatırladaq ki, Azərbaycan
Respublikasının ərazi
bütövlüyünün müdafiəsi zamanı göstərdiyi igidliyə
və şücaətə,
dinc sakinlərin təhlükəsizliyinin təminatına
görə Albert Aqarunova
1992-ci il iyunun 7-də Azərbaycanın
Milli Qəhrəmanı
(ölümündən sonra)
adı verilib. O, Bakıda Şəhidlər
xiyabanında dəfn edilib.
O vaxt Albert Aqarunovun Milli Qəhrəman medalını Azərbaycan
Prezidenti Heydər Əliyev Albertin bacısı Sofya Məmmədovaya təqdim
edib.
Albert Aqarunovun məzunu
olduğu Bakı şəhəri 154 nömrəli
orta məktəb onun adını daşıyır. Məktəbin binasının qarşısında
qəhrəmanın büstü
qoyulub. Məktəbdə açılan A.Aqarunov
mini-memorialı önünə
daim tər çiçəklər düzülür,
büstü qarşısında
məktəb tədbirləri
keçirilir.
Quba rayonunda
yerləşən Qırmızı
qəsəbədə Albert Aqarunovun şərəfinə
adlandırılan küçədəki
binalardan birinin divarına Milli Qəhrəmanın xatirə
lövhəsi vurulub. 2017-ci ildə Bakının Əmircan qəsəbəsində
A.Aqarunovun vaxtilə yaşadığı evin
divarına xatirə lövhəsi vurulub.
2019-cu il noyabrın
15-də Bakının Nərimanov
rayonunda Azərbaycanın
Milli Qəhrəmanı
Albert Aqarunovun abidəsinin təntənəli
açılış mərasimi
olub.
525-ci qəzet.- 2020.-
19 noyabr.- S.5.