Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördünücü cildi işıq üzü görüb.

 

 

 Kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsər­lərdən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabıKitabi-Dədə Qorquddastanının gizli qatlarından dünya xalq­la­rı­nın eposları ilə müqayisəli şəkildə bəhs edənGizliDədə Qorqud”, yaxud Mif­dən Yazıyakitabı, Dastanın poetik özəlliklərini elmi əsəslarla şərh edən fundamentalKitabi-Dədə Qorqudpoetikasına girişmonoqrafiyası, AzərbaycanşünaslığınDədə Qorquddastanında təzahürünü tapmış so­sial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edənAzərbay­can­çılıq Kitabi-Dədə Qorqudadlı dərs vəsaiti dastanla bağlı elmi-pub­li­sistik məqalələri, oçerkləri daxil edilib.

 

Bu cildə müəllifin Qorqudşünaslıqla bağlı həyata ke­çir­diyi geniş miqyaslı işlərin araşdırmaların, o cümlədən, “GizliDədə Qor­­qudsilsiləsinin yalnız bir qismi daxil edilib. Belə ki, akademik Kamal Ab­dullanın 1991-ci ildə çap olunmuşGizliDədə Qorqudəsəri 1999-cu ildə əlavələr edilmiş təkmilləşdirilmiş haldaSirriçində dastan yaxud GizliDədə Qorqud”-2” adı ilə yenidən nəşr edilib. Lakin bu ki­tab­la­rın heç biri IV cildə daxil edilməyib. Bu kitabların bütün elmi kvin­tessensiyası müəllifin IV cildə daxil edilənGizliDədə Qorqud”, yaxudMifdən Yazıya” (Bakı, Mütərcim, 2009) adlı monoqra­fi­ya­sında akkumulyasiya olunub.

 

Müxtəlif illərdə türk rus dillərinə tərcümə olunaraq Türkiyədə Rusiyada çap edilən bu silsilə kitabların mahiyyəti əsas mövzusuKitabi-Dədə Qorquddastanının dərinində miflə yazının müna­si­bət­lə­ri­nin araşdırılmasından ibarətdir. Dastanın batinində gizlənmiş sirlər burada mi­fin gücündə güzsüzlüyündə, həmçinin yazının mifə qalib gəlməsi, ya­xud məğlubiyyəti kontesktində aşkarlanaraq oxucuya təqdim edilir. Oxucu dastanın zəngin dünyasına Kamal Abdulla təxəyyülünün qanaqdlarında səyahət edir, dastan mətninin öz sirrinin aşkar etməmək üçün büründüyü qatbaqat libası bütövlükdə öz təsəvvüründə canlandırır.

 

Kamal AbdullanınKitabi-Dədə Qorqudpoeti­ka­sına giriş” (Bakı, 2017) monoqrafiyası dünya kulturoloji fikrinin kon­teks­tin­də yazılmış bir əsər kimi bu cilddə xüsusi yer tutur. Bu dərin elmi tədqi­qat əsə­ri rus dilinə tərcümə edilərək “Ââåäåíèå â ïîýòèêó “Êèòàáè-Äåäå Êîðêóä” (Ìîñêâà, Õóäîæåñòâåííàÿ ëèòåðàòóðà, 2018) adı ilə Rusiyada, türk dilinə çevrilərəkDede Korkud KitabıPoetikasına Giriş” (İstanbul, Ötüken Basınevi, 2020) adı ilə Türkiyədə nəşr edilib. Bu monoqrafiyada qədim bir mətn nümunəsi olanKitabi-Dədə Qorquddastanı ana­xro­nik mətn, bədiipoetik enerji, bədiipoetik yasaqlar, estetik poetiklik, auten­tik mif, mif dövrü, ibtidai sənətlərin qədim mətnin formalaşma prosesi, birbaşa məcazi məna sahələri, xaos-kosmos qarşıdurması kimi yeni termin anlayışların orbitində qiymətləndirilir. Burada Dastanın mət­ni mifdən yazıya doğru müxtəlif tarixi kulturoloji dövrlərin izlərini öz canında daşıyan anaxronik mətn kimi tədqiq olunur. Kamal Abdulla bu ta­rixi dövrləri mərhələlər kimi götürərək onları kulturoloji estetik key­fiy­yətlərinə görə ayrıca təhlil edir. Bu elmi analizlərin nəticəsində oxu­cuDədə Qorqudqəhrəmanlarının mənəvi-psixoloji ictimai for­ma­si­yasını mətnin dilindən verilən nümunələr əsasında tam təsəvvür edə bilir.

 

Akademik Kamal Abdullanın “ADA” Universitetində tələbələrə oxu­du­ğuAzərbaycanşünaslıqmühazirələrinin əsasında hazırlanmışAzər­bay­cançılıq Kitabi-Dədə Qorqudadlı dərs vəsaiti IV cildin xüsusi bir böl­məsini təşkil edir.Dədə Qorquddastanında bəhs edilən Oğuz cəmiyyətinin sosial, iqtisadi, etnik, dini, milli, siyasi durumu dövlətçilik dü­şün­cəsi müstəqil Azərbaycanın əsas ideologiyası olan Azərbaycançılıq kon­tekstində təhlil edilir. Ulu öndər Heydər Əliyevin xalqımızın sahib ol­du­ğu qədim adət-ənənələr üzərində yaratdığı bu gün dünyada olan bütün azər­baycanlıları birləşdirən Azərbaycançılıq ideologiyasının ilkin rüşeym­ləri dastan mətnindən hasil edilir oxucuya təqdim olunur.

 

Bu cildin son bölümünü təşkil edən məqalələr birbaşaKitabi-Dədə Qorquddastanı ilə bağlı Kamal Abdullanın müxtəlif illərdə yazıb öl­kə­mizdə xaricdə çap etdirdiyi dastan mətninin ayrı-ayrı prob­lem­lə­rin­dən bəhs edən elmi elmi-populyar tədqiqlərdir. Bura həmçininKitabi-Dədə Qorqudensiklopediyası”nda Kamal Abdullanın müəllifi olduğu ensiklopedik oçerklər daxil edilmişdir. Hər bir oçerk dastan mətnində olan ya mətni anlamaqda oxucuya kömək edən anlayışların əhatəli iza­hı­na həsr edilib.

 

Akademik Kamal AbdullaKitabi-Dədə Qorquddastanının uni­ver­sal şər­hinə, ana abidəmiz olan dastanın dünyada tanıdılmasına təkcə elmi bədii yaradıcılığında deyil, ictimai, həmçinin dövlət xadimi kimi siyasi fəa­liy­yətində böyük yer verib. Belə ki, Kamal AbdullaKitabi-Dədə Qor­quddastanının dünya xalqalarının eposları ilə birgə öyrənilməsi üçünKitabi-Dədə QorqudNibelunqlar nəğməsiadlı müqayisəli elmi araş­­dır­­malar proyektinin əsas müəlliflərindən (Almaniyadan prof. Z.Hart­man prof. H.Buşhotenlə bir yerdə) bu layihə çərçivəsində on il ərzin­də alman alim­ləri ilə bir yerdə ölkəmizdə xaricdə həyata keçirilən konfrans, dəyirmi masa nəşrlərin təşkilatçılarından biri olub.

 

Akademik Kamal Abdulla 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinKitabi-Dədə Qorqud”un alman dilində ilk tər­cü­məsi nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı xüsusi sə­rəncamdan irəli gələn tədbirlərin icrasına rəhbərlik edib. Bu cildin məqa­lələr hissəsində verilən yazı da məhz alman diplomatı şərqşünası Fridrix fon Ditsin türk dünyası üçün gördüyü misilsiz fəaliyyətə müəllifin minnət­darlığının ifadəsidir.

 

Xalq yazıçısı Kamal Abdullanın çoxcildliyinin müxtəlif cildlərinə daxil edilənKitabi-Dədə Qorquddastanının motivləri əsasında yazılmış şeirlər, kiçik poemalar, esselər, hekayələr, romanlar, pyeslərlə yanaşı, bu isti­qamətdə namizədlik doktorluq dissertasiyalarına rəhbərlik etməsi, Qor­qudşünaslıqla bağlı məruzələri, müsahibələri , əslində, müəllifin dəyərliQorqudnamə”sinə daxil edilə bilər. Deməli, “Qorqudnaməbu gün davam edir desək, səhv etmərik. Məhz buna görə Kamal Abdullanın Qorduqşünaslıq istiqamətindəki titanik fəaliyyətini yüksək dəyər­ləndirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Azərbaycan xalqının mühüm tarix mədəniyyət abidələrindən olanKitabi-Dədə Qorquddastanının tədqiqindəki xidmətlərinə görə onaAzər­baycan Respublikasının əməkdar elm xadimifəxri adını vermişdir.

 

 525-ci qəzet.- 2020.- 19 noyabr.- S.9.