Diqqət: Feyk xəbərlər...
İndi
dünya qloballaşır, informasiya heç bir sərhəd
tanımır - bu da müsbət haldır - amma bununla bərabər,
dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər
anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir
və bunu etiraf edənlər dünyanın aparıcı
ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət
çəkirlər.
İlham
ƏLİYEV
Dünyanı cənginə almış feyk (yalan) xəbərlərdən
ən çox Azərbaycan əziyyət çəkir. Vətən
uğrunda gedən müharibədə işğalçı
Ermənistanın və ermənipərəst qüvvələrin
Azərbaycana qarşı təxribatı son vaxtlar daha da
intensivləşib. Sosial şəbəkələrdə
Azərbaycan adları altında saxta profillər açaraq
feyk xəbərlər yayan düşmən bizə məxsus
mail.ru poçt ünvanlarına azərbaycanlı adı ilə
yalançı ünvanlardan məktublar göndərirlər.
Düşmənin göndərdiyi məktubların
birində bildirilir ki, guya ermənilər hücuma keçib,
azərbaycanlılar arasında çoxlu şəhid var və
əsirlər götürülüb, ordu da təşviş
içindədir. Düşmən belə
yalanlarla içərimizdə qorxu, vahimə yaratmağa səy
göstərir, dövlətə, orduya inamsızlıq
yaratmağa çalışır.
Döyüş meydanında məğlub olan ermənilər
gücü veriblər feyk xəbərlərə. Belə xəbərləri
əsasən Rusiyadakı "Life News" media holdinqin sahibi
Aram Aşotoviç Qabrelyanovun rəhbərlik etdiyi qrup
hazırlayır. Qabrelyanovun İrəvana
ezam olunmuş 6 nəfər əməkdaşı orada
bilavasitə feyk istehsalı ilə məşğul olan qrupla
birlikdə yalançı fotolar, videolar, səs
yazıları və s. hazırlayırlar.
Rusiyanın siyasi analitiki Denis Korkodinov deyir ki,
işğal olunmuş torpaqları itirdikcə İrəvan
öz sifətini də itirir. Azərbaycan Ordusu
qarşısında duruş gətirməyən düşmən
yalanlarla təsəlli tapır, öz xalqını
inandırmağa çalışır ki, guya Azərbaycan Ordusunun
hücumlarının qarşısını
alır. Məsələn, İngiltərənin
"Röyter" informasiya agentliyinin məlumatına əsasən,
ermənilərin Azərbaycana aid helikopterini
"vurmaları" kimi təqdim etdiyi videokadrların bu ilin
fevral ayında Suriyada lentə alındığı məlum
olub. Ermənistanın digər məlumatı da
açıq-aşkar
feyk məlumatdır. Azərbaycan əsgərinin erməni əsirləri
güllələməsi videosu bizi beynəlxalq aləmdə
gözdən salmağa hesablanmış yalandır. Müdafiə Nazirliyi bu məlumatın saxta
olduğunu, Azərbaycanın hərbi qulluqçularına
aidiyyatı olmadığını bildirib.
Qışqıra-qışqıra
danışmağı xoşlayan bu xalq yalan informasiya yaymaqda
məşhurdur. Erməni tarixinin atası sayılan Movses Xorenasi öz erməniləri
haqqında yazır ki, "Ermənilər həqiqəti inkar
etməyi xoşlayırlar. Ermənilər
böyük-boyük danışmağı xoşlayan,
ikiüzlü millətdir". Bu ikiüzlü millətin
bir nümayəndəsi də qondarma respublikanın "təhlükəsizlik
şurası"nın katibi Samvel
Babayandır. O, sentyabr ayında Qarabağ gəncləri ilə
görüşüb Azərbaycan ərazisinin növbəti
işğal planı ilə onları tanış
edib. Plana görə, düşmənin növbəti
hədəfi Gəncə və Goranboy olmalı idi.
"Tarix indiyədək Azərbaycan kimi qorxaq bir
dövlət görməyib" - deyən baş nazir
Paşinyan, bu gün artıq Azərbaycan ordusunun ayaq səslərindən
qorxuya düşərək müxtəlif ölkələrin
dövlət başçılarına zəng edib müharibəni
dayandırmağı yalvarır. Qondarma respublikanın
prezidenti Araik Arutunyan da Putinə yaltaq bir məktub yazıb,
müharibənin dayandırılması üçün ona
yalvarır.
Əli hər
yerdən üzülən Paşinyan indi də Avropanı Türkiyə
ilə şantaj edir: "Türkiyəyə lazımi cavab
verilməsə, Avropa yenidən türkləri Vyana
qapılarında görəcək. Avropa dərhal
bizə kömək etməlidir. Qarabağ və Ermənistan sonuncu
divardır". Qarabağ müharibəsində
Türkiyənin Azərbaycana mənəvi dəstəyi Ermənistanın
XİN-in mətbuat katibini də dilə gətirib. Bu
qadının ürəyindən keçənə bax:
"Biz Türkiyəyə cavab verməliyik ki, Azərbaycanı
yerində oturda bilək". Deyən gərək,
heç Azərbaycana cavab verə bilmirsiniz, Türkiyəyə
Azərbaycanla birlikdə necə cavab verəcəksiniz?!
Azərbaycanın haqq səsini bütün dünyaya
yayan, ona mənəvi dəstək olan qardaş Türkiyənin
bu müharibədə birbaşa iştirakı yoxdur. Lakin buna
baxmayaraq, erməni və ermənipərəst mətbu
orqanlar, telekanallar Türkiyəni Azərbaycana muzdlu
döyüşçü gətirməkdə
suçlayırlar. "Nezavisimaya qazeta" və
"Moskovskiy komsomolets" qəzetləri Türkiyənin Ermənistanla
vuruşmaq üçün Suriyadan Azərbaycana 500 muzdlu
göndərdiyini, həmçinin, "İslam
terrorçuları" gətirilməsi haqqında dezinformasiya xarakterli məqalələr
yayıb. Qəzetlər yalan məlumatları
Ermənistan KİV-dən götürüb tirajlayırlar.
Amma özlərini müstəqil adlandıran bu
qəzetlər "Svoboda" radiosunun saytında Rusiyanın
"Vaqner" döyüşçülərinin ermənilər
tərəfindən döyüşməsi xəbərinə
göz yumur. Türkiyəyə məxsus
F-16 təyyarəsinin Ermənistanın Su-25 təyyarəsini
vurması barədə feyk xəbəri isə operativ
yayır. Bütün təzyiqlərə
baxmayaraq, Türkiyə Azərbaycana öz mənəvi və
siyasi dəstəyini davam etdirir.
Qeyd edim ki, hələ 2017-ci ildə Avropa İttifaqı
Rusiyadan qaynaqlanan dezinformasiya ilə mübarizə aparmaq məqsədilə
euvsdisinfo.eu resursunu yaradıb. Bu internet səhifəsi
3 dildə - ingilis, rus, alman dillərində fəaliyyət
göstərir. İnternet səhifəsində
təxminən 8000 nümunə toplandığı
dezinformasiya məlumat bazası mövcuddur. Bu dezinformasiyaların bir qismi Azərbaycanla
bağlıdır. Rusiya kanallarında
lövbər salan ermənilər bəzi rus jurnalistlərinin
köməyi ilə antiazərbaycan təbliğatı
aparır, yalan feyk məlumatlar uydururlar. Məsələn,
çoxumuz rusiyalı jurnalist, teleaparıcı Vladimir
Solovyovu yaxşı tanıyır. O, sentyabrın 30-da
özünün "Soloyov Live" "Youtube"
kanalında canlı yayım zamanı döyüşə gedən
erməni gənclərinin hərbi komissarlıq
qarşısında ruh yüksəkliyi ilə yola
salındığını əks etdirən süjet göstərir.
Kadrlarda Azərbaycan bayrağı
görünür. Məlum olur ki, bu kadrlar
Azərbaycanda çəkilib. Beləcə, ermənilər
üçün canfəşanlıq eliyən Solovyov biabır olur.
Yeri gəlmişkən, digər aparıcı
Aleksandr Qordon Solovyovu televiziyada işə düzəltdiyinə
peşman olduğunu dilə gətirib və
"özümü Rusiyanın çoxmilyonlu auditoriyası
qarşısında günahkar bilirəm" - deyib.
Tarixi ədaləti bərpa edən şanlı ordumuz
işğal altındakı şəhər və kəndlərimizi
azad etdikcə, məğlubiyyətini göz önünə
gətirən düşmən sosial şəbəkələrdə,
telekanallarda feyk xəbərlərin sayını
artırıb, informasiya müharibəsini genişləndirib.
Sosial bəla olan yalan xəbərlər bir ölkənin
daxilində deyil, bütün dünyanı əhatə edir. Hətta mən deyərdim,
dövlətlərin işinə təhlükə yaradır.
Bu təhlükəni hiss edən TASS agentliyinin baş
direktorunun birinci müavini Mixail Qusman feyk xəbərləri
sunamiyə bənzədir.
Ermənistanın işğalçı rejimi müharibə
başlayandan etibarən Azərbaycanın dinc əhalisinə
qarşı qadağan olunmuş silahlardan istifadə edir. Azərbaycan
Baş Prokurorluğunun məlumatına görə,
oktyabrın 14-dək mülki əhaliyə edilən
hücumlar nəticəsində 43 nəfər
öldürülüb, 214 nəfər yaralanıb. Bu, dinc əhaliyə qarşı terrordur. Dünya kardır, kordur, görmür bu terroru.
Düşmən o qədər həyasızlaşıb
ki, mülki əhaliyə olan hücumları gizlətmir, onu
reklam edir. Paşinyanın müşaviri, keçmiş
müdafiə naziri Vaqarşak Arutunyan "Rusiya-1"
telekanalında açıq şəkildə etiraf etdi: "Məqsədimiz
Azərbaycanın mülki əhalisinə zərbələr
endirməkdir".
Ermənistanın
Arxelogiya və Etnoqrafiya İnstitutunun elmi işçisi
Qriqori Ayvazyan isə "Politika.am" saytına
açıqlamasında İrəvanın təxribatla
bağlı gizli planlarını açıqlayıb:
"Ermənistana indi Rusiyanın yardımı hava-su kimi
lazımdır. Yerevan buna nail olmaq
üçün Azərbaycana mütləq Ermənistan ərazisindən
zərbə endirməlidir... Müharibə
dünya ictimaiyyətinin maraqlarına toxunduqda onlar fəal hərəkətlərlə
cavab verəcəklər. Biz Gəncəyə zərbələr
endirdik, indi Bakıya, Sumqayıta zərbələr endirmək
lazımdır ki, Azərbaycan Ermənistanı vurmaq məcburiyyətində
qalsın". Düşmənin
fitvasına baxmayaraq, Azərbaycan özünü təmkinli
aparır.
Ermənistan diplomatiyası ABŞ və Rusiya prezidentlərindən
dəstəyi ala bilmədiyindən bizi Dağlıq
Qarabağın müstəqilliyini tanımaqla qorxudur. Düşmən ölkənin
rəhbərinin bu hərdəmxəyal arzusuna Azrbaycan
Prezidenti "Dağlıq Qarabağın müstəqilliyini
tanıyan ölkə ilə əlaqələrimizi kəsəcəyik"
- cavabını verdi.
Ermənistan və havadarları Azərbaycana
qarşı feyk və iftiralar yaymaqla erməni cəmiyyətinə
ruhdan düşməməyi məsləhət görürlər. Amma
yanılırlar. İndi heç nəyi
gizlətmək olmur. Müharibə meydanında uduzan Ermənistanı saxta
feyk məlumatlar xilas edə bilməz.
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva ermənilərin feyk xəbərləri
ilə bağlı Azərbaycan xalqına müraciət edib:
"Rəşadətli Ordumuz əzəli Azərbaycan
torpaqlarını erməni işğalından azad etmək
üçün uğurlu əks-hücum əməliyyatı
apardığı bir vaxtda düşmən öz məkrli
niyyətini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi
bütün həftə ərzində Ermənistan
vicdansızcasına feyk xəbərlər tirajlayır. Mən sizin hər birinizi erməni təbliğatının
feyklərini ifşa etməyə və erməni təcavüzü
haqqında bütün mümkün platformalarda beynəlxalq
birliyə çatdırmağa çağırıram".
Yanlış xəbərlərin qarşısını
almaq üçün VI Bakı Beynəlxalq Forumunda da feyk xəbərlərin
ciddi təhlükəyə çevrilməsinin fəsadları
barədə müzakirələr aparılmış və
qeyd olunmuşdu ki, rəqəmsal dövrə qədəm
qoyduğumuz bir zamanda feyk xəbərlərin
qarşısının alınması üçün
KİV-in sıx əməkdaşlığı vacibdir.
Ermənistan
Azərbaycana qarşı apardığı informasiya müharibəsində
feyk xəbərlərdən bolluca istifadə edir.
Bəs bu yanlış informasiyalara tutarlı cavab hazırlayıb beynəlxalq
ictimaiyyətə çatdırmaq olmazmı? Olar.
Sadəcə, zəhmətə qatlaşıb yeni saytlar yaradıb xarici dillərdə
düşmənin yalanlarını faktlarla, dəlillərlə
ifşa edib bütün dünyaya yaymaq lazımdır.
Sonda Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
Elektron Təhlükəsizlik Xidmətinin bir xəbərdarlığını
nəzərə çatdırmağı lazım bilirəm.
Ermənilər Azərbaycan dilində saxta "Qarabağ
bizımdir", "Boz Qurdlar", "Hərbi media" saytları yaradıblar. Bu adda saytlara rast gələndə diqqətli olmaq
lazımdır.
Tarixi qələbədən
əvvəl yazılmış yazıya sözardı
Artıq
Qarabağın incisi, başının tacı
Şuşanın 30 illik həsrətinə son qoyuldu. Rusiya, Azərbaycan
və Ermənistan arasında üçtərəfli
razılaşma Ermənistanın məğlubiyyəti, Azərbaycanın
qələbəsi ilə yekunlaşdı. Üçrəngli bayrağımızın
işğaldan azad olunmuş şəhər və kəndlərimizdə
dalğalanmasını xalqımız sevinc göz
yaşları ilə qarşıladı. Bu
sevinci bizə bəxş edən şanlı Azərbaycan
Ordusuna və Ali Baş Komandana minnətdarıq. Vətən
müharibəsi sona çatdı, lakin informasiya müharibəsi
davam edir.
Akif RÜSTƏMOV
525-ci qəzet.- 2020.-
19 noyabr.- S.11